Icma.az
close
up
RU
Qobustan xəstəxanası ilə bağlı rəqəmlər AÇIQLANDI

Qobustan xəstəxanası ilə bağlı rəqəmlər AÇIQLANDI

Modern.az saytına istinadən Icma.az xəbər verir.

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub. 

Səfərin məqsədi media və Qeyri-Hökumət Təşkilatlarının (QHT) nümayəndələrini xəstəxananın fəaliyyət istiqamətləri, həyata keçirilən yeniliklər, gələcək planlar, həmçinin icbari tibbi sığorta çərçivəsində təqdim olunan tibbi xidmətlərlə tanış etmək olub. 

Modern.az xəbər verir ki, bu barədə məlumat TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunan mediatur zamanı verilib

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Quliyev bildirib ki, 2025-ci ilin ilk 5 ayında TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 10 milyon 546 mindən çox müraciət daxil olub. Ümumilikdə vətəndaşlara 37 milyon 481 mindən artıq tibbi xidmət göstərilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova qeyd edib ki, sığorta sisteminin tətbiqi nəticəsində Qobustan RMX-da əvvəllər icra olunmayan ginekoloji, LOR, oftalmoloji, uroloji və travmatoloji əməliyyatlar həyata keçirilir. Son bir il yarımda burada 1100-ə yaxın cərrahi əməliyyat aparılıb. Yeni fəaliyyətə başlayan Fizioterapiya şöbəsində isə 12 minə yaxın xidmət göstərilib.

Xəstəxananın direktoru Günay Muradova öz nitqində vurğulayıb ki, tibb müəssisəsinin nəzdində 3 ailə sağlamlıq mərkəzi, 5 tibb məntəqəsi, 10 kənd həkim məntəqəsi fəaliyyət göstərir, 350 nəfər isə işçi çalışır. 

Çarpayı fondunun sayı 70-dir. 

“2023-cü il ərzində Qobustan Rayon Mərkəzi Xəstəxanasına 75 min 600 ambulator, 790 stasionar və 10 min 200, 2024-cü il və 2025-ci ilin ilk 5 ayında ambulator xidmət üzrə 136 min 400, stasionar xidmət üzrə 12 min 600, təcili tibbi yardım üzrə 16 min 400 müraciət qeydə alınıb. Bu ilin ilk 5 ayında 155 əməliyyat və 12 doğuş qeydə alınıb, 22 min 900 radioloji, 65 min 800 laborator xidmət göstərilib”.

Günay Muradova bildirib ki, xəstəxana EXO, KT, rəqəmsal rentgen və digər müasir tibbi avadanlıqlarla təchiz olunub. 2025-ci ildə əməliyyatların sayının artırılması, travmatoloji, oftalmoloji və LOR mərkəzlərinin yaradılması, fizioterapiya şöbəsinin stasionar formata keçirilməsi planlaşdırılır.

Daha sonra mediatur iştirakçıları üçün xəstəxananın müvafiq şöbələrinə baxış keçirilib və tibb müəssisəsində müayinə olunublar.

Aytac Bəhruzqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri