Icma.az
close
up
RU
“22 24 tarixləri həlledici ola bilər Polkovnikdən PROQNOZ

“22 24 tarixləri həlledici ola bilər Polkovnikdən PROQNOZ

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

ABŞ qüvvələri Oman körfəzində İrana məxsus yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə ələ keçirib. Daha sonra isə İran silahlı qüvvələri İslam Respublikasına məxsus gəminin ələ keçirilməsinə cavab olaraq ABŞ hərbi gəmilərinə qarşı dron hücumları həyata keçirdiyini açıqlayıb.

Bəs baş verənlər müharibənin gedişatını daha da alovlandıra bilərmi?

Avtosfer.az-ın məlumatına görə, hərbi ekspert, polkovnik Üzeyir Cəfərov "redaktor.az"a açıqlamasında qeyd etdi ki, ABŞ qüvvələri ilə İran arasında vəziyyət bu həftə daha da gərginləşəcək:

"Ona görə ki, tərəflər ortaq məxrəcə gələ bilmirlər və onların ortaq məxrəcə gəlməsi də qeyri-mümkün görünür. Həm də bir-birinə qarşı çox ciddi ittihamlar səsləndirirlər və Oman körfəzində də İrana məxsus yük gəmisinin Amerika tərəfindən ələ keçirilməsindən sonra vəziyyət bir qədər də gərginləşib. Ayın 22-si, 24-ü arası tərəflər aktiv toqquşma fazasına keçə bilərlər. Artıq onun işartıları görünür və böyük ehtimalla İran İslam Respublikası da öz hərbi gücündən istifadə etməyə başlayacaq. Əlbəttə ki, bu, Amerikanın heç bir halda xoşuna gəlmir".

Həmsöhbətimiz vurğuladı ki, ABŞ hərbi gəmilərinə qarşı dron hücumları Amerika üçün qəbulolunmaz vəziyyət yaradır:

"Ona görə də tərəflər arasında müharibə yenidən alovlana bilər. Bu gün elə bir həssas, kövrək məqamdır ki, istənilən an tərəflər arasında aktiv döyüş əməliyyatları, yəni müharibə alovlana bilər. Biz istəmərik bu olsun, amma təəssüf ki, bu günlərdə hər iki tərəf öz dediyində durur və həm Hörmüz boğazı ilə bağlı, həm də yaxın ətrafda baş verənlər çox ciddi narahatlıq doğurur. Pakistanda növbəti danışıqlar raundu gözlənilsə də, mənə elə gəlir ki, o da hansısa nəticəyə gətirib çıxarmayacaq. Bir sözlə, ABŞ qüvvələri ilə İran İslam Respublikasına məxsus silahlı qüvvələrin, yəni hərbi dəniz qüvvələrinin toqquşması qaçılmaz görünür. Yenə bir müddətdən sonra tərəflər bir-birinə müraciət edəcək, yenə də danışıqlar masasına oturacaq. Nə Amerika öz hədəfinə çata bilir, nə də İran Amerikanın istəklərini reallaşdırır. Ona görə də ABŞ Prezidenti Donald Tramp da səbir­sizlik göstərir, güc amilindən istifadə edəcəyini bəyan edir və İranı yer üzündən siləcəyi ilə hədələyir. Təəssüf ki, müharibənin gedişatı yaxın günlərdə yenidən alovlana bilər və bu da əlavə gərginliyə gətirib çıxaracaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Aprel 2026 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see376

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see288

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see278

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see266

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see266

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see263

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see255

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see243

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see241

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see236

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see228

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see227

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see226

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see219

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see214

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see205

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri