Baxşıyevin qovulmasıyla bağlı şok faktlar! pərdəarxasında yaşananlar üzə çıxdı
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Araz-Naxçıvan” dünən səhər saatlarında baş məşqçi Elmar Baxşıyevlə yolları ayırdı.
Əslində bu qərar gözlənilən idi. Ona görə ki, “qırmızı-ağlar” uzun müddət idi sabit nəticə göstərə bilmirdi, bu üzdən ilk “dördlük”dən kənar düşmüşdü. Lakin bu ayrılıq digər vidalaşmalardan bir çox detalına görə fərqlənir. Aşağıda xeyli məqama aydınlıq gətirməyə çalışacağıq. Ancaq əvvəlcə sizi məhz dünən yaşanan hadisələrlə tanış etmək istəyirik.
Baxşıyevdən “qarşılıqlı razılıq” ifadəsinə təkzib...
“Araz-Naxçıvan”ın İdarə Heyətinin iclası keçirilib. İclasda əsas komandanın qış fasiləsinə qədərki çıxışı müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb. Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024/25 mövsümündə Misli premyer-liqasında üçüncü pilləni tutub və Konfrans Liqasında iştirak edib” – bu sözlər klubun ayrılıq xəbərini rəsmi elan etdiyi bəyanatdan götürülüb.
Əslində Elmar bəyin bir neçə saat sonra həmkarlarımıza verdiyi açıqlama gündəmi zəbt edənə qədər hər şey normal görünürdü. Lakin mütəxəssisin dedikləri aysberqin görünməyən tərəfinə işıq saldı:
“Klub rəhbərliyi məni yanına çağıraraq artıq mənimlə işləmək istəmədiyini bildirdi və bununla da söhbət bitdi. Müqaviləm mövsümün sonuna - may ayının sonunadək qüvvədə idi. Buna baxmayaraq, mənə heç bir kompensasiya verilmədi və bu mövzu, ümumiyyətlə, müzakirə olunmadı. İndi isə qarşılıqlı razılıqla ayrıldığımız barədə bəyanat verirlər. Bu, məni məyus etməyə bilməz. Çünki komanda qış fasiləsinə pis nəticələrlə yollanmayıb. Hazırda üçüncü yerdən “Araz-Naxçıvan”ı cəmi iki xal ayırır. Bu nəticəni uğursuz adlandırmaq olmaz. Komandanı doqquzuncu pillədən götürüb yuxarı pillələrə apardıq. Sonradan müəyyən uğurlara və ilklərə imza atılmasında pay sahibi olduq. Bununla yanaşı, komandada heç bir futbolçuyla problemim olmayıb. Futbolçulardan soruşun, onlar bu söhbətlərin yalan olduğunu deyəcəklər”.
“Hələ müəyyən detallara aydınlıq gəlməyib. Həmin məqamlar da aydınlaşdırılmalıdı. Rəsmi açıqlamada müqaviləyə xitam verildiyi yazılmalıdı. Lakin vəziyyət belə deyil. Müqavilə hələ qüvvədədi. Bəzi səbəblərə görə razılaşmaya xitam verilməyib. Həmin məqamlar da dəqiqləşəndən sonra ictimaiyyətə açıqlama veriləcək”.
“Xəstələnmişəm, danışa bilməyəcəm”.
“Qırmızı-ağlar” Baxşıyevə təzminat ödəyəcəkmi?
Bəli! Düzdü, mütəxəssis klubdan təzminat almadığını, ümumiyyətlə, bu barədə danışılmadığını bildirir. Lakin klub qarşıdakı günlərdə Elmar Baxşıyevin təzminatını ödəmək niyyətindədi. Bu barədə uzaqdan yox, “Araz-Naxçıvan”a yaxın mənbələrdən məlumat almışıq. Rəsmi olmayan xəbərlərə görə, həmin təzminat məbləği təxminən 65 min manat olacaq. Bəs, yola salınan baş məşqçinin bundan niyə xəbəri yoxdu? Bu da ayrı qəribəlikdi...
Baxşıyev düz deyir, amma...
Yuxarıda mütəxəssisin sözləriylə tanış olduz. Bəli, o, haqlıdı. “Araz-Naxçıvan” həqiqətən də 3-cü pillədə qərarlaşan “Zirə”dən cəmi 2 xal geridədi və futbolda iş əmsalı həm də nəticələrlə ölçülür. Amma burda bəzi məqamları xatırlatmaqda fayda var. Ona görə ki, “qırmızı-ağlar”ın oyununda çox ciddi geriləmə müşahidə olunur. Onlar baxımlı oyun sərgiləməkdə ciddi çətinlik çəkir. Muxtar Respublik təmsilçisi ilk 16 turda iddialı rəqiblərdən yalnız “Turan Tovuz”u məğlub edə bilib. Qələbələr isə “Qəbələ”, “Kəpəz”, “İmişli” “Karvan-Yevlax” və “Şamaxı” ilə matçlarda, yəni məhdud büdcə ilə premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandalara qarşı mübarizədə əldə olunub. Hələ onu demirik ki, “qırmızı-ağlar” “Qarabağ”a hər iki matçda 5 qol buraxmaqla uduzub. Həmçinin naxçıvanlılar premyer-liqada “Qəbələ”yə, ölkə kubonun 1/8 finalında “Kəpəz”ə məğlub olub. Yəni “qırmızı-ağlar” üçün kubok yoluyla avrokuboklara vəsiqə qazanmaq şansı da əldən çıxıb.
Kəsəsi, heç kim “Araz-Naxçıvan” rəhbərliyinin kökündən yanlış qərar verdiyini iddia edə bilməz. O başqa məsələ ki, Elmar Baxşıyevin baş məşqçi postunda qalacağı təqdirdə avrokuboklara vəsiqə qazana bilib-bilməyəcəyini öyrənmək sonsuza qədər mümkün olmayacaq...
Baxşıyevin xələfi bəllidi?
Ukrayna mətbuatında dolaşan xəbərlərə inansaq, Baxşıyevin boşaltdığı vəzifəni tutacaq mütəxəssisin də adı bəllidi. Söhbət ukraynalı Andrey Demçenkodan gedir. Həmkarlarımız iddia edir ki, 49 yaşlı mütəxəssis artıq klubla 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. O, yanvarın əvvəlində vəzifəsinin icrasına başlayacaq.
Maraq üçün qeyd edək ki, Demçenkonun son iş yeri Qazaxıstan “Jenis”i olub. Komanda onun rəhbərliyi altında çempionatda 6-cı yeri tutubsa, ölkə kubokunda yarımfinala yüksəlib. Mütəxəssis daha çox Ukraynadakı işi ilə tanınır. O, burda "Metallist 1925"in baş məşqçisi olub. Ölkə xaricində isə Özbəkistanda "Obod"u, Gürcüstanda "Dila”nı və Batumi "Dinamo”sunu çalışdırıb.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 27 Dekabr 2025 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















