Icma.az
close
up
RU
Baş prokurorun müavini: 92 ölkədən 300 dən çox nümayəndə Bakıya gəlir

Baş prokurorun müavini: 92 ölkədən 300 dən çox nümayəndə Bakıya gəlir

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prokurorluğu beynəlxalq hüquqi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir və bu sahədə atılan ardıcıl addımlar ölkəmizin beynəlxalq hüquq məkanında nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədovun rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirilir.

2025-ci ilin 19-23 may tarixlərində Bakı şəhəri BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - GlobE Network - çərçivəsində Altıncı Plenar İclasa və İdarəetmə Komitəsinin Onuncu Görüşünə ev sahibliyi edəcək.

Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu - o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan - ümumilikdə 300-dən artıq nümayəndənin fiziki, 60-dan artıq iştirakçının isə onlayn formatda iştirakı nəzərdə tutulur. Panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış planlaşdırılır.

Baş prokurorun müavini, sözügedən tədbirin Təşkilat Komitəsinin rəhbəri Heydər Məmmədov məqaləsində qeyd edir:

"GlobE Şəbəkəsinin Bakıda keçiriləcək 6-cı Plenar İclası təkcə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi deyil, eyni zamanda ölkəmizin korrupsiyaya qarşı mübarizədə qlobal konsensusa verdiyi töhfənin parlaq təzahürüdür. Azərbaycan bu mühüm tədbir vasitəsilə hüquqi sistemindəki islahatları, rəqəmsallaşma təşəbbüslərini və beynəlxalq əməkdaşlıq sahəsindəki uğurlarını bir daha nümayiş etdirmək imkanı qazanır."

Məqalədə həmçinin vurğulanır ki, tədbir çərçivəsində süni intellektin korrupsiyaya qarşı mübarizədə tətbiqi, aktivlərin müsadirəsi, bank hesablarının dondurulması, ictimai maarifləndirmə kimi aktual mövzularda plenar sessiyalar və paralel tədbirlər keçiriləcək, eyni zamanda ikitərəfli görüşlər və əməkdaşlıq memorandumlarının imzalanması da nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 May 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri