Icma.az
close
up
RU
Asmir Beqoviç: Qarabağ ın Çempionlar Liqasında ilk 24 lüy ə düşmək üçün yaxşı şansı var MÜSAHİBƏ

Asmir Beqoviç: Qarabağ ın Çempionlar Liqasında ilk 24 lüy ə düşmək üçün yaxşı şansı var MÜSAHİBƏ

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ" və "Çelsi" komandalarının sabiq qapıçısı Asmir Beqoviç "Report"a müsahibə verib. 38 yaşlı "əlcək sahibi" adıçəkilən klubların UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb. Hələ də Ağdam təmsilçisini izlədiyini deyən təcrübəli qolkiper "köhlən atlar"ın "Liverpul"la səfər matçına getmək istədiyini deyib.

Asmir Beqoviç 2015-2017-ci illərdə "Çelsi"nin, 2019/2020 mövsümündə isə "Qarabağ"ın formasını geyinib. O, Ağdam təmsilçisində 10 rəsmi görüşdə meydana çıxıb. Bosniya və Herseqovina yığmasının sabiq "çərçivə qoruyucusu" karyerası ərzində İngiltərədə "Stok Siti", "Bornmut", "Everton", "Kuins Park Reyncers", İtaliyada isə "Milan" kimi klubların şərəfini qoruyub. O, hazırda Çempionşipdə mübarizə aparan "Lester"in uğurları üçün çalışır.

- Vaxtilə çıxış etdiyiniz iki klub - "Qarabağ" və "Çelsi" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda qarşılaşacaqlar. Oyunla bağlı gözləntiləriniz necədir?

- Görüşün maraqlı keçəcəyinə ümid edirəm. Mənim hər iki komandaya çox xoş hisslərim var. "Qarabağ" hazırda çox yaxşı formadadır. Düşünürəm ki, komandanız "Çelsi"yə qarşı rahat və sərbəst futbol oynayacaq. Təbii ki, bu hal rəqib üçün çətinlik yaradacaq. Ümid edirəm ki, ən yaxşı komanda qalib gələr və ya heç-heçə də pis nəticə sayılmaz.

- "Qarabağ" güclü rəqibindən xal ala bilər?

- Evdə oynaması komanda üçün əlavə üstünlükdür və bu amilə görə rəqibindən xal ala bilər. Azərbaycan klubunun heyətində bacarıqlı və keyfiyyətli futbolçular yer alır. Komandanın Bakıda çıxış etməsi mühüm rol oynayacaq. Sadəcə, inanmaq lazımdır və əllərinə düşən fürsətdən düzgün yararlanmalıdırlar.

- Bəzi əcnəbi mütəxəssislər də Azərbaycan çempionunun formada olduğunu və pley-offa yüksələ biləcəyini deyir. Siz bu barədə nə düşünürsünüz?

- Bəli, "Qarabağ"ın ilk "24-lüy"ə düşmək üçün yaxşı şansı var. Sadəcə, komandada olan hazırkı inamı qorumaq lazımdır. Bu komanda yüksək keyfiyyətə malikdir və bundan istifadə etməlidir. Belə olan halda "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində növbəti raunda adlaya bilər.

- Ümumiyyətlə, "Qarabağ"dan ayrıldıqdan sonra bu komanda ilə bağlı məlumatlar öyrənməyə davam etdiniz?

- Bəli, mən həmişə "Qarabağ"ı izləyirəm. Baxmayaraq ki, orada uzun müddət çıxış etməmişəm. Lakin Azərbaycanda möhtəşəm bir təcrübə yaşamışam və komandaya hər zaman ən yaxşısını arzulayıram.

- Ağdam kollektivi Çempionlar Liqasının əsas mərhələsində sonuncu sınağını İngiltərənin digər təmsilçisi "Liverpul"a qarşı keçirəcək. Bu matçla bağlı nə deyə bilərsiniz?

- Həqiqətən həm ingilis, həm də azərbaycanlı azarkeşləri möhtəşəm matç gözləyir. "Liverpul" güclü rəqibdir. Çempionlar Liqasında əsas mərhələnin son matçı olacaq. "Qarabağ"dan layiqli mübarizə gözləməyə dəyər.

- Həmin qarşılaşmanı izləmək üçün Liverpula getməyi düşünürsünüz?

- Bunu həqiqətən çox istəyirəm. "Liverpul" - "Qarabağ" oyunu zamanı orada olmağa çalışacağam.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri