Icma.az
close
up
RU
235 min dollarlıq uçan avtomobil ilk dəfə havaya qalxdı (VİDEO)

235 min dollarlıq uçan avtomobil ilk dəfə havaya qalxdı (VİDEO)

News24 saytına istinadən Icma.az xəbər verir.

Uçan avtomobil konsepti uzun illərdir maraq doğursa da, onun gündəlik həyatda istifadəsi üçün texniki və hüquqi maneələr hələ də aradan qaldırılmayıb. Lakin ABŞ-ın "Alef Aeronautics" şirkəti bu sahədə iddialı görünür və təxminən 235 min dollara satışa çıxarmağı planlaşdırdığı uçan avtomobili ilə böyük ümidlər bəsləyir.

News24.az xəbər verir ki, şirkət avtomobilin necə işlədiyini nümayiş etdirmək üçün ictimai bir yolda sınaq uçuşu həyata keçirib. Görünən odur ki, bu test üçün lazımi icazə alınmayıb. Texniki baxımdan avtomobil yolda hərəkət edərkən maneələri aşmaq üçün havaya qalxmaq imkanına malikdir.

Bu cür avtomobillərin rəsmi olaraq yollarda və ya hava məkanında istifadəsinə icazə verilməməsinin bir sıra mühüm səbəbləri var. Çünki yerüstü avtomobil idarəçiliyi ilə uçan bir nəqliyyat vasitəsini idarə etmək tamamilə fərqli fiziki qanunlara tabedir.

Avtomobil havaya qalxdıqda artıq küləyin təsiri, yerin cazibə qüvvəsi və mühərrik gücü kimi amillərlə qarşılaşır. Bu cür nəqliyyat vasitələrinin havada idarə edilməsi pilot və ya helikopter sürücüsü lisenziyası tələb edir və olduqca çətindir.

Bundan əlavə, uçan avtomobillərin istismara verilməsi ciddi təhlükəsizlik riskləri daşıyır. Belə nəqliyyat vasitələrinin nəzarətsiz uçuşları ölümlə nəticələnən və maddi ziyan vuran qəzalar yarada bilər. Bu səbəbdən bir çox ölkə hələlik uçan avtomobillərə lisenziya verməkdən imtina edir.

Hazırda bu cür nəqliyyat vasitələri əsasən çox zəngin şəxslərin böyük özəl ərazilərində əyləncə məqsədilə istifadə etdiyi texnoloji "oyuncaqlar" olaraq qalır. Onların kütləvi istifadəsi üçün süni intellektlə idarə olunan avtonom sistemlərin inkişaf etdirilməsi vacibdir.

Əgər süni intellekt və avtonom idarəetmə sistemləri bu sahədə tətbiq olunarsa, dünya "Beşinci Element" və ya "Ulduz Döyüşləri" filmlərində gördüyümüz, uçan avtomobillərlə dolu futuristik bir mənzərəyə qovuşa bilər. Lakin insan nəzarətində olan uçan avtomobillərin sərbəst şəkildə istismarı hələlik praktik olaraq mümkün görünmür. /valyuta.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Fevral 2025 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri