25 ölkədən 300 dən çox tədqiqatçı MDU da keçirilən elmi platformada bir araya gəlib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Mingəçevir, 2 mart, Vüsalə Cənnətova, AZƏRTAC
Martın 2-dən 4-dək Mingəçevir Dövlət Universiteti və Türkiyə Cumhuriyyətinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Riyaziyyat, Mühəndislik, Təbiət və Tibb Elmləri üzrə 21-ci Beynəlxalq Avropa Konfransı (MAS) keçirilir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, universitetdə təşkil olunan konfransda MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantları, İKSAD İnstitutunun nümayəndə heyəti, həmçinin müxtəlif ölkələri təmsil edən ali təhsil müəssisələri və tədqiqat mərkəzlərinin nümayəndələri əyani və onlayn formatda iştirak edirlər.
Konfrans Ümummilli Lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, həmçinin Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib.
Açılış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Rektor bildirib ki, riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə aparılan müasir elmi tədqiqatlar innovativ iqtisadiyyatın formalaşması, texnoloji transformasiya və insan kapitalının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. O, MDU-nun 2026–2030-cu illəri əhatə edən İnkişaf Strategiyasında beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, multidissiplinar tədqiqat mühitinin təşviqi və universitetin qlobal akademik şəbəkələrdə mövqeyinin möhkəmləndirilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Anar Eminov qeyd edib ki, MAS konfransının Mingəçevir Dövlət Universitetində keçirilməsi universitetin beynəlxalq elmi inteqrasiyasına, bilik və texnologiya transferinə, eləcə də dayanıqlı və innovativ inkişaf məqsədlərinə uyğun elmi platformanın formalaşmasına mühüm töhfə verir.
İKSAD İnstitutunun prezidenti Mustafa Latif Emek çıxışında MAS konfransının artıq beynəlxalq elmi platforma kimi formalaşdığını vurğulayıb. Bu cür tədbirlərin ortaq tədqiqatların təşviqi, elmi bilik mübadiləsi və gənc alimlərin beynəlxalq akademik mühitə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Plenar iclasda MDU-nun Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru Aida Mustafayeva “Rəqəmsal arxitrektura və rəqəmsal ekiz: Müasir mühəndisliyin qlobal transformasiyası və əsas çağırışları”, Riyaziyyat kafedrasının dosenti Mehman Rəsulov “Zənciri kəsirlərin Ford dairələri ilə təsiri” mövzularında təqdimatlarla çıxışlar ediblər.
Konfrans hibrid formatda təşkil olunan bölmə iclasları ilə davam edib. 11 bölmədə riyaziyyat, süni intellekt, rəqəmsal transformasiya, yaşıl enerji, ekoloji təhlükəsizlik, tibbi tədqiqatlar və digər aktual istiqamətlər üzrə ümumilikdə, 300-dən çox məqalə və tezis təqdim olunub. Məruzələr 25 ölkədən 300-dən çox tədqiqatçı və doktorant tərəfindən irəli sürülüb. Təqdim edilən məqalə və tezislərin 85-dən çoxu MDU-nun payına düşür.
Tədbirdə Azərbaycan, Türkiyə, Nigeriya, Böyük Britaniya, ABŞ, Mərakeş, Əlcəzair, İran, Monteneqro, Şimali Makedoniya, Rumıniya və digər ölkələri təmsil edən universitet və elmi-tədqiqat mərkəzinin nümayəndələri iştirak ediblər.
Konfrans işini sabah davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 02 Mart 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















