Icma.az
close
up
RU
26 İyun qürurumuzun, gücümüzün, qələbəmizin səsidir

26 İyun qürurumuzun, gücümüzün, qələbəmizin səsidir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Hər millətin qürur mənbəyi var. Hər xalqın ürəyini döyündürən, alnını ucaldan, ruhunu zirvəyə qaldıran müqəddəs dəyərləri var. Bizim də qürur mənbəyimiz var. Bu Azərbaycan Ordusudur. Bəli, bu ordu – bizim gücümüzdür, əzəmətimizdir, iftixarımızdır.

Bu ordu Azərbaycanın şərəfini qoruyan, düşmənin gözünə od salan, dostun sinəsini fəxrlə qabardan əsgər ordusudur.26 İyun sadəcə təqvimdə bir gün deyil.26 İyun Azərbaycanın qürurunun, xalqın əyilməzliyinin, dövlətimizin sarsılmazlığının simvoludur. Unutmayaq ki, bu ordu xalqın öz əsgəridir. Bu ordu hər birimizin evindən, hər birimizin ocağından, hər birimizin sinəsindən çıxmışdır. Azərbaycan əsgəri Vətəni anasından daha çox sevir, bayrağı öz canından üstün tutur. Azərbaycan əsgəri torpağı namus bilir, şəhidliyi şərəf sayır. Ulu Öndər Heydər Əliyev necə də yerində söyləmişdi:
“Ordu xalqın özüdür. Ordu xalqdan doğur, xalq üçün yaşamalıdır.” Azərbaycan ordusu xalqın içindən doğdu, xalqın sevgisi ilə böyüdü, xalqın inamı ilə qalib gəldi. O günləri xatırlayın – ordu yox idi, vətən torpaqları işğal olunmuşdu, xalq ümidsizlik girdabında çırpınırdı. Kim gələcəkdi, kim bu xalqı xilas edəcəkdi? Kim bu orduya ruh, güc, yol göstərəcəkdi? Xalqın ümid çırağı sönməkdə ikən Ulu öndər Heydər Əliyev gəldi. O, tarixin hökmü ilə yenidən xalqın xilaskarı oldu. Azərbaycan Ordusunun təməlini möhkəm qoydu. Onun əzəmətli kəlamı bu gün də hər bir əsgərin döyünən ürəyində yazılıb: “Müstəqil Azərbaycanın müstəqil ordusu olmalıdır və bu ordu Azərbaycanın gücüdür.” Bu ordu illərlə böyüdü, gücləndi, düşmənin qorxulu yuxusuna çevrildi. Tarix davam etdi. Müstəqil Azərbaycan böyüdü, yeni bir Lider yetişdi – cənab Prezident İlham Əliyev. O, atasının başladığı müqəddəs yolu şərəflə, qətiyyətlə davam etdirdi.
Cənab Prezident İlham Əliyevin bir lider olaraq ən böyük fərqi nə oldu? O, ordunu təkcə modernləşdirmədi, o, orduya ruh verdi, orduya qələbəyə inam aşıladı. Cənab Prezident dedikdə ki: “Biz güclü dövlətik, bizim güclü ordumuz var” bunu bütün dünya eşitdi və inanmadı. Amma Azərbaycan Ordusu 2020-ci ildə sübut etdi – bu, sadəcə bir cümlə deyildi, bu, Azərbaycanın yazdığı böyük Zəfər dastanı idi. Azərbaycan əsgəri döyüş meydanında sinəsini sipər etdi, Vətənin sınmış qürurunu öz qanı ilə bərpa etdi. 44 günlük Vətən müharibəsi təkcə torpaq müharibəsi deyildi, bu, tarixi ədalətin qələbəsi idi, bu, xalq-ordu-lider birliyinin mükəmməl təntənəsi idi. Cənab Prezident İlham Əliyevin Qələbə sevincini yaşadığı anda söylədiyi bu sözlər tarixə qızıl hərflərlə yazıldı:
“Biz bu Qələbəni xalq-ordu birliyi ilə qazandıq. Bu, bizim ortaq Zəfərimizdir.” İndi biz qürurla deyirik ki, bu ordu artıq müharibədə qalib gəlmiş bir ordudur. Bu ordu yalnız müdafiəçi deyil, bu ordu torpaq azad edən, düşməni diz çökdürən, bayrağı Qarabağda ucaldan bir əsgər ordusudur. Şuşa qalasının zirvəsində dalğalanan bayraq əsgərimizin imzasıdır.Füzulidə ucalan bayraq xalqımızın qürurudur.Xudafərin körpüsündə açılan səhər bizim gələcəyimizdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev deyir: “Azərbaycan Ordusu bu gün təkcə regionun deyil, dünyanın ən güclü orduları sırasında yer almaqdadır. Biz bu gücü öz əsgərimizin cəsarəti, xalqımızın birliyi ilə yaratdıq.” 26 İyun təkcə bayram deyil, bir millətin qürur zirvəsidir. Bu gün əsgərimizin alnında Vətənin qüruru yazılıb, bayrağında Zəfərin rəngi dalğalanır. Bəli, biz fəxr edirik ki, Azərbaycan əsgəri dünyanın ən igid əsgəridir.Biz fəxr edirik ki, Azərbaycan ordusu dünyanın ən ləyaqətli ordusudur.Biz fəxr edirik ki, Azərbaycan xalqı dünyanın ən yenilməz xalqıdır. Bu gün kim bizim qabağımızı ala bilər? Bu gün kim bizim əsgərimizin qarşısında dayana bilər? Bu gün kim bizim birliyimizi poza bilər? Təbii ki, heç kim.Çünki biz ordumuzla güclüyük, biz ordumuzla qürurluyuq, biz ordumuzla Zəfər qazandıq. Beləliklə tarix Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən cəna İlham Əliyevi yeni bir zirvəyə apardı.O, Azərbaycan Ordusunu 21-ci əsrin müasir və güclü ordularından birinə çevirdi. Cənab Prezident İlham Əliyev silahlı qüvvələrin modernləşdirilməsi, hərbi texnologiyaların ən son nümunələrinin Azərbaycan Ordusuna gətirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması üçün ciddi islahatlar həyata keçirdi. Cənab Prezident İlham Əliyev qətiyyətlə bildirdi: “Bizim güclü ordumuz var.Azərbaycan xalqı hər zaman bu ordunun arxasındadır və bu ordu bizim torpaqlarımızı azad edəcək.”Bu tarixi çağırış 2020-ci ilin Vətən müharibəsində şanlı Qələbə ilə gerçəkləşdi. Azərbaycan Ordusu 30 illik işğala 44 gündə son qoyaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.Bu, sadəcə bir hərbi qələbə deyildi – bu, xalqın öz milli ləyaqətini bərpa etməsi, tarix qarşısında ədalətin bərqərar olması idi. Ali Baş Komandan cənab İlham Əliyevin cəbhə ilə siyasi meydanı birləşdirən bu möhtəşəm ifadəsi həmin günlərin yaddaşında əbədi qaldı: “Azərbaycan öz gücünü döyüş meydanında sübut etdi. Biz bu qələbəni ordu-xalq birliyi ilə qazandıq.”Azərbaycan əsgəri bir əfsanəyə çevrildi.O, yalnız torpaqları azad etmədi, bir millətin inamını, qürurunu və tarixi haqqını geri qaytardı.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyun 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri