“24 lüy”ə düşəcəyimizə inanıram” Video
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Özümüzə inam gəlmişdi. “Qarabağ”ın çox məqamları oldu. Amma qarşıdakı klub da nəhəng klubdur. Cavan futbolçuları var”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ” – “Çelsi” oyunundan sonra Ağdam təmsilçisinin Prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablayarkən deyib.
“Siyasətlərini tam dəyişdiriblər. “Çelsi” artıq cavan futbolçular götürür. Uzunmüddətli müqavilələr bağlayır. Çox böyük ambisiyaları var. Rəhbərlik tam dəyişib. Qarşımızda çox təhlükəli oyunçular vardı. Mən 3-1 gözləyirdim, arzum idi. Amma hələ macəra davam edir. Həyəcanla “24-lüyə” düşəcəyimizə inanıram”.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının dördüncü turu çərçivəsində İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesabı ilə bərabərliyə razılaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 06 Noyabr 2025 02:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















