Icma.az
close
up
RU
24 ildən sonra prezident postunu tərk edən Bəşər Əsəd kimdir?

24 ildən sonra prezident postunu tərk edən Bəşər Əsəd kimdir?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyada Bəşər Əsəd rejimi süqut edib. Bir həftədir prezidentə qarşı çıxan qüvvələr, o cümlədən “Həyat Təhrir əl-Şam” qruplaşması gözlənilmədən və sürətlə genişmiqyaslı hücuma keçərək Hələb şəhərini ələ keçiriblər. Həftə sonu islamçı üsyançılar paytaxt Dəməşqə nəzarəti ələ keçirərək hakimiyyət dəyişikliyini elan ediblər. Əsəd hakimiyyətinin sona çatdığını ölkə ordusunun komandanlığı da zabitlərə açıqlamasında bildirib.
Demokrat.az  "Unikal"a istinadən xəbər verir ki, şəhər sakinləri “azadlıq!” şüarları səsləndiriblər. Bəzi ərazilərdə talan başlayıb. Xüsusilə Suriya prezidentini dəstəkləyən bir ölkə olan İranın hökumət məhəlləsi və səfirliyi talan edilib.
Bəşər Əsəd Suriyanı necə tərk etdi?  
2000-ci ildən Suriyaya rəhbərlik edən Əsədin ölkəni tərk edərək hara köçməsi ötən gün dünya mediasını zəbt edib.  Bəzi KİV-lər, onun təyyarə qəzasında həlak olduğunu yazıb. Göyərtəsində Əsədin ola biləcəyi iddia edilən İl-76 təyyarəsi bazar günü, dekabrın 8-i səhər tezdən Dəməşqdən havaya qalxıb. O, bir neçə dəfə uçuş istiqamətini dəyişib və sonra radar ekranlarından itib. Bu, üsyançıların nəzarətində olan Holms şəhərinin ərazisində baş verib. Bununla belə, prezident təyyarəsinin qəzaya uğraması ilə bağlı versiya ilə yanaşı, başqa bir versiya da var idi - ekipaj sadəcə transponderi söndürə bilərdi, buna görə də İl-76 radarlardan kənarda qalıb. 

Rusiya Xarici İşlər Nazirliyi daha sonra Əsədin Suriyanı tərk etdiyini açıqlayıb. Lakin nazirlik prezidentin mümkün ölümünü şərh etməyib.
“B.Əsəd və Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları arasında aparılmış danışıqlar nəticəsində o, hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək prezident postunu tərk etmək qərarına gəlib və ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Eyni zamanda Almaniyanın "Bild" nəşri öz mənbələrinə istinadən yazıb ki, Əsəd son anda üsyançılarla razılığa gəlməyə çalışıb. İddialara görə, o, dekabrın 7-də, şənbə günü axşam istefasını rəsmən elan etməyə, daha sonra Rusiyaya uçmağa razılaşıb. Lakin o, heç vaxt açıqlama verməyib.
Bazar günü axşam Suriyanın keçmiş liderinin taleyi daha aydın olub. Rusiyanın TASS xəbər agentliyi Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvada olduğunuyazıb. Rusiyada o və qohumları “humanitar səbəblərə görə” sığınacaq alıblar.
Bəşər Əsəd kimdir və o, hakimiyyətə necə gəlib?
Bəşər hakimiyyətə gəlməzdən əvvəl Londonda tibb təhsili alıb  və oftalmologiya üzrə ixtisaslaşıb. Onun böyük qardaşı Basil Hafiz Əsədin gələcək varisi hesab edilirdi, lakin onun avtomobil qəzasında gözlənilməz ölümü siyasi kartları qarışdırdı. Bəşər siyasi karyeraya hazırlaşmaq üçün Suriyaya qayıdıb və 1994-cü ildə hökumət işlərində iştirak etməyə başlayıb. 
2000-ci ildə atasının ölümündən sonra Suriyada rəqabətsiz keçirilən prezident seçkilərində Bəşər Əsəd qalib gəlib. O vaxtdan bu günə qədər o, vəzifəsi bəzən qeyri-müəyyən olsa da, hakimiyyətdə qalıb. Onun hakimiyyəti tez-tez avtoritar (xüsusilə Qərbdə) kimi xarakterizə olunur və 2011-ci ildə başlayan daxili münaqişələr və vətəndaş müharibəsi ilə müşayiət olunub.

2010-cu illərin əvvəllərində hökumət əleyhinə etiraz dalğası ərəb ölkələrini bürüyüb və bəzi ştatlarda hakimiyyət dəyişikliyi ilə başa çatıb “Ərəb baharı” adlandırılan bu proses Suriyadan da yan keçməyib. Bu Yaxın Şərq ölkəsində Bəşər Əsədin istefası tələbi ilə mitinqlər 2011-ci ildə başlayıb. Prezident getməkdən imtina edib və etirazları yatırmağa başlayıb. Lakin vəziyyət tezliklə idarəolunmaz hala gəlib və hələ də davam edən tammiqyaslı vətəndaş müharibəsinə çevrilib. 
2014-cü ildə bu münaqişə zamanı dövlətin zəifləməsindən istifadə edərək Suriyanın böyük hissəsi İslam Dövləti qrupunun radikal islamçıları tərəfindən tutulub və bir neçə ildən sonra yalnız beynəlxalq qüvvələrin iştirakı ilə ölkədən çıxarılıb. Radikallara Suriya ordusu, müxalif qüvvələr, Qərb, Rusiya və Yaxın Şərq ölkələri müqavimət göstərib. 
Bəşər Əsəd hökuməti son illər ərazinin böyük hissəsinə az-çox uğurla nəzarət etsə də, ölkədə təkcə prezidentə deyil, həm də bir-birinə qarşı çıxan müxtəlif qruplar fəaliyyətini davam etdirirdı. Onların bəzilərini Türkiyə, bəzilərini İran, bəzilərini "Hizbullah" və s. dəstəkləyir.
Əsəd-Putin dostluğu...

Vətəndaş müharibəsi zamanı Bəşər Əsəd dəfələrlə Moskvaya gələrək prezident Vladimir Putinlə görüşüb. Əsədin vətəndaş müharibəsi başlayandan bəri Moskvaya ilk geniş şəkildə ictimaiyyətə açıqlanan səfəri 2023-cü ildə baş verib. Daha sonra Putin rusları “Suriyanın əsl dostları” adlandırıb. Buna cavab olaraq Əsəd Moskvanın Ukraynadakı hərəkətlərini dəstəklədiyini bəyan edib.

“Bu, mənim Ukraynada xüsusi əməliyyat başlayandan sonra ilk səfərimdir. Bir daha demək istərdim - biz sizin neonasistlərə və köhnə nasistlərə qarşı mübarizənizi tam dəstəkləyirik. Mən “köhnə” nasistlərdən danışıram, çünki Qərb onları həmişə bizim torpaqlarımızda qəbul edib və indi də onlara kömək etməkdə davam edir”, - deyə Suriya lideri bildirib.
Əsədin Putinlə son görüşü 2024-cü ilin iyulunda Moskvada baş tutub, liderlər Yaxın Şərqdəki vəziyyəti və iqtisadi əlaqələri müzakirə ediblər. Noyabrın sonunda Suriyada vəziyyətin kəskin şəkildə gərginləşməsindən sonra Əsədin yenidən Rusiya paytaxtına uçması ilə bağlı şayiələr yayılıb. Lakin o zaman Kreml bunu təkzib etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2024 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri