Icma.az
close
up
RU
25 Noyabr Kəlbəcərin qayıdışı, zəfərin zirvəsi

25 Noyabr Kəlbəcərin qayıdışı, zəfərin zirvəsi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda, hər daşı bir tarix, hər yamacı bir xatirə olan bu geniş coğrafiyada Kəlbəcər öz möhtəşəmliyi, qədimliyi və müasirliyə açılan pəncərəsi ilə seçilir. Zamanın sərt küləkləri bu torpağın qayalarına çox hekayələr həkk edib. Lakin bu diyarın azad nəfəsi, dirçəliş iradəsi, xalqımızın qürurla xatırladığı dönüş nöqtəsi 25 noyabr – Kəlbəcər şəhəri gününün mənəvi yükündə daha uca səslənir. Bu tarix bir şəhərin deyil, bir ruhun, bir qayıdışın, bir Zəfərin günüdür.

Kəlbəcər insanlığın ən qədim izlərini daşıyan canlı muzeydir. “Çay üstündə qala” anlamına gələn adı əsrlərin dərinliyindən gəlir və bu torpağın tarixlə necə iç-içə olduğunu göstərir. Tərtər çayının sahillərində bir zamanlar insanın ilkin nəfəsi eşidilib, qaya içində oyulan süni mağaralarda qədim həyat öz izini buraxıb. 30 min illik yaşayış yerləri, 6 min illik qayaüstü rəsmlər, qədim türk əlifbasının nümunələri — Kəlbəcərin daş yaddaşı təkcə Azərbaycanın deyil, bütün regionun ilkin mədəni kodlarının daşıyıcısıdır. Burada türklükdən atəşpərəstliyə, xristianlıqdan İslama qədər bütün mədəniyyət qatları bir-birini tamamlayır.
Bu qədim mədəniyyət palitrasını tamamlayan isə Kəlbəcərin əvəzsiz təbiəti, Azərbaycanın sanki göylərə söykənən dağlarıdır. Camışdağ və Dəlidağ kimi zirvələr buludlarla söhbət edən ucalıqları ilə insanı həm heyrətləndirir, həm də bu torpağın əzəmətini xatırladır. Meşələrin ucsuz-bucaqsızlığı, sərt qayalıqların sükutu, buz bulaqlarının sərin nəfəsi Kəlbəcəri dünyanın ən saf təbiət kitablarının biri kimi təqdim edir. Eyni zamanda bu diyar strateji əhəmiyyətinə görə tarix boyu mühüm proseslərin mərkəzində dayanıb: Ermənistanla sərhəd, Qarabağ və ətraf rayonlarla bağlı coğrafi mövqeyi Kəlbəcəri həm tarixi, həm də hərbi baxımdan unikal məkan edib.
Sovet dövründə inkişafın simvollarından birinə çevrilmiş Kəlbəcər işğala qədər 53 mindən çox sakini, 145 kəndi, zəngin kənd təsərrüfatı, arıçılığı, mineral su mənbələri və turizmlə seçilən bir bölgə idi. Lakin 1993-cü ilin aprelində bu diyar tarixinin ən qara səhifəsini yaşadı. Ermənistan Silahlı Qüvvələrinin işğalı zamanı yüzlərlə insan qətlə yetirildi, yüzlərlə sakin əsir və itkin düşdü. Evler dağıdıldı, mədəniyyət abidələri məhv edildi, Kəlbəcərin sərvətləri talan edildi. Əhali Azərbaycanın müxtəlif bölgələrinə səpələndi, BMT-nin 822 saylı qətnaməsi isə kağız üzərində qaldı. İşğaldan sonra Ermənistanda qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirilməsi bu torpağın taleyinə vurulan növbəti zərbə idi.
Ancaq tarix 2020-ci ilin payızında dönüş nöqtəsini yazdı. Azərbaycan Ordusu Vətən müharibəsinin ilk günlərində Kəlbəcərin şimalındakı yüksəklikləri azad etməklə strateji üstünlüyü ələ aldı. Prezident İlham Əliyevin dediyi kimi, alınan yüksəkliklər Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətinə saldı. 10 noyabr Bəyanatından sonra Kəlbəcərin bir güllə atmadan qaytarılması müasir Azərbaycan dövlətçiliyinin ən parlaq siyasi-diplomatik qələbələrindən biri oldu. Ermənistanın bölgəni tərk edərkən törətdiyi dağıntılar isə həm vandalizmin, həm də işğalın mahiyyətinin acı göstəricisi idi.
Kəlbəcərin azadlığı uğrunda mübarizə aparmış hərbçilərin qəhrəmanlığı 26 noyabr 2020-ci ildə təsis edilən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə əbədiləşdirildi. Bu medal təkcə orden deyil, Kəlbəcərin azad nəfəsini geri qaytaran igidlərin şərəf salnaməsinə yazılmış imzadır.
Lakin Zəfərin ardınca gələn əsas mərhələ — dirçəliş mərhələsi idi. 2024-cü ildə təsdiqlənmiş Baş Plan Kəlbəcərin gələcəyini yalnız bərpa konsepsiyası ilə deyil, tamamilə yeni şəhər modeli ilə müəyyənləşdirir. 2040-cı ilə qədər 17 min nəfərlik müasir şəhər, minlərlə yeni mənzil, məktəblər, bağçalar, xəstəxanalar, Zəfər və İşğal muzeyləri, hər sakinə 33 m² yaşıllıq sahəsi — bütün bunlar Kəlbəcərin müasir urbanizasiya standartlarına uyğun yeni simasını formalaşdırır.
Böyük Qayıdış artıq reallığa çevrilib. 524 ailəlik yaşayış kompleksinin ilk mərhələsi tamamlanıb və ailələr öz doğma evlərinə dönüb. Yanşaq, Zallar və Zar kəndlərinin müasir standartlarla yenidən qurulması bölgədə yeni həyatın təməlini qoyur. Yüzlərlə ailə doğma ocağına qayıtmaq üçün gün sayır.
Bütün bunlarla yanaşı, nəhəng yol və enerji layihələri Kəlbəcərin gələcəyini daha da gücləndirir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və Murovdağ tuneli bölgəni ölkənin hər yerinə bağlayan həyati arteriyaya çevrilir. Su elektrik stansiyaları enerji təhlükəsizliyinin əsas dayaqlarındandır. “İstisu” Mineral Su Zavodu isə Kəlbəcər adını yenidən dünya bazarlarına çıxarır.
2021–2025-ci illərdə Prezident İlham Əliyevin bölgəyə həyata keçirdiyi yeddi səfər Kəlbəcərin inkişafına dövlət tərəfindən göstərilən diqqətin miqyasını ifadə edir. Bu səfərlər zamanı onlarla iri layihənin təməli qoyulub, yeni infrastruktur istifadəyə verilib, kəndlər və şəhər üçün Baş Plan təsdiqlənib, ilk sakinlərin Böyük Qayıdışına start verilib.
25 noyabr — artıq yalnız bir tarix deyil. O, Zəfərin, zəhmətin, qayıdışın, dövlət iradəsinin, xalq birliyinin bayramıdır. Bu gün Kəlbəcər yenidən nəfəs alır. Dağların qoynunda doğulan bu şəhər Azərbaycan xalqının sarsılmaz ruhunu təcəssüm etdirir.
Kəlbəcər təkcə bir rayon deyil — tarixin özü, təbiətin sirri, mədəniyyətin səsi, Zəfərin zirvəsidir. Bu gün burada yenidən qurulan evlərdə alov yenidən yanır, yollar yenidən açılır, körpələrin səsi ucalır. Bu torpağın sabahı artıq başlanıb və Kəlbəcər Azərbaycanın gələcək inkişaf modelinə çevrilmək yolundadır.
Bu gün Kəlbəcər öz sakinlərini, öz tarixini, öz nəfəsini geri alıb. 25 noyabr isə bu möhtəşəm dönüşün simvoludur — Zəfərin zirvəsi, Qayıdışın bayramı.

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri