Icma.az
close
up
RU
25 noyabr yaxın və uzaq keçmişimizi bir daha yada salır

25 noyabr yaxın və uzaq keçmişimizi bir daha yada salır

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Artıq 5 ildir ki, 25 noyabr Azərbaycanda Kəlbəcərin işğaldan azad edilidiyi gün kimi qeyd edilir. Bu gün XX əsrin sonlarında və XXI əsrin əvvəllərində xalqımızın yaşadığı böyük sınaqları, fədakarlığı və nəhayət, tarixi qələbəni xatırladan xüsusi bir gündür. Kəlbəcərin 2020-ci il noyabrın 25-də bir güllə belə atılmadan, üçtərəfli Bəyanata uyğun şəkildə Azərbaycana qaytarılması həm ölkəmizin hərbi-siyasi gücünün, həm də xalqımızın əzmkarlığının parlaq təzahürüdür. Bu səbəbdən 25 noyabr təkcə bir coğrafi məkanın azad olunma tarixi deyil, bütöv Azərbaycanın milli birliyinin, haqlı mübarizəsinin və bərpa olunmuş ədalətin simvoludur.

Kəlbəcər bölgəsi Azərbaycanın ən gözəl təbiətə malik regionlarından biridir. Zəngin meşələr, dağlar, çaylar, dağ-mədən ehtiyatları və minillik tarixə söykənən mədəni abidələr Kəlbəcəri ölkənin nadir incilərindən birinə çevirir. Lakin 1993-cü ildə rayonun işğalı ilə bu təbiətə, abidələrə, eləcə də bölgənin sosial-mədəni həyatına ağır zərbə dəymişdi. Yüz minlərlə kəlbəcərli öz doğma yurdundan didərgin düşmüş, təbiət və mədəni irs vandalizmə məruz qalmışdı. Bu acı tarix 2020-ci ilin 25 noyabrına qədər davam etdi və həmin gün Kəlbəcərin yenidən Azərbaycan nəzarətinə keçməsi bütöv bir bölgənin dirçəlişi üçün yeni ümidlər yaratdı.

Bu gün Kəlbəcər sürətlə bərpa olunur. Yol infrastrukturu, yaşayış məntəqələri, enerji təminatı, sosial obyektlər ardıcıl şəkildə tikilir. Bölgənin böyük strateji əhəmiyyətə malik olması, mühüm dağ aşırımları, təbii sərvətlərionun bərpasını dövlət üçün prioritet sahələrdən birinə çevirib. Xüsusilə də “Ağdərə–Kəlbəcər”, “Toğanalı–Kəlbəcər–İstisu”, “Kəlbəcər–Laçın” yollarının yenidən qurulması, İstisu sanatoriyasının bərpasına başlanması bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verir. Bu proses həm də doğma yurdlarına qayıdacaq kəlbəcərlilər üçün yeni həyat deməkdir.

25 Noyabr - Kəlbəcər Şəhəri Günü yalnız təntənəli tədbirlərlə qeyd edilən bir tarix deyil. O, hər bir azərbaycanlı üçün doğma torpağa bağlılıq, milli yaddaş və dövlətçilik təfəkkürünün mühüm bir parçasıdır. Bu gün Kəlbəcərin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinə ehtiram göstərilir, onların ruhu qarşısında baş əyilir. Eyni zamanda bu gün gələcəyə nikbin baxış yaradır; çünki Kəlbəcər artıq dağıntıların yox, quruculuğun, inkişafın və yenidən doğuluşun ünvanıdır.

Noyabrın 25-i bizə həm də böyük bir həqiqəti xatırladır: Azərbaycan xalqı öz torpaqlarına sahib çıxmağı bacaran, milli iradəsini qoruyan, tarixin çətin sınaqlarından alnıaçıq çıxan bir xalqdır. Kəlbəcər Şəhəri Gününün qeyd olunması bu iradənin, bu yaddaşın və bu qürurun təcəssümüdür.

Hər il bu tarix yaxın və uzaq keçmişimizi xatırladır, eyni zamanda işıqlı gələcək yolunda birliyimizi möhkəmləndirir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri