Icma.az
close
up
RU
2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! “Çünki o Rasim Balayevdir”

2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! “Çünki o Rasim Balayevdir”

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq artisti Rasim Balayevin "Rosko" şirkətinin kolbasa reklamına çəkilməsini qınayanlar az deyil. Aktyorun özü isə bu addımına məntiqli izah verərək reklam çarxına çəkilişin maddiyyatla heç bir əlaqəyə malik olmadığını bildirib.

Bundan sonra sosial şəbəkələrdə mədəniyyət və incəsənət xadimlərinin gəlirləri müzakirə doğurub. Yəni elə Rasim Balayevin timsalında bir çox fəxri ad daşıyıcısı olan kino və teatr aktyorların məvacibi və ya pensiyası o qədər çoxdur ki, pulu düşünmədən belə, müftə reklama çəkilə bilərlər? 

Yenisabah.az ölkəmizdə mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən sənət adamlarının fəxri adları və təqaüdlərinə görə əldə etdikləri gəlirləri araşdırıb.

Maaş və ya pnsiyadan əlavə aktyorlar müxtəlif fəxri adlara görə aylıq təqaüd alırlar. 

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü - Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüddür. Prezidentin 11 iyun 2002-ci il tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilib.

Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir. Təqaüdün məbləği 1500 manatdır və ömürlük verilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada, itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Son statistik məlumatlara görə, 2024-cü ildə Prezidentin fərdi təqaüdünü alan şəxslərin (ümumən 329 nəfər) 236 nəfəri kişi, 93-ü qadın olub. 2018-ci ildə bu rəqəm - 414, 2019-cu ildə - 416, 2020-ci ildə - 416, 2021-ci ildə - 365, 2022-ci ildə - 341, 2023-cü ildə isə 345 olub. Yəni son illər Azərbaycan Prezidentinin fərdi təqaüdünü alanların sayında azalma baş verib.

Bundan əlavə ölkəmizdə “Xalq” fəxri adına görə 200 manat, “Əməkdar” fəxri adına görə 150 manat aylıq Prezident təqaüdü verilir. Prezident təqaüdü təyin olunmuş şəxslərin 247 nəfəri “Xalq”, 4495 nəfəri “Əməkdar” fəxri adı daşıyan şəxslərdir.

Mədəniyyət xadimləri əlavə olaraq, “Əməkdar incəsənət xadimi”, “Əməkdar mədəniyyət işçisi”, “Xalq yazıçısı”, “Xalq şairi”, “Xalq rəssamı” “Əməkdar rəssam” kimi fəxri adlara görə 120 manat məbləğində təqaüd alır.

Xatırladaq ki, hələ 2017-ci ildə Kinomatoqrafiyaçılar İttifaqı mətbuat xidmətinin rəhbəri Əli Vəliyev qeyd edib ki, R. Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiyasını, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır:

"Bundan əlavə reklam və seriallara da çəkilir və özünü də dediyi kimi istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməkilk göstərməyə hazırıq. Şəfiqə Məmmədovanın dediyi kimi, "çünki o Rasim Balayevdir””.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri