Icma.az
close
up
RU
22 yaşlı qız orqanlarını bağışladı: Hansı qaydalara əməl olunmalıdır?

22 yaşlı qız orqanlarını bağışladı: Hansı qaydalara əməl olunmalıdır?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İslam dini insan həyatının bütün mərhələlərini əhatə edir. O, təkcə ibadətləri deyil, həm də insanın sağlamlığını, bədənini və onun qorunmasını əmr edir. Sağlam bədən insana verilmiş ən böyük nemətlərdəndir. Peyğəmbərimiz səlləllahu aleyhi və səlləm buyurub: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilmir: sağlamlıq və boş vaxt.” Bu baxımdan sağlamlığı qorumaq ibadət qədər vacibdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
O bildirib ki, orqan nəqli həm tibbi, həm hüquqi, həm də dini baxımdan mürəkkəb məsələdir:
"İslam alimləri bu barədə müxtəlif fikirlər bildiriblər. Bəziləri müəyyən şərtlərlə orqan nəqlini caiz sayır, digərləri insan bədəninin toxunulmaz olduğunu vurğulayır. Quranda: “Kim bir canı dirildərsə, bütün insanları diriltmiş kimidir” ayəsi insan həyatını xilas etməyin dində nə qədər mühüm olduğunu göstərir.
Eyni zamanda Quranda: “Biz Adəm övladını şərəfli etdik” ayəsi insan bədəninin müqəddəsliyini təsdiqləyir. Buna görə bəzi alimlər hesab edirlər ki, insanın ölümündən sonra bədəninə toxunmaq, orqan çıxarmaq İslamın hörmət prinsipinə ziddir. Digərləri deyirlər ki, əgər məqsəd insan həyatını xilas etməkdirsə və donorun və ya onun ailəsinin razılığı varsa, bu əməl caizdir".
İlahiyyatçı deyib ki, əgər orqan köçürülməsi insanlara fayda gətirir və kiməsə zərər vurmursa, bu İslamın mərhəmət ruhuna uyğundur:
"Müasir fiqh akademiyaları və alimlər razılaşırlar ki, əgər orqan nəqli donorun razılığı ilə, məqsəd həyat xilas etmək olmaqla, alqı-satqı və istismar olmadan, donorun ləyaqəti qorunmaqla və ölüm tibbi cəhətdən təsdiqlənməklə həyata keçirilirsə, bu əməl din baxımından icazəlidir və savab sayılır.
Beyin ölümü halında bir çox alimlər hesab edirlər ki, tibbi və hüquqi baxımdan ölüm təsdiqlənibsə, orqan nəqli mümkündür. Canlı donor məsələsində isə ehtiyatlı yanaşmaq lazımdır. Əgər canlı donor öz sağlamlığına ciddi zərər vermədən başqasının həyatını xilas etmək məqsədilə könüllü şəkildə orqan verirsə, bu savab işdir. Amma donorun sağlamlığı və həyatı risk altına düşəcəksə, bu haramdır. Quranda: “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın” ayəsi bu mövqeni dəstəkləyir".
Onun sözlərinə görə, İslamda orqan nəqli həm qəti qadağa deyil, həm də tam sərbəstlik deyil: 
"Əsas meyar niyyət, məqsəd, şərait və nəticədir. Əgər əməliyyat şəffaf, halallıqla və insan ləyaqətinə uyğun şəkildə həyata keçirilirsə, bu dinin ruhuna zidd deyil. Amma zorakılıq, ticarət, razılıqsızlıq və hörmətsizlik varsa, bu haramdır.
İslam dini bu məsələdə ifrat və təfritdən uzaq, ədalətli və mərhəmətli mövqe tutur. İnsan bədəni Allaha əmanətdir. Əgər bu əmanət başqasının həyatını xilas etməyə xidmət edirsə, bu böyük savabdır. Amma əgər bu əmanət maddi qazanca və hörmətsizliyə çevrilirsə, bu günahdır. Hər bir əməl niyyətə, şəraitə və nəticəyə görə qiymətləndirilməlidir və insan ləyaqəti hər zaman qorunmalıdır".
Qeyd edək ki, Azərbaycanda 22 yaşlı qızın sağ ikən orqanlarını bağışlaması müzakirələrə səbəb olub. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Oktyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri