Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Orta Dəhlizdə yükdaşımaların həcmi 90 faiz artıb

Dünya nəqliyyat xəritəsində Azərbaycan günbəgün daha parlaq mövqe qazanır. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri xüsusi vurğuladı. Son illərdə Orta Dəhliz üzrə yükdaşımaların həcminin, təqribən, 90 faiz artaraq Azərbaycanın bu çərçivədə beynəlxalq tranzit mərkəzi statusunu möhkəmləndirməsi məsələsi də qlobal nizamda diqqət mərkəzinə gətirildi.

Ələt Beynəlxalq Ticarət Limanının yaxın illərdə 25 milyon tona çatacaq gücü, Xəzərin ən böyük ticarət donanması, Bakı–Tbilisi–Qars dəmir yolu, ölkənin 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti – bütün bunlar Azərbaycanın nəqliyyat və logistika baxımından qlobal qovşaq rolunu gücləndirən amillərdir. Bu platforma yalnız ölkəmizin deyil, bütün regionun iqtisadi inkişafına yeni nəfəs verir.

Dünyanın iqtisadi nəbzini tutmaq istəyən hər kəs bilir ki, XXI əsrdə diqqətlərin mərkəzində Orta Dəhliz dayanır – Asiyanı Avropa ilə birləşdirən ən qısa, təhlükəsiz və strateji yol. Orta Dəhlizi sadəcə bir dəhliz adlandırmaq onun əsl mahiyyətini kiçiltmək olar. Bu, əslində bir dəyər zənciridir, Türk dövlətlərinin birləşdirici damarıdır. Bu dəhliz həm iqtisadiyyatın, həm siyasətin, həm də geosiyasətin əsas arteriyasına çevrilməkdədir. Çin-Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələrini, Xəzər dənizini, Azərbaycanı, Gürcüstanı və Türkiyəni birləşdirən Orta Dəhliz faktiki olaraq, Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi onurğa sütununa çevrilib. Bu marşrut, eyni zamanda 1 trilyon dollardan çox ümumi daxili məhsula malik Türk dünyasını vahid iqtisadi məkan kimi birləşdirir.

Təsadüfi deyil ki, 2021-ci ildə Çin–Avropa istiqamətində dəmir yolu ilə 84,9 milyard dollarlıq yük daşınıb. 2022-ci ildə Orta Dəhlizlə daşınan yüklərin həcmi 3,2 milyon tona çatıb. Digər tərəfdən, Avropa ilə Çin arasında illik ticarət dövriyyəsi 600 milyard dolları keçir. Bu miqyasda malların daşınmasında qısa yol hər zaman qızıl qədər qiymətlidir. Orta Dəhliz vasitəsilə Çin malları Avropaya 10 min kilometr deyil, cəmi 7 min kilometr məsafə qət edərək 12 günə çatdırılır. Şimal dəhlizinə alternativ olan bu yol artıq Avropanın böyük şirkətləri və Çin biznesi üçün cəlbedici seçimə çevrilib.

Azərbaycan bu tendensiyadan ən çox fayda götürmək üçün öz ərazisindən keçən yüklərə dəyər əlavə etməklə, emal proseslərini dərinləşdirməklə daha böyük gəlir əldə edə bilər. Gözlənilən ən mühüm hadisələrdən biri də Zəngəzur Dəhlizinin (TRIPP) açılmasıdır. Bu yol istifadəyə verildikdən sonra Azərbaycanın Orta Dəhliz üzərindən keçən yükləri idarə etmək imkanları əhəmiyyətli dərəcədə genişlənəcək. Bununla bərabər, bütün region ölkələri üçün yeni iqtisadi fürsətlər formalaşacaq. Naxçıvanın Türkiyə ilə birbaşa qovşağa çevrilməsi isə həm Şimal-Cənub, həm Şərq-Qərb marşrutlarını, həm də Orta Dəhlizi vahid strateji platformada birləşdirəcək.

Bir məqamı da qeyd edək ki, ölkə başçısının Nyu-York gündəliyi çərçivəsində qarşı tərəflərin müraciət əsasında baş tutan görüşləri məhz Azərbaycanın qlobal nizamda nəqliyyat və enerji sahəsindəki strateji mövqeyinin bəhrəsidir. Məhz qlobal maliyyə nəhənglərinin ölkəmizlə əməkdaşlıqda maraqlı olması Cənubi Qafqazda münbit iqtisadi atmosferlə birbaşa bağlıdır.

Ölkə başçısının vurğuladığı digər bir məqam isə Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində strateji mövqeyini gücləndirən əsas mərkəzlərdən biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı məsələsidir. Dövlətin bu limana göstərdiyi xüsusi diqqət və qayğı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam ilə özünü aydın şəkildə göstərir. Prezident İlham Əliyevin qərarına əsasən, limanın yükaşırma gücü daha da artırılacaq və yaxın illərdə 25 milyon tona çatdırılacaq. Bunun üçün layihənin ikinci mərhələsinin icrası məqsədilə xüsusi idarəetmə ofisi yaradılır və dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb. Bu addım Azərbaycanın artan tranzit imkanlarına, Orta Dəhlizin strateji əhəmiyyətinə və ölkənin beynəlxalq yükdaşımalar üzrə qlobal qovşaq roluna dövlət səviyyəsində verilən yüksək dəyərin göstəricisidir. Bakı Limanı təkcə Xəzərin ən böyük dəniz qapısı deyil, həm də Azərbaycanı dünya ticarət yollarının əsas həlqəsinə çevirən canlı mərkəzdir.

Bu çərçivədə XQ-yə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirdi ki, Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Zəngəzur dəhlizinin açılması isə Orta dəhliz üçün daha geniş perspektivlər vəd edir: “Zəngəzur dəhlizinin açılması artıq reallıqdır. Ermənistan tərəfinin müəyyən bəhanələrilə dəhlizin açılışı uzadılsa da bu il avqustun 8 də ABŞ-da imzalanan məlum bəyannamədən sonra artıq bu istiqamətdə işlər daha da intensivləşibdir və Zəngəzur dəhlizinin yaxın gələcəkdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi istismara veriləcəyi reallıqdır. Təbii ki, Zəngəzur dəhlizinin açılması sosial-iqtisadi və siyasi-strateji baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının sözləri ilə desək: “Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək”. Zəngəzur dəhlizinin, konkret olaraq, Orta dəhlizlə daşımalara təsirlərinə gəldikdə, mütəxəssislərin ilkin hesablamalarına görə, Zəngəzur dəhlizinin açılması Orta dəhlizlə illik daşıma həcmini 10-12 milyon ton artırmağa imkan verəcəkdir. Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin təşəbbüs olan Zəngəzur dəhlizi Orta dəhlizin əsas arteriyasına çevrilərək Azərbaycandan daha irihəcmli beynəlxalq daşımaların yerinə yetirilməsinə təkan verəcəkdir”.

İİTKM-in şöbə müdirinin fikrincə, əslində Zəngəzur dəhlizinin açılması ölkəmizdə hələ 1998-ci ildən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilməyə başlamış sistemli tədbirlərin davamı kimi də dəyərləndirilə bilər. 1998-ci ildən başlayaraq Azərbaycanda müxtəlif nəqliyyat növlərinin həm infrastruktur təminatının, həm də nəqliyyat parkının müasirləşdirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər ölkəmizi Avrasiya məkanının aparıcı nəqliyyat-tranzit qovşağına çevirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycandan artıq bütün istiqamətlərdə, Şərq-Qərb, Şimal-Qərb, Cənub-Qərb, Şimal-Cənub istiqamətlərdə daşınmalar həyata keçirilir, artıq qeyd edilən istiqamətlərə daşımalar ilə bağlı konkret statistik göstəricilər də mövcuddur.

Aqil Əsədovun fikrincə, hazırda Orta dəhlizlə daşımalar daha çox Gürcüstan üzərindən Bakı-Tbilisi-Qars ilə daşınır. Zəngəzur dəhlizinin açılması isə dünyanın əsas yük mərkəzi olan Çindən Avropaya daşımaların əlverişli marşrutu olan Orta dəhlizin cəlbediciliyini daha da yüksəldərək Azərbaycanın iştirakı ilə tranzit daşınmaların həcmini daha da artıracaqdır. Başqa sözlə desək, Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qarsa rəqib deyil, alternativ olaraq, ölkəmizin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımızın hamısı üçün faydalı olacaqdır.

Nurlan ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:339
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Sentyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri