Kəlbəcərin azadlıq zirvəsi
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Qərb sərhədlərimizin əzəmətli qalası sayılan, yaşıl meşələri və zəngin yeraltı sərvətləri ilə seçilən Kəlbəcər tariximizin ən parlaq qayıdış hekayələrindən birinin qəhrəmanıdır. 1993-cü ildən bəri düşmən tapdağı altında qalan bu əziz torpaq 27 illik həsrətdən sonra yenidən əsl sahiblərinə qovuşdu.
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən ordumuzun misilsiz qəhrəmanlığı və dövlət başçımızın yüksək siyasi məharəti nəticəsində düşmən təslim olmağa məcbur qaldı. Məhz bu müdrik diplomatiyanın bəhrəsi olaraq 25 noyabr 2020-ci ildə Kəlbəcər bir nəfər belə şəhid verilmədən Azərbaycana qaytarıldı.
Keçilməz dağ relyefinə malik olan bir rayonun heç bir itki olmadan geri alınması müasir dünya hərb və siyasət tarixində nadir hadisədir. Bu böyük tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə dövlət rəhbərimiz 31 iyul 2023-cü ildə sərəncam imzalayaraq 25 noyabrı rəsmi şəkildə Kəlbəcər Şəhəri Günü elan etdi.
Bu gün Kəlbəcərdə həyat yenidən qaynayır, dağıdılmış kənd və qəsəbələrin yerində müasir şəhərsalma nümunələri ucaldılır. İstisuyun şəfalı sularından tutmuş Tərtər çayının sahillərinə qədər hər qarış torpaqda quruculuq nəfəsi duyulur və Kəlbəcər özünün ən firavan dövrünə qədəm qoyur.
Fariz İmamverdiyev
YAP Yevlax rayon təşkilatının fəalı
Bu mövzuda digər xəbərlər:25 Noyabr Kəlbəcərin qayıdışı, zəfərin zirvəsi
24 Noyabr 2025 12:25
Kəlbəcərin dirçəliş dastanı
24 Noyabr 2025 09:51
Kəlbəcərin taleyindən ötən aprellər...
07 Aprel 2025 13:24
Kəlbəcərin işğaldan əvvəlki GÖRÜNTÜLƏRİ
25 Noyabr 2024 17:51
Kəlbəcərin təbiəti yenidən dirçəlib
25 Noyabr 2024 19:28
Baxış sayı:84
Bu xəbər 24 Noyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















