Icma.az
close
up
RU
22 İyul Milli Mətbuat Günü: Sözün gücü, millətin səsi ŞƏRH

22 İyul Milli Mətbuat Günü: Sözün gücü, millətin səsi ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan mətbuatı 150 illik zəngin və şərəfli bir yol keçmişdir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməli qoyuldu. Bu qəzet təkcə xəbər və məlumat mənbəyi deyil, xalqın maariflənməsi, milli oyanış və ictimai tərəqqi üçün güclü tribuna rolunu oynamışdır.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev milli mətbuatın inkişafına hər zaman xüsusi önəm vermiş, söz və ifadə azadlığının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Ulu Öndər deyirdi: “Azad mətbuatın mövcudluğu cəmiyyətin inkişafının göstəricisidir.”Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və söz azadlığının genişlənməsi istiqamətində mühüm addımlar atılmışdır. Medianın inkişafını dəstəkləyən yeni qanunvericilik bazası və Medianın İnkişafı Agentliyinin fəaliyyəti bu sahədə sistemli yanaşmanın göstəricisidir.Azərbaycan mətbuatı bu gün informasiya müharibəsində, milli maraqların qorunmasında ön cəbhədə dayanır. Xüsusilə Vətən müharibəsi dövründə jurnalistlərimiz cəbhə bölgəsindən peşəkar, dəqiq və çevik xəbərlərlə xalqı və dünyanı məlumatlandıraraq əsl qəhrəmanlıq göstərdilər.

22 İyul – Milli Mətbuat Günü, yalnız bir bayram deyil, həm də jurnalistika sahəsində fəaliyyət göstərənlərin fədakar əməyinin təqdiridir. Bu münasibətlə ölkəmizin informasiya məkanında peşəkar fəaliyyəti ilə seçilən bütün qələm sahiblərini ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, uğurlar və qələmlərinin daim iti olmasını arzulayıram.

Milli mətbuatımız daim haqqın və ədalətin səsi olaraq yaşasın!

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri