“Hamımız vicdan əzabı çəkirik”
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Mançester Yunayted”in futbolçusu Luk Şou Avropa Liqasının finalında “Tottenhem”ə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, o, “beİN Sports”a açıqlamasında 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Hamımız vicdan əzabı çəkirik. Nəticənin belə olacağını təsəvvür etməzdik. Lakin tək indiki nəticə deyil, mövsüm ərzində olanlar bizi məyus edir.
Hər birimiz özümüzə sual verməliyik ki, bu klubda qalmaq üçün kifayət qədər yaxşıyıqmı? “Mançester Yunayted”in yeri bura deyil, daha yaxşı yerlərdə olmalıyıq. Komandanı layiq olduğu zirvələrə çatdırmağın yolunu tapmalıyıq”.
“Mançester Yunayted” Premyer Liqada 37 turdan sonra 39 xalla 16-cı sıradadır.
Baxış sayı:197
Bu xəbər 22 May 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















