23 yaşında Daun sindromlu olduğunu ÖYRƏNDİ
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikada yaşayan bir qadın 23 yaşında nadir rast gəlinən mozaik Daun sindromu diaqnozu aldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, məlumatı "Daily Mail" yayımlayıb.
Onun sözlərinə görə, uşaqlıqdan ürək döyüntüsünün sürətlənməsi, oynaq problemləri və öyrənmə çətinlikləri yaşasa da, həkimlər bu əlamətlərin Daun sindromu ilə bağlı olduğunu düşünməyiblər. Səbəb isə onda sindroma xas xarici görünüş dəyişikliklərinin olmaması olub.
Şübhələr qadının üç uşağında Daun sindromu aşkarlanandan sonra yaranıb. Əlavə müayinələr nəticəsində onda xəstəliyin nadir mozaika forması müəyyən edilib. Bu halda əlavə xromosom yalnız bəzi hüceyrələrdə olur.
Qadın bildirib ki, diaqnozdan sonra illərlə yaşadığı problemlərin səbəbini nəhayət öyrənib.
Hazırda o, sosial şəbəkələrdə öz hekayəsini paylaşaraq bu nadir sindrom haqqında insanları məlumatlandırmağa çalışır.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 25 May 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















