Icma.az
close
up
RU
25 oktyabr Qubadlı zəfəri: azadlıqdan quruculuğa

25 oktyabr Qubadlı zəfəri: azadlıqdan quruculuğa

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Artıq 6-cı ildir ki, Azərbaycan xalqı 30 illik erməni işğalına son qoyduğu 2020-ci ilin 44 payız gününü bir-bir böyük qürurla xatırlayır, yenidən həmin günlərə qayıdır, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı Azərbaycan Ordusunun rəşadətli hərbi əməliyyatları nəticəsində hər gün yaşayış məntəqələrimizin, şəhərlərimizin, kəndlərimizin azad olunması haqqında mütəmadi sosial şəbəkə mesajlarını, televiziya ilə xalqımıza məğrur müraciətlərini təkrar-təkrar fəxarətlə xatırlayır. Eyni zamanda, xalqımız şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizin fədakarlığını ehtiramla qeyd edir, bütün əsgərlərimizin Vətən torpaqlarının azad olunması uğrundakı qorxmaz mübarizəsini vərəq-vərəq yada salaraq, köksü qabarır.

Belə unudulmaz günlərdən biri də Azərbaycanın çoxəsrlik dövlətçilik və hərb tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində qəhrəman ordumuzun torpaqlarımızı qarış-qarış azad edərək oktyabrın 25-də Qubadlı şəhərinə çatması idi. 44 günlük zəfər yürüşünün ən strateji və həlledici mərhələlərindən biri olan Qubadlı şəhərinin vətən torpaqlarına qatılmasının əhəmiyyəti haqqında Müzəffər Ali Baş Komandan İlham Əliyev deyirdi: “25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi”.

Qubadlı rayonu Azərbaycanın və Qarabağ yaylasının cənub-şərqində yerləşən zəngin təbiətə, münbit torpaqlara və müstəsna geo-strateji mövqeyə malik olan diyardır. Coğrafi baxımdan Ermənistanla həmsərhəd olan və Zəngəzur dəhlizinə yaxın mövqedə qərar tutan Qubadlı, işğal dövründə düşmənin – erməni işğalçılarının xüsusi hədəfində idi. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və rayon ərazisi erməni vandalizminin ağır təsirlərinə məruz qalmışdı. Rayonun inzibati ərazisinə daxil olan 1 şəhər və 93 kənddə yaşayan 29 997 nəfər soydaşımız işğal nəticəsində məcburi köçkünə çevrilərək ölkəmizin müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış, 238 nəfər şəhid, 146 nəfər əlil olmuşdu. Düşmən tərəfindən qısa müddətdə 94 yaşayış məntəqəsinin hamısı, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdı. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmış, 13 min hektardan artıq meşə sahəsi məhv edilmiş və ya vəhşicəsinə  istismar olunmuşdu. Bundan başqa, rayonun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı işğal dövründə fitnəkar düşmən tərəfindən qanunsuz istismar edilmişdir.

İşğal illərində Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq, digər ərazilərimizdə olduğu kimi, Qubadlı rayonunda da qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Xaricdən gətirilən ermənilərin bu torpaqlarda yerləşdirilməsi, tarixi-dini abidələrin saxtalaşdırılması və təbii sərvətlərin talan olunması işğalın əbədiləşdirilməsinə hesablanmışdı.

Lakin 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hərbi təxribatına cavab olaraq “Dəmir yumruq” əməliyyatına – torpaqlarımız uğrunda son və həlledici müharibəyə başlayan Azərbaycan Ordusunun sarsıdıcı zərbələri düşmənin bu məkrli planlarını darmadağın etdi. Qubadlı uğrunda gedən şiddətli döyüşlər nəticəsində rayon tamamilə işğaldan azad edildi, ədalət bərpa olundu. Oktyabrın 25-də Qubadlı şəhəri, bütövlükdə Vətən müharibəsi ərzində rayonun 41 kəndi hərbi əməliyyatlar nəticəsində erməni işğalından azad edildi. Həmin il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi və bu günədək rayonun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Ana vətənə qovuşduqdan sonra Prezident İlham Əliyev Qubadlı rayonuna dəfələrlə səfər edib. 2020-ci il dekabrın 23-də azad olunmuş Qubadlıya səfəri çərçivəsində dövlət başçımiz Qubadlı şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb, sonrakı səfərlərdə isə müxtəlif infrastruktur layihələrinin təməlini qoyub. Bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunda, o cümlədən Qubadlıda genişmiqyaslı bərpa və yenidenqurma işlərinə start verilib. Şəhərin Baş planı təsdiqlənib, “Ağıllı kənd” konsepsiyasına uyğun müasir kəndlərin, yaşayış məntəqələrinin və mühüm nəqliyyat arteriyalarının təməlləri qoyulub. Rayonda elektrik təchizatı üçün yarımstansiyalar (7 yarımstansiya) qurulub, yol-nəqliyyat infrastrukturu, o cümlədən strateji yollar çəkilib. “Böyük Qayıdış Proqramı” çərçivəsində yaşayış məntəqələrinin bərpası və tikintisi davam etdirilir, keçmiş məcburi köçkünlər üçün evlər və zəruri sosial obyektlər inşa edilir, artıq Zilanlı və Mahruzlu kəndləri öz əsl sahiblərini qarşılamağa hazırlaşır.

2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyevin imzaladığı “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamla inşa edilən, Şərqi Zəngəzurun iki mühüm rayonunu birləşdirən müasir avtomobil yolu təkcə mülki nəqliyyatın hərəkətini asanlaşdırmağa xidmət etmir, həm də regionun iqtisadi potensialının reallaşdırılmasına, turizmin və logistikanın inkişafına böyük təkan vermək məqsədini güdür. Qubadlı artıq xarabalıqlar diyarı deyil, Şərqi Zəngəzurun ən müasir, abad və çiçəklənən guşələrindən birinə çevrilməkdədir.

Beləliklə, bu gün 25 oktyabr günü təkcə bir şəhərin və ya rayonun azadlığına qovuşduğu gün deyil, həm də qubadlılıların doğma ocaqlarına, ata-baba yurdlarına olan otuz illik həsrətinin bərpa olunan milli qürurla əvəzləndiyi tarixdir. Bu gün Qubadlı sürətlə dirçəlir, yenidən qurulur və öz həqiqi sahiblərini qucaqlamağa hazırlaşır. 25 oktyabr – Qubadlı şəhəri günü kimi hərbi-siyasi təqvimimizə həkk olunaraq, xalqımızın mübarizə əzminin, dövlətimizin qüdrətinin və Ali Baş Komandanın yenilməz iradəsinin daha bir parlaq təzahürü kimi qeyd olunmaqdadır. Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 21-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə dediyi kimi: “Bu, doğrudan da Azərbaycanın tarixində əbədi yaşayacaq bir gündür. 25 Oktyabr – Zəfər günü, Qubadlının azad olunması günüdür. 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi. Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik”. 

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Oktyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri