Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Supreme Boxing" promouter şirkəti məlumat yayıb.
Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiya ilə qarşılaşıb. Görüş idmançının yeddinci raundda nokautla məğlub olması ilə yekunlaşıb. Döyüş bitdikdən sonra Torres huşunu itirənə qədər rinqdə qalıb. İdmançıya tibbi yardım göstərilərək Mexikalidəki xəstəxanaya yerləşdirilib. Orada onun beynindəki tromb səbəbindən təcili əməliyyat aparılıb və boksçu süni koma vəziyyətinə salınıb. Sentyabrın 25-də idmançı aldığı ağır xəsarətlərdən ölüb. pizza sifarişi
Xatırladaq ki, Torres peşəkar boksda ilk dəfə 2018-ci ilin noyabrında çıxış edib. O, karyerası ərzində 15 dəfə qələbə qazanıb, 6 dəfə məğlub olub və 3 qarşılaşmanı heç-heçə başa vurub.\Oxu.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 26 Sentyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















