Icma.az
close
up
RU
Menu

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

Qarpız zəhərlənməsi: “Bu il...”

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

Rubrika: Tibbdə yenilik

Zamanı aşan nəğmələr: Vasif Adıgözəlovun ölməz musiqi dünyası

Ebola epidemiyası bitdi

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər… KONKRET

24 saatı keçməyən Quba səfəri...

24 saatı keçməyən Quba səfəri...

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Hələ havaların soyuq olduğu, dağların başı qarlı, günəşin isə bərq vurduğu fevral günlərindən birində ömrümüzün yarısını birlikdə aşdığımız rəfiqəm Ləmanla qar görmək üçün Şimal diyarına – Qubaya səfər etdik.

Gəlib çatanda divarların küncündə bir zamanlar pambığa bənzəyən qardan sadəcə əriyib buza dönməyi gözləyən ağartılar gördük. Təəssüfləndik, amma bu kefimizi qətiyyən poza bilməzdi. İlk gün havanın soyuqluğu, yolun yorğunluğu və Bakının səs-küyündən uzaq olmağın verdiyi rahatlıq hissiylə kiçik kattecimizdə dincəlməyi seçdik. Uzun söhbətlərin, musiqi sədaları altında rəqs etməyin, birlikdə əylənməyin bizə yad olmadığı gecələrdən daha birinin yerini bu dəfə dağlardan gələn sərin səhər mehinin əvəzləməsini gözlədik...

Günəşin aləmi işıqlandırmasından az sonra səhər yeməyimizi yeyib, hazırlaşıb özündə maraqlı tarixi gizlədən bu məmləkətin gəzməli-görməli yerləri ilə tanış olmaq üçün yola çıxdıq.

Yol boyunca uzaqdakı bacası tüstüləyən köhnə evləri gördükcə içimdə adını ixtisar edərək sadəcə “darıxmaq” deyə biləcəyim bir hiss baş qaldırırdı. Böyük şəhərlərdə yaşayanlar o evlərdə hüzur tapacağını düşünür, o evlərdəkilər də böyük şəhərlərdəkilərin həyatının güllük-gülüstanlıq olduğunu. Nə qəribədir...

Maşınımızın istiqaməti “Təngəaltı”na idi... Məşhur “Mağara”ya getdik. Sıldırım qayalarda bir-birilərinin adını, adının baş hərflərini toplayıb sevgilərinin vizual görüntüsünü yaradan o şəxslərin əl işini görəndə təəccüblənmədim deyil. O qədər hündürlüyə necə yazdıqlarını hələ də düşünürəm...

Quba və ətrafında işğalçı qüvvələrə qarşı mübarizə aparan Qaçaq Mayılın mağarasına qalxan möhkəm dəmir pilləkənləri çıxmaq bizi bir az yorsa da, maraqlı macəra idi. Unutmamalıyıq ki, zirvəyə qalxan hər yol əziyyət tələb edir. İrəlilədikcə Qaçaq Mayılın həyatı və mübarizəsi haqqında çərçivələnib asılan yazılarla tanış olurduq. Zirvəyə çatanda Mayılın heykəli ilə qarşılaşdıq. Dağların sərin havasını duyduğumuz füsunkar bir mənzərədən bizə qalan xatirələri ölümsüzləşdirməsək, olmazdı.

Ləmanla əl-ələ tutub enməsi qalxmasından daha asan olan həmin pilləkənləri izləyərək Bakıya qayıtmağı və gündəlik həyatımıza qaldığımız yerdən davam etməyi istəməsək də, maşınıza tərəf yollandıq.

Amma səfərimizdə nəsə əskik idi. Bunu məncə, elə təkcə mən hiss etdim. İnsanlar… Bu rayonun daşına, torpağına bələd olan kənd camaatı… Biz adətən gəlirik, gəzirik, gedirik. Çoxumuzu orada ömür boyu yaşayan kəslərin həyatı maraqlandırmır. Zatən çoxumuza digər insanların həyatı, ümumiyyətlə, maraqlı olmur. Amma məncə, onların da səsini eşitməyə və eşitdirməyə ehtiyac var idi.

Ona görə də gözüm küçələrdə yerliləri axtara-axtara qalmışdı və nəhayət, tapdım. Özü də canlı tarix tapdım…

Dörd nəfər ağsaqqal qapılarının ağzında nərd oynayır. Maşını saxlatdırıb məni gözləmələrini xahiş etdim. Düşdüm və yaxınlaşdım ağsaqqallara. Allahın salamını verib, jurnalist olduğumu və nə istədiyimi söylədim.

Pirvahid kəndinin canlı tarixləri oyunu saxlayıb məni anlayışla, sevgi və hörmətlə qarşıladılar. Sanki onlara da bu lazım imiş…

Dedim ki, kəndinizin məşhur nəyi var? Şəhid atası Abdul Novruzov kənddəki təsərrüfatdan danışmağa başladı… Onun oğlu Novruzov Novruz I Qarabağ müharibəsində şəhid olub.

- Kəndimiz əkinçiliklə, heyvandarlıqla, tərəvəzçiliklə məşğuldur.

- Yollarınız Bakı yollarından safdır. Bəs kənddə hansı problemlər var?

- Bu kəndin əsas problemi kənd təsərrüfatının suvarma sistemidir. Su yoxdur. Kanal çəkiləcək bu kəndə. Planda var. Ancaq hələ qış mövsümü ilə əlaqədar olaraq bunu saxlayıblar. Ancaq su da yoxdur. Bu dəqiqə quraqlıqdır. Qışdır deyə qar, yağış dadımıza çatır.

Dayılara dedim ki, bununla bağlı “Azərsu” ASC-yə məlumat verəcəyik ki, prosesi sürətləndirsinlər.

- Bəs qazlaşdırma necədir?

- Qaz əladır. Ancaq burada kabelləşmə yoxdur. Elektrik xətlərində problem var. Külək oldu, işıqlar tez sönür. “Xaladelnik”lər, paltaryuyan maşınlar sıradan çıxır. Neçə dəfələrlə icradan gələnlər burada görüş keçiriblər, iştirak etmişik. Deyiblər “düzələcək”. Hələ də düzəlir.

- Bakıdan gələnlər çox olur?

- Bakıdakılar şənbə-bazar burada olur.

- Bəs burada kənd camaatı üçün avtobus var?

- Burada xüsusi taksilər də var, avtobuslar da var.

Gəldiyimiz günün axşamı çay almağı unudub və bütün gecəni heç yerdən çay tapa bilmədiyimizi xatırlayaraq 24 saatlıq marketlərin olub-olmadığını maraqlandım. Ağsaqqal marketlərin gecə 12-dək olduğunu deyəndə, yəqin, heç olmasa, apteklərdə vəziyyətin fərqli olduğunu soruşdum ki, aptek, ümumiyyətlə, yox imiş.

- Bəs xəstələnəndə hara gedirsirsiniz?

- Burada İkinci Nüqədi kəndi var. Buranın tərkibindədir. Böyük “balnisa” da var orada, yaxşı həkimlər də var. Xəstələnəndə ora gedirik. Buradan oracan təxmini 7 kilometrlik yoldur. Təngəaltıdan yuxarı həmin kənddir.

Yaxınlığımızda məktəbin olduğunu görüb şagirdlərin vəziyyətini soraqladım.

- Məktəb super. Köhnə məktəb var idi. 2021-ci ildən qəşəng məktəb tikildi. Savadlı müəllimlər var. Digər kəndlərdən gəlib işləyənləri belə var.

Solumdakı digər dayı bildirdi ki, hətta bu kənddə 700 bal yığan şagirdlər olub. Sən demə, bayaqdan söhbətimizi sakitcə dinləyən digər kişinin nəvəsi Aytac Harunova 700 bal yığıb, hazırda da Bakıda tələbədir.

- 600, 500 bal yığanlar da var. Ən aşağı 300 bal yığıblar.

Məktəb də elə yanımda dayanan dayılardan birinin şəhid qardaşının – Ramin Dadaşovun adına imiş…

- O məktəbdə 2021-ci ildən bəri hər şey əladır. 15-18 instituta qəbul olub. Burada peşə məktəbi də var. Hətta Bakı Dövlət Universitetinin və İqtisad Universitetinin də tələbələr üçün istirahət mərkəzləri var Qubada. Yay vaxtı tələbələr gəlir. Məktəblərimiz də bütün avadanlıqlarla, kompüterlərəcən təmin olunub.

Ancaq ümumi təhsilimizin bəlası olan repetitorluqdan buradakı valideynlər də dadbidad etdilər. Məktəbin keçmiş direktoru olmuş Xanlar Zəkəriyyəyev bu barədə fikirlərini bölüşdü:

- Hazırlıq müasir həyatın ən bəlalı cəhətidir. Sovet dönəmində şagirdlər yalnız məktəbdən aldıqları bilik əsasında gedib imtahan verib qəbul olurdular. Ancaq indi bir bəladır, müəllim yanına gedəsən gərək. Allaha and olsun, bizim uşaqlar əzab çəkirlər. Burada bir nəfərdir şagird hazırlayan. Yerdə qalan bütün uşaqlar avtobusla gedir Qubaya, Qubadan gəlir bura. Saat 2-də gedirlər, axşam saat 4-5-də gəlirlər.

Övladı müəllim yanına gedən valideyn də bunun üçün aylıq 400 manat xərcinin çıxdığını deyib söhbətə qarışdı:

- Reallıqla danışaq, burada dərs keçib o uşaqlar gedib instuta girə bilməz, mümkün deyil.

Keçmiş direktor sözünə davam etdi:

- Təhqir kimi anlaşılmasın, amma bu dəqiqə müəllimlər bütün məktəblərdə elə bil gün keçirdirlər. Deyir ki, mütləq uşaq gəlsin mənim yanıma, mən öyrədim.

Xatırlatdım ki, cənab nazirimiz də keçirdiyi brifinqdə bu məsələni qınayıb.

- Ancaq indi real addımlar atılırmı? Yox. Bu söhbət 10 illər, neçə illər bundan əvvəl qaldırılıb ki, repetitor ləğv ailənin uşağı istəyir alim olsun, xeyri yoxdur. O uşaq ali məktəb üzü görməyəcək. Çünki onun pulu yoxdur repetitora verməyə. Pulu yoxdur ki, ali məktəbə qəbul olandan sonar kirayə ev tutsun, sonar onun gediş-gəlişi, nə bilim, yeməyi, filanı. Hər ay azı 1500 manat o ailənin pulu gəlməlidir ki, özü də normal dolansın, oxutdurduğu uşağı da normal yedirdə bilsin, kirayə haqqını, yol haqqını versin. Kasıb ailənin uşağı bəlkə də 700 balı toplaya bilər, ancaq oxumaq imkanı yoxdur. Hər müəllim 50-60 manat pul istəyir. Valideyn əziyyət çəkir. Lap xərc çəkdi, oxutdu. Bəs işə qəbul?

- Keçən il elə bu kişinin nəvəsi qəbul olanda çıxdı məktəbin direktoru elan etdi ki, Pirvahid məktəbi Quba üzrə instituta girənlər üzrə 3-cü yeri tutub. Fəxrlə danışdı. Daha demir ki, onu məktəb müəllimi hazırlamayıb. Məktəbdə dərs keçmirlər. – deyə abituriyent atası da əlavə etdi.

Sonda yarımçıq qalmasına səbəb olduğum oyunun aqibəti ilə də maraqlanmağı unutmadım. Dayılardan biri dedi ki, görürsən, utanmır, atasını udur?

Axı deməyi unutdum. Qubanın gözəl havasında ata Abdul kişi ilə oğlu Təbriz kişi nərd oynayırdı, digərləri də kimin qalib gələcəyini səbirsizliklə izləyirdi…

“Oyunçu aparsın” deyib və Allahdan uzun ömür arzulayıb onlarla sağollaşdım.

Çünki bir az da qalsaydım, artıq məni evləndirmək istədikləri nəvələrini çağıracaqdılar. Bəli, ağsaqqallar sözün həqiqi mənasında, 28 yaşlı nəvələri üçün mənə elçi çıxdılar. Buradan elə həmin gəncə də xoşbəxtlik diləyirəm.

Mən isə Bakıya uzanan 2-3 saatlıq yoluma istədiyinə nazil olmuş jurnalistin məğrur təbəssümü ilə davam etdim…

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Mart 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see320

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see309

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see276

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see266

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see248

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see222

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see217

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see216

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see207

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see202

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see190

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see184

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see182

Rubrika: Tibbdə yenilik

28 İyul 2026 12:10see177

Zamanı aşan nəğmələr: Vasif Adıgözəlovun ölməz musiqi dünyası

28 İyul 2026 18:12see173

Ebola epidemiyası bitdi

28 İyul 2026 20:26see171

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see169

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see169

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

28 İyul 2026 12:23see169

Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər… KONKRET

28 İyul 2026 09:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri