Icma.az
close
up
RU
“26 Avqust Qəhrəmanlıq Diyarı Laçın! ŞƏRH

“26 Avqust Qəhrəmanlıq Diyarı Laçın! ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Laçın şəhəri Azərbaycanın dövlətçilik tarixində, strateji təhlükəsizliyində və mədəni irsində misilsiz əhəmiyyət kəsb edən bir regiondur. Bu günü qeyd etmək, təkcə tarixi bir hadisəni xatırlamaq deyil, həm də işğaldan azadlığa, dağıntıdan dirçəlişə qədər uzanan mübarizə yolunu qiymətləndirmək və gələcək inkişaf perspektivlərini müəyyən etmək məqsədini daşıyır.

1923-cü ildə Abdallar kəndinin Laçın adlandırılaraq şəhər statusu alması və 1930-cu ildə rayonun yaradılması, bu ərazinin Azərbaycanın suveren hüquqları çərçivəsində inzibati quruluşunun təşkilində mühüm mərhələ idi. Bu tarixi qərarlar, Laçının coğrafi və siyasi əhəmiyyətini rəsmiləşdirdi və onun Zəngəzur dəhlizindəki strateji rolunu gücləndirdi. Lakin Sovet dövründə regionun etno-demografik balansının qəsdən pozulması, gələcəkdə baş verəcək işğal üçün əlverişli şərait yaratdı.

18 may 1992-ci ildə Ermənistanın Laçını işğal etməsi, təkcə ərazi iddialarının deyil, həm də Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin təzahürü idi. Laçın dəhlizinin işğalı ilə Qarabağın Ermənistanla fiziki əlaqəsi təmin edildi və minlərlə azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə göz ardı edilməsi və beynəlxalq humanitar hüququn kobud pozulması demək idi. İşğal dövründə Laçının tarixi və mədəni irsi sistematik şəkildə məhv edildi, iqtisadi potensialı ləğv edildi.

Laçın rayonu zəngin hidroenerji resurslarına malikdir. Xocaz su anbarı və digər kiçik HES-lərin bərpası və yenidən qurulması, nəinki yerli iqtisadiyyatı canlandıracaq, həm də Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verəcəkdir. Bu sahədə investisiyaların cəlb edilməsi, regionun sürətli bərpası üçün prioritet istiqamətdir.

Laçının dağlıq relyefi və təbii çəmənlikləri heyvandarlıq, arıçılıq və balıqçılıq üçün ideal şərait yaradır. Məhsuldar otlaqların bərpası, arıçılıq və balıqçılıq fermalarının yaradılması, yerli əhalinin işlə təmin olunması və kənd təsərrüfatının müasir texnologiyalarla təchiz edilməsi bölgənin iqtisadi cəhətdən öz ayağı üstündə durmasına kömək edəcəkdir.

Laçının 2025-ci ildə "MDB-nin Mədəniyyət Paytaxtı" elan edilməsi, regionun mədəni irsinin bərpası və təqdimatı üçün unikal fürsətdir. Bu status, Laçının Azərbaycan mədəniyyətindəki rolunu dünyaya nümayiş etdirmək və turizm potensialını artırmaq üçün vacib bir addımdır. Mədəni layihələr, həmçinin regionun sosial cəhətdən dirçəlişinə də töhfə verəcəkdir.

Cənab Prezident İlham Əliyevin 28 may 2023-cü ildə Laçına səfəri və şəhərin Baş Planının təqdimatı, regionun gələcək inkişaf strategiyasının əsasını qoydu. Bu plan, Laçının müasir infrastruktur, ekoloji tarazlıq və sosial-iqtisadi rifah əsasında yenidən qurulacağını nəzərdə tutur. Dövlət başçısının qayğısı, azad edilmiş ərazilərin sürətli bərpası və əhalinin geri qaytarılması üçün Azərbaycan hökumətinin sərt iradəsini nümayiş etdirir.

Laçın şəhəri, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin, işğalın ağır itkilərinin və qələbədən sonrakı dirçəlişin canlı nümunəsidir. 26 Avqustun "Laçın Şəhəri Günü" kimi qeyd edilməsi, bu torpaqların tarixi əhəmiyyətini və milli kimliyimizdəki yerini bir daha vurğulayır. Laçının bərpası və inkişafı, yalnız regional deyil, həm də milli miqyasda prioritetdir. Bu, Azərbaycan dövlətinin işğaldan sonra ərazilərini sürətlə bərpa etmək qabiliyyətini və vətəndaşlarına qayğısını nümayiş etdirir. Laçının gələcəyi – müasir infrastruktur, dinamik iqtisadiyyat və canlı mədəniyyət mərkəzi kimi formalaşdırılması, Azərbaycanın bütövlüyünün və qüdrətinin bir daha təsdiqidir.

Yaşasın Azərbaycan! Yaşasın Laçın!

Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatı “Akim Abbasov küç. 73E” ünvanı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri