Icma.az
close
up
RU
Təqaüdçülərə VACİB XƏBƏR: “13 cü pensiya” veriləcək? KONKRET

Təqaüdçülərə VACİB XƏBƏR: “13 cü pensiya” veriləcək? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yay mövsümündə pensiyaçıların istirahət, səyahət və tibbi xərclərinin artması onların sosial müdafiəsinin gücləndirilməsi məsələsini yenidən gündəmə gətirir. Bir sıra ölkələrdə tətbiq olunan mövsümi əlavələr və “13-cü pensiya” təcrübəsinin Azərbaycanda da həyata keçirilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, dünya təcrübəsində həssas sosial qruplara, xüsusilə pensiyaçılara əlavə maliyyə dəstəyi göstərilməsi geniş yayılıb.

Onun sözlərinə görə, bir çox ölkələrdə “13-cü pensiya” adlanan əlavə ödəniş tətbiq olunur və bu vəsait əsasən yay aylarında pensiyaçıların səyahət, istirahət və tibbi xərclərinin qarşılanmasına yönəlir. Dünya təcrübəsində aşağı gəlirli və həssas kateqoriyaya aid pensiyaçılar üçün 13-cü pensiya təyin edilir. Bu ödənişlər xüsusilə yay aylarında insanların səyahət etməsi, istirahəti və tibbi xərclərinə dəstək məqsədi daşıyır. Adətən belə ödənişlər iyun ayında həyata keçirilir. Bəzi ölkələrdə isə milli bayramlar ərəfəsində pensiya məbləği qədər əlavə vəsait ayrılır.

Ekspert qeyd edib ki, ayrı-ayrı dövlətlər turizm mövsümündə yaşlı insanların sosial aktivliyini artırmaq üçün xüsusi maliyyə dəstəyi proqramları da həyata keçirirlər.

R.Abbasbəylinin fikrincə, Azərbaycanda da analoji mexanizmin tətbiqi mümkündür:

“Xüsusilə minimum pensiya alan şəxslər üçün belə bir dəstək mühüm sosial əhəmiyyət daşıyacaq. Dövlət büdcəsinin imkanları buna şərait yaradır. Müvafiq vəsait ayrılacağı təqdirdə, bu addım təxminən 700 min pensiyaçını əhatə edə bilər”.

O, xarici təcrübədən nümunələr də gətirib:

“Məsələn, Almaniya və ABŞ-də müharibə veteranları üçün müəyyən hallarda ilin sonunda əlavə ödənişlər həyata keçirilir. Bununla yanaşı, bəzi ölkələrdə pensiyaçılara səhiyyə xərclərinin qarşılanması üçün aşağı faizli, uzunmüddətli kreditlər təqdim olunur. Dünya təcrübəsində bu istiqamətdə çoxsaylı nümunələr mövcuddur”.

Razi Abbasbəyli hesab edir ki, Azərbaycanda minimum pensiya alan şəxslər üçün yay aylarında “13-cü pensiya”nın tətbiqi onların həm istirahət, həm də tibbi xərclərinin qarşılanmasına əlavə dəstək verə bilər və bu istiqamətdə mexanizmlərin hazırlanması mümkündür.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 İyun 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri