Icma.az
close
up
RU
25 noyabr Kəlbəcər Şəhəri Günüdür

25 noyabr Kəlbəcər Şəhəri Günüdür

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yüksək dağ zirvələri ilə əhatə olunmuş, zəngin fauna və florası, faydalı qazıntıları, otuz mindən artıq bulağı olan qədim qala və məbədlərlə tarixi yaşadan Kəlbəcər rayonu təbiətin muzeyi, vətənimizin əsrarəngiz diyarıdır. 
Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Rayonda əsasən dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması,  çatlaması nəticəsində əmələ gələn İstisu mineral bulaqları öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə dünyada yek və nadir hesab olunur.
Kəlbəcər rayonu özünün  filiz və qeyri-filiz  faydalı qazıntıları o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Bundan əlavə sənaye əhəmiyyətli ehtiyatlar, onlardan istismar olunan 200 tondan çox civə, tuf, gil, perlit və digər yataqlar mövcuddur. 
Arxeoloji araşdırmalar zamanı burada yerləşən Zar mağarasının  Üst  paleolit, Qoçdaş abidəsinin Orta tunc dövrünə aid olması aşkar olunmuşdur. Qaragöl və Zalxa göllərinin sahillərində təsvirlərin çoxu Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid olan qayaüstü rəsmlər, qədim yaşayış yerləri, Alban xristian məbədləri, qalalar vəs. dövlət qeydiyyatına alınmışdır. Kəlbəcər rayonundakı Xudavəng və Gəncəsər monastr kompleksləri təkcə Azərbaycanın deyil, bütün Qafqazın xristian memarlığının şah əsərlərindən hesab edilir. Kəlbəcər dağlarında qalan müdafiə tikililərin ən monumentalı isə XIII-XIV yüzilliyə aid  Lev qalasıdır. 
Azərbaycan ərazisində ulu əcdadlarımız tərəfindən əsrlər boyu yaradılan tarixi-mədəni abidələrin hamısı bizim milli yaddaşımızın tərkib hissəsidir. Bu ulu insan məskəninin istər daş-qayası, istər torpağı, suyu, istərsə də havası loğmandır.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.
Kəlbəcərin işğalından sonra BMT-nin Təhlükəsizlik Şurası Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin ermənilər heç bir Qətnaməyə əhəmiyyət verməyərək işğalçı əməllərini davam etdirirdilər. İşğal etdikləri bütün ərazilərdə vandallıqla məşğul olaraq mülki evləri, obyektləri, muzeyləri, yeraltı, yerüstü sərvətləri talan edir, meşələri kəsib doğrayır, məscidlərimizi, milli-mədəni obyektlərimizi uçurur, hətta qəbristanlıqları dağıdaraq qəbir daşlarını belə satırdılar. Kəlbəcərin ərazisində olan Alban kilsələrinin isə erməni kilsəsi olduğunu iddia edirdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq.” 
İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycanın Şanlı Ordusu  ermənilərin özləri və orduları haqqında yaratdıqları mifi darmadağın etdi. Bir gün belə dayanmadan irəliləyərək hər gün yeni əraziləri erməni vandallarından təmizlədi. Haqqı-ədaləti öz gücü ilə bərpa etdi. Bu günü Azərbaycan xalqı neçə illər idi ki, səbirsizliklə gözləyirdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Ağdamı, sonra isə Kəlbəcəri siyasi yolla nəzarət altına keçirdi.
Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqi idi. Bu gün Kəlbəcərdə yüksək səviyyədə genişmiqyaslı quruculuq-abadlıq işləri görülür.
Kəlbəcərlilər sevinclə doğma yurd-yuvalarına üz tuturlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şəhər Günləri təsis edilib. Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev:  “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!.”
Könül Hüseynova
Abşeron rayonu, Məmmədli kənd tam orta məktəbin direktoru
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Noyabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see509

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see251

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see244

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see241

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see233

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see227

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see224

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see221

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see208

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see207

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see205

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see197

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see194

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see191

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see188

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see183

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see180

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see178

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see176

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri