Icma.az
close
up
RU
22 nəfəri öldürən məşhur killer azadlıqda “Heç bir vicdan əzabı çəkmirəm”

22 nəfəri öldürən məşhur killer azadlıqda “Heç bir vicdan əzabı çəkmirəm”

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada 1990-cı illərin ən məşhur muzdlu qatillərindən biri olan, “Saşa Soldat” ləqəbi ilə tanınan Aleksandr Pustovalov 24 illik həbs həyatından sonra verdiyi müsahibədə törətdiyi qətllərə görə peşman olmadığını açıqlayıb.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2023-cü ilin noyabrında azadlığa çıxan 53 yaşlı keçmiş killer müsahibəsində cinayətləri, həbsxana həyatı və insanlara münasibəti barədə danışıb.

Pustovalov bildirib ki, cinayət aləmi ilə əlaqəsi olan şəxslər həyatlarının hər an təhlükədə olduğunu anlamalıdırlar.

O, özünü sirk şirinə, qurbanlarını isə həmin şirin istənilən an hücum edə biləcəyini bilən təlimçilərə bənzədib.

“Heç bir vicdan əzabı çəkmirəm. Niyə çəkməliyəm ki?” – deyə keçmiş killer bildirib.

Pustovalovun sözlərinə görə, insanlar doğulduqları andan müəyyən məhdudiyyətlər içərisində yaşayırlar. Sadəcə, bu məhdudiyyətlər hər kəs üçün fərqlidir.

O, azadlıqdakı həyatın həbsxanadakından daha pis olduğunu iddia edib.

Keçmiş killer özünü “xüsusi düşüncə qabiliyyətinə malik insan”, digərlərini isə “birhüceyrəli meymunlar” adlandırıb.

“Öz tövlənə qayıt, qoyun”, – deyə o, həyatın əsas qaydasını belə təsvir edib.

Müsahibəni təhlil edən psixoloq bildirib ki, Pustovalov öz hərəkətlərinə haqq qazandırmağa və qətllərə görə məsuliyyəti qurbanların üzərinə atmağa çalışır.

Mütəxəssisin fikrincə, keçmiş killer özünü başqalarından üstün tutur və digər insanların hisslərini nəzərə almır. Bununla belə, psixoloq yalnız bir müsahibə əsasında diaqnoz qoymağın mümkün olmadığını vurğulayıb.

Həbsdən çıxandan sonra necə yaşayır?

Aleksandr Pustovalov hazırda Moskva vilayətində yerləşən bağ evində yaşayır.

O, diqqət çəkməməyə çalışır, insanların çox olduğu yerlərdə üzünü papaqla gizlədir.

Azadlığa çıxdıqdan sonra sürücülük vəsiqəsini də yeniləyib. Belə ki, əvvəllər onun yalnız Sovet İttifaqı dövründə verilmiş sürücülük vəsiqəsi olub.

Hazırda Pustovalov həyat yoldaşı və 14 yaşlı oğlu ilə birlikdə yaşayır, idmanla məşğul olur və rəsmi olaraq heç bir yerdə işləmir.

Həbsdən azad edildikdən sonra onun barəsində üçillik inzibati nəzarət tətbiq olunub.

Keçmiş killerə gecə saatlarında evdən çıxmaq, icazəsiz Moskvanı tərk etmək qadağan edilib. Bundan başqa, o, ayda iki dəfə polis bölməsində qeydiyyatdan keçməlidir.

Nəzarət müddəti 2026-cı ilin noyabrında başa çatmalıdır.

Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Pustovalov ailəsi ilə birlikdə ABŞ-a köçə bilər. Bildirilir ki, onun oğlunun ABŞ vətəndaşlığı var.

“Saşa Soldat” kimdir? – 22 qətlin arxasındakı şəxs

Aleksandr Pustovalov 1973-cü ildə Moskvada anadan olub.

O, hərbi xidmətini dəniz piyadaları bölməsində keçdikdən sonra Rusiyanın ən təhlükəli mütəşəkkil cinayətkar dəstələrindən biri olan “Oreхovo” qruplaşmasına qoşulub.

Pustovalov 1990-cı illərdə sifarişli qətllər törədən muzdlu qatil kimi tanınıb.

Məhkəmə onu ümumilikdə 22 nəfərin qətlində təqsirli bilib.

Onun qurbanları arasında “Saşa Makedonski” ləqəbi ilə tanınan digər məşhur killer Aleksandr Solonik də olub.

Pustovalov 1999-cu ilin noyabrında saxlanılıb.

2005-ci ildə 18 qətlə görə 23 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra, 2016-cı ildə əlavə dörd qətldə iştirakı sübuta yetirildikdən sonra ümumi həbs müddəti 24 ilə çatdırılıb.

İstintaq zamanı Pustovalov hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib və törətdiyi cinayətləri etiraf edib.

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istefada olan polkovniki Mixail İqnatov onu savadlı, analitik düşüncəyə malik və insanlarla asanlıqla ünsiyyət qura bilən şəxs kimi xatırlayıb.

Keçmiş əməliyyatçının sözlərinə görə, Pustovalov hətta pianoda ifa etməyi də bacarıb.

Aleksandr Pustovalov əvvəllər törətdiyi qətlləri belə izah etmişdi:

“Mən əsgərəm. Əsgərlər isə öldürməlidirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see406

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see301

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see229

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see224

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see222

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see219

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see218

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see207

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see204

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see195

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see194

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see190

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see187

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see186

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see179

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see178

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see174

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see166

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see163

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri