Icma.az
close
up
RU
İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə işgüzar səfəri olduqca məhsuldarlığı və ahəngdarlığı, xüsusi əlamətdarlığı ilə yadda qaldı. 

İlk növbədə, Azərbaycan Prezidentinin Nyu-Yorkda bir neçə ölkənin dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbəri, nəhəng investisiya, rəqəmsal və sənaye holdinqlərinin, maliyyə təsisatlarının birinci şəxsləri ilə keçirdiyi səmərəli görüşlər dünya mediasının və ictimaiyyətinin diqqətini çəkməklə cənab Prezidentin möhtəşəm siyasi nüfuzunu nümayiş etdirdi. 

Qlobal miqyaslı nəhəng investisiya və nüfuzlu biznes elitasının üzvləri ilə aparılan faydalı müzakirələr Azərbaycanla yeni əməkdaşlıq əlaqələri qurmaq, qabaqcıl ideyaları və imkanları dəyərləndirmək, ölkəmizə yeni investisiyaların cəlb etmək baxımından əla fürsət yaradır.

Dünyanın ən ali kürsüsündə Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin tarixinə qısa baxış salan dövlətimizin başçısı İrəvanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətləri nəticəsində bir milyon azərbaycanlının öz yurd-yuvasından didərgin salınmasına diqqət çəkdi.

Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələrindən bəhs edən Prezident İlham Əliyevin bu mövzuya yenidən qayıtması təsadüfi deyildi. 30 il suveren ərazisinin 20 faizinin hərbi işğalı ilə bağlı BMT-nin qəbul etdiyi dörd qətnamənin heç vaxt icra edilməməsi, Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmaması, ATƏT-in Minsk qrupunun münaqişənin əbədi dondurulmasına xidmət edən fəaliyyəti beynəlxalq hüququn işləmədiyini, ədalətsizliyin hökm sürməsinin təzahürləri idi. 

Dövlətimizin başçısı məhz bu haqsızlıq, ədalətsizlik şəraitində 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etdiyini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini təkbaşına yerinə yetirdiyini xatırlatmaqla beynəlxalq birliyin ikili standart yanaşmasını, fəaliyyətsizliyini onların diqqətinə çatdırdı. 

Vurğulandığı kimi, 44 günlük müharibədə qazanılan zəfərin qürurlu səhifəsi olan 2020-ci il 10 noyabr tarixi Ermənistanın kapitulyasiyası və 30 illik işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Rəsmi Bakı zəfərdən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan edərək beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdü, sülh müqaviləsi layihəsini təqdim etdi. 

Azərbaycanın birbaşa təşəbbüsü ilə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi müxtəlif təxribatlara baxmayaraq müsbət nəticələr verdi. 

Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin şahidliyi ilə sülh müqaviləsinin mətninin paraflanması və Ermənistanın baş naziri ilə imzalanmış Birgə Bəyannamənin icrası istiqamətində aparılan davamlı səylər artıq öz müsbət nəticəsini verir, regionda yeni siyasi və iqtisadi ab-hava formalaşır. Yeni münbit imkanlar isə Azərbaycan və Ermənistanla iqtisadi bağlantıları təşviq etməklə, digər bölgə ölkələrini də çoxtərəfli və geniş tərəfdaşlığa dəvət edir. 

Vaşinqton Sammitinin mühüm nəticələrindən biri kimi "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” da xüsusi əhəmiyyət kəsb edir. Bu layihə Zəngəzur dəhlizinin mühüm iqtisadi bağlantı və logistika habı olmaqla bölgədə maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək. 

Prezident İlham Əliyev tarixi Vaşinqton Sammitinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasında əhəmiyyətinə toxunaraq dövlətlər arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanmış Anlaşma Memorandumunun siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açdığını da xatırlatdı. 

Eyni zamanda, Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarını mühüm addım adlandırdı. Ümumilikdə, avqust səfəri və imzalanan mühüm sənədlər Azərbaycan və ABŞ arasında çoxməzmunlu yol xəritəsini, əməkdaşlığın konkret istiqamətlərini müəyyən etdi.

Azərbaycan regionda və qlobal miqyasda etibarlı enerji dövləti kimi yeni tərəfdaşlarla birgə enerji ailəsinin cərgəsini genişləndirir. Cənab Prezidentin vurğuladığı kimi hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Qazın nəql edildiyi 10 Avropa dövləti sadiq tərəfdaşlığımızı unutmur, Avropa Komissiyası Azərbaycanı Pan-Avropa enerji təchizatçısı adlandırır. 

Azərbaycan ona uzanan ümidləri yaxın dost kimi müsbət həll edir, Suriyanın enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib.

Dövlətimizin başçısı Azərbaycanın təkbaşına iqtisadi iradəsi və maliyyə qüdrəti hesabına azad ərazilərdə aparılan "Böyük Qayıdış” Proqramı çərçivəsində nəhəng quruculuq missiyasına da nəzər salaraq bölgədə 50 mindən çox insanın yaşadığına da toxundu. Bu mesaj isə dünya birliyinə bölgənin geniş iqtisadi imkanlar və sərmayə zonasına çevrildiyini təqdim etməklə, yeni investisiya layihələrinə çağırış kimi səciyyələndirilə bilər.

Azərbaycan Prezidenti çıxışı zamanı beynəlxalq ictimaiyyətin ən həssas nöqtələrindən biri olan iqlim fəaliyyətlərinə də diqqət çəkərək ötən il keçirilən COP29-un bütün tərəflər üçün ədalətli, xüsusən də inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını təmin edən nəticəəsaslı konkret sazişlərin imzalanmasını tarixi nailiyyətlər kimi dəyərləndirdi. Uğurlu təşkilatçılığın nəticəsində iqlim fəaliyyəti, "yaşıl keçid” və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə edildiyini diqqətə çatdırdı.

Hazırda Azərbaycan bölgənin lider dövləti kimi regional bağlantılar və iqtisadi inkişafla əlaqəli təşəbbüslərini davam etdirir. "Yaşıl keçid”ə sadiq qalaraq günəş, külək və su elektrik enerjisi və digər enerji mənbələrinə böyük sərmayələr cəlb edir. Eyni zamanda, Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdıran Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin infrastrukturlarını müasirləşdirir, Orta Dəhlizlə yükdaşımaların həcmini artırır, tərəfdaşları ilə birgə rəqəmsal bağlantıları əlaqələndirir, ölkəmizi regional rəqəmsal mərkəzə çevirəcək "Rəqəmsal İpək Yolu” kimi strateji əhəmiyyətli layihəni icra edir.

Son beş ildə Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub, həm müharibədə qələbəni, həm də sülhü qazanıb. Bu nailiyyətlər inkişaf sütunlarını daha da möhkəmləndirib, yoxsulluq və işsizlik tarixi minimum həddə – 5%-ə endirilib, qlobal mühitdə heç kimdən asılı olmayan və maliyyə institutları qarşısında bütün öhdəliklərini nümunəvi yerinə yetirən ən az borca malik dövlətə çevrilib. Bu, möhtəşəm iqtisadi kursun nəticəsidir ki, xarici borcumuz ÜDM-in cəmi 6,5%-ni təşkil edir ki, bu isə dünyada ən aşağı göstəricilərdən biridir. 

Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır. Dövlətimiz bölgədə ən münbit və sağlam investisiya mərkəzidir. Bunu Azərbaycanın investisiya reytinqini artıran "Moody’s” və "Fitch” kimi aparıcı beynəlxalq reytinq agentliyinin rəyləri də təsdiqləyir.

Bütün bu amillər regionda yeni geosiyasi-iqtisadi çağırışlar formalaşdıran, bölgənin təhlükəsizlik və sabitlik arxitekturasını möhkəmləndirən Azərbaycanın qlobal Qərb və Şərqlə inteqrativ inkişaf bağlantılarını daha da gücləndirəcək. Bu baxımdan Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı səsləndirdiyi mühüm fikirlər də məhz beynəlxalq arenada etibarlı və layiqli tərəfdaş olan Azərbaycanın müasir gündəliyinin təqdimatı kimi səciyyələndirilə bilər.

Ramid Namazov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:419
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri