Icma.az
close
up
RU
25 il stajı sonradan tamamlayanlara pensiya veriləcək? KONKRET

25 il stajı sonradan tamamlayanlara pensiya veriləcək? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Yüzlərlə vətəndaş pensiya yaşına çatdıqdan sonra əmək pensiyası almaq üçün tələb edilən şərtləri ödəyə bilmədiyindən yaşa görə sosial müavinətlə təmin olunur. Lakin sonradan işləyərək sığorta stajını və digər zəruri şərtləri tamamlayan şəxslərin əmək pensiyası almaq hüququ qazanıb-qazanmayacağı bir çoxlarını maraqlandırır.

Bəs sosial müavinət alan şəxs sonradan 25 illik sığorta stajını tamamlayarsa, ona yaşa görə əmək pensiyası təyin edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, pensiya yaşına çatdığı zaman yaşa görə əmək pensiyası almaq üçün tələb olunan şərtləri ödəyə bilmədiyindən sosial müavinət alan şəxs sonradan işləyərək qanunvericilikdə nəzərdə tutulan tələbləri yerinə yetirərsə, yaşa görə əmək pensiyası almaq hüququ qazanacaq.

Akif Nəsirli

Ekspertin sözlərinə görə, belə hallarda vətəndaş müvafiq sənədlərlə müraciət etdikdən sonra onun pensiya hüququ yenidən qiymətləndirilir.

“Əgər müəyyən edilərsə ki, artıq yaşa görə əmək pensiyasının təyin olunması üçün bütün şərtlər mövcuddur, həmin şəxsə ödənilən sosial müavinət dayandırılır və onun əvəzində yaşa görə əmək pensiyası təyin edilir”.

İqtisadçı vurğulayıb ki, təkcə 25 illik sığorta stajının tamamlanması əmək pensiyası hüququnun yaranması üçün hər zaman kifayət etmir.

Onun sözlərinə görə, pensiyanın təyin edilməsi zamanı qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan digər meyarlar, o cümlədən şəxsin fərdi hesabında toplanmış pensiya kapitalının həcmi də nəzərə alınır.

Akif Nəsirli əlavə edib ki, bu səbəbdən hər bir müraciət fərdi qaydada araşdırılır və yekun qərar qanunvericiliyin tələblərinə uyğun olaraq verilir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 İyul 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri