Icma.az
close
up
RU
Evdə qaz cihazlarından istifadə edərkən hansı qaydalara əməl olunmalıdır? RƏSMİ AÇIQLAMA

Evdə qaz cihazlarından istifadə edərkən hansı qaydalara əməl olunmalıdır? RƏSMİ AÇIQLAMA

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Qaz zəhərlənməsi ən səssiz, eyni zamanda ən təhlükəli hadisələrdən biridir. Məişətdə istifadə olunan təbii qaz, eləcə də yanğın və sızmalar zamanı yaranan zərərli qazlar insan orqanizminə qısa müddətdə ciddi təsir göstərə bilir. Bir çox hallarda insanlar qaz sızmasını və ya təhlükəni vaxtında hiss etmir, nəticədə huşun itirilməsi, boğulma və hətta ölüm halları baş verir. Xüsusilə də qapalı məkanlarda, havalandırmanın zəif olduğu binalarda və qaz avadanlıqlarının nasaz olduğu şəraitdə bu risk daha da artır.

Avtosfer.az xəbər verir ki, ötən gün paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən yaşayış binalarından birində baş verən yanğın zamanı iki nəfərin qazdan zəhərlənib. Bu fakt bir daha göstərir ki, qaz zəhərlənməsi gündəlik həyatımızda real və ciddi təhlükə olaraq qalır. Vaxtında profilaktik tədbirlərin görülməsi və təhlükəsizlik qaydalarına əməl olunması insan həyatını xilas edə bilər

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, havaların soyuması ilə qaz cihazlarından istifadə halları da artır:
“Belə cihazlardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi nəticələrə, o cümlədən qaz sızması, partlayış və yanğın riskinə səbəb ola bilər. Qaz cihazlarından istifadənin yaratdığı təhlükələrdən qorunmaq üçün ilk növbədə yalnız saz və standartlara uyğun cihazlardan istifadə olunmalıdır. Qaz cihazları və qaz şəbəkəsi mütəmadi olaraq yoxlanılmalı, aşkar edilmiş nasazlıqlar dərhal aradan qaldırılmalı və bu işlər yalnız mütəxəssislər tərəfindən aparılmalıdır. Qaz cihazı istifadə olunan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Belə məkanlarda hava çəkən sistem işləməli və daim aktiv olmalıdır. Hamam otaqlarında qaz cihazı istifadə olunursa, ventilyasiya burusu və qapının aşağısında hava keçidi üçün dəliklər olmalıdır. Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması insan həyatı üçün ciddi risk yaradır, çünki dəm qazı zəhərləyici və təhlükəlidir. Nəzərə almaq lazımdır ki, dəm qazı iyisiz və hiss olunmayan qazdır, buna görə də onun varlığı tez-tez yalnız zəhərlənmə simptomları ilə aşkarlanır”.

Həkim toksikoloq İsmayıl Əfəndiyevin sözlərinə görə, qaz zəhərlənməsi yüksək konsentrasiyalı karbon monoksidə məruz qalındıqda və ya təsir müddəti uzandıqda ölümcül nəticələrə səbəb ola bilər:
“İlkin mərhələdə bu vəziyyət qrip və ya qida zəhərlənməsinə bənzər əlamətlərlə özünü göstərə bilər. Ən çox rast gəlinən əlamət baş ağrısıdır. Bundan əlavə, başgicəllənmə və ümumi zəiflik, ürəkbulanma, qusma və qarın ağrısı, nəfəs darlığı, tez yorulma, yaddaş pozuntuları və əsəbilik müşahidə oluna bilər. Bu əlamətlər əsasən qaz sızması olan qapalı məkanlarda uzun müddət qalma nəticəsində yaranır və vaxtında tibbi yardım göstərilmədikdə vəziyyət ağırlaşa bilər. Xüsusilə qapalı məkanlarda qaz sobası, su qızdırıcısı, kombi və ya avtomobil qarajlarından sızan dəm qazı böyük təhlükə yaradır. Uzun müddət bu qazın təsiri altında qalmaq, xüsusilə yuxu zamanı, insanın vəziyyəti vaxtında dərk etməsinə imkan vermir. Uşaqlar, yaşlılar, ürək və ağciyər xəstəlikləri olan şəxslər və hamilə qadınlar risk qrupuna daxildir. Ağır zəhərlənmə zamanı huşun itirilməsi, qıcolmalar, sürətli nəfəsalma və ürək fəaliyyətinin pozulması baş verir ki, bu da beyin və ürək toxumalarının zədələnməsinə gətirib çıxara bilər. Qaz zəhərlənməsi hallarına əsasən qış aylarında daha çox rast gəlinir və vaxtında müalicə olunmadıqda ölüm riski xeyli artır. Qazdan zəhərlənən şəxsə ilk tibbi yardım dərhal və düzgün şəkildə göstərilməlidir. Zərərçəkən mümkün qədər tez təmiz havaya çıxarılmalı, pəncərələr və qapılar açılmalı, lakin yardım göstərən şəxs özünü təhlükəyə atmamalıdır. Dərhal təcili tibbi yardım çağırılmalı, şəxs huşunu itirmişdirsə, onun nəfəsi və nəbzi yoxlanılmalıdır. Nəfəs almırsa, yalnız bu sahədə təlim keçmiş şəxslər tərəfindən süni tənəffüs və ürək masajı aparılmalıdır. Zərərçəkən yan vəziyyətdə uzadılmalı, qaz cihazları söndürülməli, məkan havalandırılmalı və ora yenidən daxil olunmamalıdır. Tibbi yardım gələnə qədər şəxsin vəziyyəti diqqətlə izlənilməli və o sakitləşdirilməlidir”. 

Toksikoloq deyib ki, ev şəraitində edilən bəzi səhvlər qazdan zəhərlənmiş şəxsin vəziyyətini daha da ağırlaşdıra bilər:
“Simptomları adi yorğunluq və ya qrip kimi qiymətləndirərək laqeyd yanaşmaq, qaz mənbəyini söndürmədən məkanı tərk etmək və ya yenidən ora daxil olmaq, zərərçəkəni zorla hərəkət etdirməyə çalışmaq, tibbi yardımı gecikdirmək və ya həkim təyinatı olmadan ev şəraitində müalicə aparmaq ciddi fəsadlara səbəb ola bilər. Eyni zamanda karbon monoksid detektorunun quraşdırılmaması və ya işlək vəziyyətdə saxlanılmaması, məkanın havalandırılmaması da riskləri artırır. Bu cür səhvlər huşun itirilməsi və hətta ölümə gətirib çıxara bilər. Qazdan huşunu itirmiş şəxsə yanlış müdaxilələr qətiyyən yol verilməzdir. Belə hallarda ona yemək və ya içki vermək boğulma riskini artırır. Şəxsi silkələmək, üzdən vurmaq və ya zorla dişlərini açmağa çalışmaq əlavə xəsarətlərə və beyin zədələnməsinə səbəb ola bilər. Zərərçəkəni tək buraxmaq, nəzarətsiz saxlamaq, həkim məsləhəti olmadan dərman, qəhvə və ya spirtli içki vermək qadağandır. Həmçinin qaz sızması olan məkana yenidən daxil etmək və ürək-ağciyər reanimasiyası tədbirlərini lazımi bilik və təlim olmadan tətbiq etmək son dərəcə təhlükəlidir”.
Nurcan Babək

Oxunub 40

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri