Icma.az
close
up
RU
Bu adam 24 saata müharibəni bitirəcəkdi, amma... Polkovnikdən AÇIQLAMA

Bu adam 24 saata müharibəni bitirəcəkdi, amma... Polkovnikdən AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Florida ştatının Mayami şəhərində Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Rusiya Federasiyası və ABŞ nümayəndə heyətlərinin görüşü formal xarakter daşıyacaq. Rusiyanın bu münaqişəsini bitirmək fikri yoxdur. Hələ çox görüşlər, müzakirələr aparılacaq".

Bu fikirləri Redaktor.az-a polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Rusiya və ABŞ nümayəndə heyətlərinin qarşıdan gələn həftə sonu ABŞ-nin Mayami şəhərində Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün görüşünun gözlənilməsindən danışarkən bildirdi.

"Dünən Amerika Prezidenti Donald Tramp 20 dəqiqəlik çıxışla xalqa müraciət etdi. Bu adam 24 saata müharibənin bitməsi ilə bağlı fikir səsləndirmişdi, indi isə bir kəlmə də bu haqda danışmadı. Neçənci görüşdür ki, ümumiyyətlə, müharibənin dayandırılması haqqında danışılmır. Ukrayna sözsüz ki, öz ərazi bütövlüyü ilə bağlı hər hansı bir güzəştə getməyə hazırlaşmır. Nə qədər çətin də olsa, bugünkü gündə Ukrayna xalqı hələ də müqavimət göstərir. Səhər məlumat var idi ki, Ukrayna Rusiyanın limanında neft tankerini vurub, ölənlər, yaralananlar var. Hər gün biz görürük ki, bu müharibə insan ölümünə səbəb olur. 2026-da da müharibə davam edəcək", - deyə o, qeyd etdi.

Polkovnik vurğualdı ki, Rusiya öz vəhşiliklərini davam etdirir:

"Çox təəssüflər olsun ki, ABŞ də bir növ izləyici mövqe sərgiləyir. Bu izləyici mövqe artıq xeyli müddətdir. Amerika prezidenti deyir ki, əvvəllər Amerikaya gülürdülər, lağ edirdilər. Mən elə deməzdim, elə məhz Trampın dönəmində bugünkü gündə həm siyasətçilər, həm jurnalistlər, həm ictimaiyyət Amerikanın sərgilədiyi siyasətə, münasibətə gülür. Amerika bugünkü gündə Rusiya-Ukrayna müharibəsində Rusiyanın faktiki olaraq şəriki kimi çıxış edir. Ona görə də mən hər hansısa görüşün hansısa nəticələrə gətirəcəyini düşünmürəm. Müsbət nəticənin əldə olunması üçün Amerika, Avropa birgə fəaliyyət ortaya qoymalıdırlar. Amma Rusiya iddialarla çıxış edir, Rusiya Ukrayna ərazisi ilə bağlı müəyyən tələblər irəli sürür, hansılar ki, əvvəlcədən bilinir ki, onların reallaşması mümkünsüzdür. Ona görə belə müzakirələr hələ çox olacaq, amma təəssüflər olsun ki, qərar qəbul edəcək şəxslər birinci şəxslərdir. Rusiya prezidenti nə qədər acı olsa da, bu adam müharibəni dayandırmaqla bağlı ümumiyyətlə düşünmür".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri