Icma.az
close
up
RU
25 qatlıq iqtisadi sıçrayış: RƏQƏMLƏR AÇIQLANDI

25 qatlıq iqtisadi sıçrayış: RƏQƏMLƏR AÇIQLANDI

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Laçının işğaldan azad edilməsindən 4 il ötür.

"Yeni Sabah" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat qeyd edib ki, Vətən müharibəsində əldə edilən Zəfərdən sonra 2020-ci il dekabrın 1-də Laçın rayonu, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilib. Prezidentin imzaladığı sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günü kimi qeyd olunur. Sezar pizza

V.Bayramov bildirib ki, bərpa və yenidənqurma mərhələsinə qədəm qoyan Laçında iqtisadiyyatın inkişafı və reinteqrasiya prosesi artıq başlayıb. Onun sözlərinə görə, 2025-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən ümumi investisiyanın həcmi 5 milyard manatdan çox olub. Bunun 4,4 milyard manatı birbaşa dövlət büdcəsindən ayrılıb.

Deputatın sözlərinə görə, Laçın rayonunda illik məhsulun ümumi istehsalı artıq 1 milyard manatı ötüb. İşğaldan azad olunandan sonra rayonun iqtisadiyyatı 25 dəfə böyüyüb.

Belə ki, 2020-ci ildə Laçın rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 42 milyon manat olduğu halda, hazırda bu göstərici 1 milyard manatı keçib.

Məhsul buraxılışında ən böyük pay tikinti sektorunun payına düşüb. Bu sahədə 899 milyon manatlıq məhsul istehsal olunub. İntensiv bərpa və yenidənqurma işləri tikinti sektorunda ciddi canlanma yaradıb.

Bununla yanaşı, Laçında sənaye üzrə illik məhsul istehsalı 65 milyon manat, kənd təsərrüfatı üzrə isə 49 milyon manat təşkil edib.

Deputat vurğulayıb ki, işğal nəticəsində dağıdılan və uzun illər baxımsız vəziyyətdə qalan Laçın artıq regionun əsas iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Avqust 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri