24 saat ərzində İsrailin hücumları nəticəsində Qəzzada 15 nəfər həlak olub “Əl Cəzirə”
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, son zərbələr Fələstin anklavının şimal və cənubundakı çadır düşərgələrinə endirilib. İsrail hərbi qüvvələri də Qəzza şəhərini intensiv artilleriya atəşinə tutur.
Martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, ona qarşı kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun irəli sürdüyü təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin Qəzzada saxlanılan bütün girovları azad etmək olduğunu bildirib. HƏMAS isə hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ın günahkar olduğunu bildirir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















