240 min məxfi sənəd yayımlandı Şok faktlar üzə çıxdı
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağ Ev 1968-ci il aprelin 4-də Tennessi ştatının Memfis şəhərində vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin qətli ilə bağlı 240 mindən çox sənədi ictimaiyyətə təqdim edib.
Yenisabah.az xəbər verir ki, onun qətlində Ceyms Erl Rey ittiham olunaraq 99 il müddətinə azadlıqdan məhrum edilib.
Əvvəlcə Rey özünü təqsirli bilib, lakin sonradan bu etirafı təzyiq altında verdiyini bildirib. O, 1998-ci ildə vəfat edənədək günahsız olduğunu israrla deyib. Sənədlər ABŞ-ın Milli Arxiv və Sənədlərlə İş üzrə İdarəsinin saytında dərc olunub. Marqarita pizza
"Associated Press"in məlumatına görə, sənədlərdən məlum olur ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Martin Lüter Kinqi diqqətlə izləyib. Bununla belə, sənədlərdə onun qətli ilə bağlı birbaşa sübutların olub-olmadığı hələlik açıqlanmır./Musavat.com


