Icma.az
close
up
RU
22 iyul sözün rəsmi ifadəsi günü

22 iyul sözün rəsmi ifadəsi günü

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı. 

Həsən bəy Zərdabi başda olmaqla qabaqcıl Azərbaycan ziyalılarının böyük ümidlərlə ərsəyə gətirdiyi “Əkinçi” çar imperiyasının təhdid və təzyiqləri nəticəsində cəmi iki il nəşr olunsa da milli düşüncənin sarsılmaz təməlini yaratdı və sonrakı mətbuat ənənələrinin ideya qaynağı oldu. 

Mədəniyyətimizin, ictimai fikrimizin və milli özünüdərkimizin inkişafında mühüm rol oynayan bu irs sonrakı dövrlərdə “Molla Nəsrəddin”, “Füyuzat”, “Şərqi-Rus” və digər mətbu nəşrlərdə daha da zənginləşdirilərək maarifçilik hərəkatının aparıcı qüvvəsinə çevrildi. Çar Rusiyasının süqutundan sonra Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə mətbuat tamamilə dövlət nəzarətinə keçdi. Sovet imperiyası dövründə müstəqil media anlayışı faktiki olaraq mövcud deyildi. Kütləvi informasiya vasitələri yalnız kommunist ideologiyasının təbliği funksiyasını yerinə yetirir, cəmiyyətə obyektiv və alternativ informasiya çatdırmaq imkanından məhrum edilirdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra söz və mətbuat azadlığının təmin olunması istiqamətində yeni mərhələnin əsası qoyuldu. Müstəqil media formalaşmağa başlasa da ilk illərdə mövcud olan senzura və digər məhdudiyyətlər bu sahənin tam inkişafına maneə yaradırdı.

Dönüş nöqtəsi Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə baş verdi. Ulu öndərin həyata keçirdiyi ardıcıl islahatlar nəticəsində senzura ləğv olundu, latın qrafikalı Azərbaycan əlifbasına keçid təmin edildi, media sahəsinin hüquqi bazası təkmilləşdirildi və dövlətin mətbuata dəstəyi gücləndirildi. Bütün bunlar Azərbaycanda azad, peşəkar və milli maraqlara söykənən medianın inkişafı üçün möhkəm zəmin formalaşdırdı.

Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Medianın maddi-texniki bazasının müasirləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də media sahəsində islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi. İftixarla qeyd etmək olar ki, bu gün ölkəmizdə milli maraqları qoruyan, müasir çağırışlara cavab verən və Cənubi Qafqazın aparıcı media məkanlarından biri hesab olunan media sistemi formalaşıb. Fəaliyyətində milli maraqları əsas prinsip kimi rəhbər tutan media mənsubları peşəkarlıq, prinsipiallıq və vətənə sədaqət nümayiş etdirirlər. Vətən müharibəsi günlərində informasiya cəbhəsində əldə olunan nailiyyətlərdə jurnalistlərimizin fədakar əməyinin xüsusi payı var. Azərbaycana qarşı aparılan qərəzli informasiya hücumlarının qarşısının alınmasında, dezinformasiyanın ifşa edilməsində, ölkəmizin ədalətli mövqeyinin və tarixi həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında mediamızın fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Bu gün də dövlətimizə və xalqımıza qarşı aparılan qərəzli və çirkin kampaniyalara qarşı mübarizədə jurnalistlərimiz ön sıralarda dayanırlar. Bu, informasiya cəbhəsində aparılan mübarizədə peşəkarlığın və vətəndaş mövqeyinin təzahürüdür. Hərbçilərimiz Vətənin keşiyində silahla dayanırlarsa, jurnalistlər də sözün kəsəri və həqiqətin gücü ilə milli maraqlarımızı qoruyurlar. Türk dünyasının liderləri Mustafa Kamal Atatürk mətbuatın millətin ümumi səsi olduğunu, Ulu öndər Heydər Əliyev isə medianın inkişafını cəmiyyətin inkişafının mühüm göstəricisi kimi dəyərləndirirdilər. Bu müdrik fikirlər mətbuatın cəmiyyət həyatındakı rolunu və əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Daim inkişaf edən, cəmiyyətin vicdanı və ictimai fikrinin aynası olan milli mətbuatımız hər cür alqışa layiqdir. Söz haqqı!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 İyul 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri