26 yaşlı boksçu aldığı nokautdan 1 həftə sonra öldü
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
26 yaşlı meksikalı boksçu Arturo Torres nokautla başa çatan döyüşdən sonra vəfat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Torres sentyabrın 19-da Xilberto Qarsiya ilə qarşılaşıb və yeddinci raundda nokautla məğlub olub.
Döyüş başa çatdıqdan dərhal sonra boksçu xəstəxanaya çatdırılıb. Həkimlər onun beynində yaranmış qan laxtası səbəbindən əməliyyat keçiriblər. Daha sonra Torres süni komaya salınıb.
1 həftə çəkən tibbi müdaxilələrə baxmayaraq, 26 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb.
Arturo Torres peşəkar boksda debütünü 2018-ci ilin noyabrında edib. Karyerası ərzində o, 15 qələbə qazanıb, 6 dəfə məğlub olub, bir döyüşü isə heç-heçə başa çatıb.
Bu mövzuda digər xəbərlər:Nokautdan altı gün sonra öldü
26 Sentyabr 2026 15:22
Qəzadan 1 həftə sonra öldü
20 Avqust 2025 10:35
Boksçu titul qazandıqdan bir həftə sonra öldü
29 Dekabr 2024 15:44
Dərmandan zəhərləndi, 1 həftə sonra öldü
11 Yanvar 2025 13:26
Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü
26 Sentyabr 2026 18:15
Baxış sayı:122
Bu xəbər 26 Sentyabr 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















