Icma.az
close
up
RU
Şuşa qürurumuzun zirvəsi, qələbəmizin rəmzi

Şuşa qürurumuzun zirvəsi, qələbəmizin rəmzi

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

8 Noyabr Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş Qələbə və Qürur Günüdür. Bu tarix təkcə bir şəhərin azad edildiyi gün deyil, xalqımızın sarsılmaz iradəsinin, mübarizə əzminin, birliyinin və milli həmrəyliyinin təntənəsidir. 30 il boyunca həsrətlə gözlədiyimiz bu gün, torpaqlarımızın azadlığı, ədalətin bərpası və milli ruhun dirçəlişi kimi tarixdə öz yerini tutdu.

Şuşa əsrlərdir Azərbaycan mədəniyyətinin, musiqisinin, poeziyasının və tarixinin simvolu olub. Bu şəhər xalqımız üçün təkcə bir coğrafi məkan deyil, həm də milli kimliyimizin, mənəvi dəyərlərimizin və qürurumuzun rəmzidir. Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın doğulub boya-başa çatdığı bu torpaq, Azərbaycan mədəniyyətinin səsi və ruhudur. Şuşa azad olunanda sanki təkcə bir şəhər deyil, xalqın könlü, ruhu və tarixi azadlığa qovuşdu.

1992-ci ilin mayında Şuşanın işğalı Azərbaycan xalqının tarixində ən ağır səhifələrdən biri idi. O gün təkcə bir şəhər deyil, həm də xalqımızın mədəniyyət qalası düşmən tapdağı altına düşmüşdü. Lakin xalq bu ağrını içində daşısa da, ümidini heç vaxt itirmədi. Hər bir azərbaycanlı ürəyində bir arzu ilə yaşadı bir gün Şuşaya qayıtmaq, orada yenidən Azərbaycan bayrağını dalğalandırmaq!

Və nəhayət, o möhtəşəm gün gəldi. 2020-ci ilin 8 Noyabrında Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şuşanı azad etdi. 44 gün davam edən Vətən müharibəsinin ən parlaq səhifəsi məhz Şuşa zəfəri idi. Sıldırım qayalar, dərin dərələr və çətin relyeflər arasında gedən döyüşlər ordumuzun igidliyinin və xalqımızın yenilməz ruhunun təcəssümü oldu. Azərbaycan əsgəri düşmən üzərində təkcə hərbi deyil, mənəvi qələbə də qazandı. Şuşa əməliyyatı dünyada analoqu olmayan qəhrəmanlıq nümunəsidir.

Şuşanın azadlığı hər bir azərbaycanlının qəlbində böyük sevinc, fəxarət və minnətdarlıq hissi yaratdı. O gün milyonlarla insan göz yaşları içində sevinirdi çünki bu qələbə illərlə içimizdə yanan ümidin gerçəyə çevrilməsi idi. Şəhidlərimizin ruhu rahatlıq tapdı, xalqın qəlbində isə yenidən inam və qürur doğdu.

Bu gün Şuşa yenidən dirçəlir. Tarixi abidələr bərpa olunur, küçələr, evlər, məktəblər, mədəniyyət ocaqları yenidən qurulur. Cıdır düzündə azadlıq səsi, musiqi, şeir, bayraq və azan səsi yenidən ucalır. Şuşaya qayıdış sadəcə torpağa dönüş deyil, bu, xalqın öz kimliyinə, mədəniyyətinə və ruhuna qayıdışıdır. Şuşanın bərpası ilə Azərbaycan mədəniyyəti də yenidən dirçəlir.

8 Noyabr – Şuşa şəhəri günü, bu torpaq uğrunda canını qurban vermiş bütün qəhrəmanların xatirəsinə bir ehtiram günüdür. Bu gün biz şəhidlərimizi dərin hörmətlə yad edir, qazilərimizə minnətdarlıqla baş əyirik. Onlar öz canları bahasına xalqımıza qələbə sevinci, azadlıq və fəxarət bəxş etdilər.

Bu qələbə bir daha göstərdi ki, Azərbaycan xalqı bir olduqda onu heç bir qüvvə sındıra bilməz. Biz öz torpağımızın, tariximizin və gələcəyimizin sahibiyik.

Bu gün hər bir azərbaycanlı fəxrlə deyir: Şuşa mənimdir, Şuşa Azərbaycandır!

Qələbə Günümüz, Şuşa Günümüz mübarək olsun!

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri