Icma.az
close
up
RU
Devrilən Bəşər Əsəd kimdir? DOSYE

Devrilən Bəşər Əsəd kimdir? DOSYE

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli.Az 24 il Suriyaya rəhbərlik etmiş Bəşər Əsədin həyatı barədə məlumatları təqdim edir:

Bəşər Əsəd və ya tam adı ilə Bəşər Hafiz Əsəd 17 iyul 2000-ci ildən Suriya Prezidenti olub. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideri olub. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur.

Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir. Dəməşqdəki fransız-ərəb təmayüllü "əl-Hürriyyə" liseyində orta təhsilini bitirən Əsəd, daha sonra Dəməşq Universitetinin Oftalmologiya fakültəsinə daxil olur. 1992-ci ildə o, oftalmologiya üzrə təcrübə keçmək və təhsilini davam etdirmək üçün İngiltərənin paytaxı Londona gedir və burada Qərb Göz Hospitalında təcrübə keçir.

1994-cü ildə atası Hafiz Əsəddən sonra prezidentlik postuna varis hesab edilən böyük qardaşı Basil Əsədin avtomobil qəzasında həyatını itirməsindən sonra, Əsəd Suriyaya çağırılır. Suriyaya qayıdan Əsəd elə həmin il (1994) Homs Hərbi Akademiyasına qəbul edilir. 1999-cu ildə isə o, artıq polkovnik rütbəsi almış hərbçi idi və diplomatik vəzifə tuturdu. 2000-ci ildə isə hakim Baas partiyasının sədri vəzifəsinə seçilir.

2000-ci ildə Hafiz Əsədin vəfat etməsindən sonra, prezident səlahiyyətlərini müvəqqəti olaraq Əbdülhəlim Xəddam icra edir. Hafiz Əsədin ölümündən sonra təcili toplanan parlamentin prezident seçiləcək şəxsə qoyulan 40 yaş məhdudiyyətini 34 yaş ilə dəyişməsindən sonra Bəşər Əsəd rəqibsiz keçirilən seçkilərdə 97% səslə ölkənin yeni prezidenti seçilir. 2006-cı il iyun ayının 11-də isə o Suriya Silahlı Qüvvələrinin ali baş komandanı vəzifəsini də icra etməyə başlayır.

Prezident seçilənədək, onun Suriya ictimaiyyətindəki rolu Suriya Kompüter Cəmiyyətinin sədri olması və 2001-ci ildə ölkəyə interneti gətirməsidir. Daxili siyasətdə müəyyən "yumşaqlığı" ilə atasından fərqlənir.

Prezident seçildikdən sonra demokratiyanı Suriyada həyatın daha da yaxşılaşdırılması üçün vasitə hesab etdiyini bildirir. Belə ki, Əsəd prezident vəzifələrini icra etməyə başladığı zaman dərhal Mezze həbsxanasını bağlayaraq, yüzlərlə siyasi məhbusu sərbəst buraxır.

Əsədin iqtisadi islahatları çərçivəsində özəl sahibkarlığın, xüsusilə də bank sektorunun inkişafı istiqamətində müəyyən addımlar atılır, eləcə də Avropa İttifaqı ilə azad ticarət assosiasiyalarının qurulmasına dair razılıq əldə olunduqdan sonra neft sahəsinə xarici sərmayənin cəlbi sürətlənir.

2000-ci ildə İngiltərənin paytaxtı Londonda tanış olduğu Əsma Əsəd ilə evlənir. Cütlüyün 3 övladı var.

Ölkəsinin İsraillə münasibətləri xüsusunda atasının izlədiyi siyasi kursu davam etdirən oğul Əsəd müxtəlif beynəlxalq konfranslardakı çıxışında İsrail və ABŞ əleyhinə çıxışları ilə diqqəti cəlb edir və bununla da digər ərəb ölkələrindən fərqli mövqe nümayiş etdirir.

Suriya 2003-cü ildə İraqın işğalınadək BMT Təhlükəsizlik Şurasının Səddam Hüseyn rejimini silahla təchiz etməmək paktına qoşulan ölkələr arasında qalır. İraqın ABŞ və koalisiya qüvvələri tərəfindən işğalından bir qədər əvvəl isə beynəlxalq qurumlarda gedən danışıqlarda iştirak edən Əsəd qonşu ölkənin işğalının əleyhinə olduğunu bəyan edir. BMT TŞ-da çıxış edən Əsəd Qərbi İraqı işğal fikrindən daşındırmağa çalışsa da buna nail ola bilmir. İraqın işğal edilməsindən sonra ABŞ Əsədi müharibədən sonrakı İraqda terrora dəstək verməkdə ittiham edir. Bundan sonra ABŞ, Avropa İttifaqı, İsrail və Fransa Suriyanı Fələstinin HƏMAS və İslami Cihad hərəkatlarına, eləcə də Livanın Hizbullah hərəkatına maddi-texniki və hərbi dəstək göstərməkdə ittiham edir.

ABŞ-də baş verən "11 sentyabr" hadisələrindən sonra ABŞ-Suriya münasibətləri gərginləşir və Birləşmiş Ştatlar Suriyanı terroru dəstəkləməkdə ittiham edir. İki ölkə arasındakı münasibətlər Livanın Baş naziri Rafiq Həririnin sui-qəs nəticəsində öldürülməsindən sonra daha da pisləşir. BMT Təhlükəsizlik Şurasının 1559 saylı qətnaməsindən sonra isə Suriya əsgərlərini Livandan çıxarılması tələbini müsbət cavablandırır. 2005-ci ildə Əsəd Suriya hərbi kontingentinin Livandan çıxarılmasına razılıq verərək, bu məsələdə hətta Livanın keçmiş Baş naziri Rəfiq Həririnin ölümündə Suriya kəşfiyyat orqanlarının əli olmasından şübhələnən BMT müşahidəçiləri ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edir. Ərəb dünyasında isə o, bir çox ərəb ölkələri ilə, xüsusilə Səudiyyə Ərəbistanı və Fələstin Azadlıq Təşkilatı ilə əlaqələrini davam etdirir.

2005-ci ildə Papa II İohan Pavelin dəfnində iştirak edən Əsəd burada İsrail prezidenti Moşe Katsavla görüşür.

2007-ci il may ayının 27-də Bəşşar Əsəd növbəti 7 il müddətində Suriyanın prezidenti seçilib. Başqa namizədlərin iştirak etmədiyi seçkilərdə o, səslərin 97,6%-ni toplayır.

2008-ci ildə Bəşşar Əsəd Türkiyənin vasitəçiliyi ilə Qolan təpələrinə dair İsraillə müzakirələrin aparılmasına razılıq verir.

2011-ci ildə özünü anti-İsrail və anti-Qərb siyasətçi kimi xarakterizə edən Əsəd bu siyasətinə görə Qərbin onu devirmək cəhdlərindən çəkinmədiyini bəyan edir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see623

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see270

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see258

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see247

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see232

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see229

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see219

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see217

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see210

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see204

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see196

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see192

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see185

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see185

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see181

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see179

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see177

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see173

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri