Icma.az
close
up
RU
267 nəfərin olduğu gəmi niyə 15 dəqiqəyə batdı? Kiprdəki faciə

267 nəfərin olduğu gəmi niyə 15 dəqiqəyə batdı? Kiprdəki faciə

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Şimali Kipr sahillərində bir neçə gün öncə batan“Filo Jet” sərnişin gəmisi ilə bağlı maraqlı detallar üzə çıxıb. Göyərtəsində 267 nəfərin olduğu gəminin batması ilə bağlı araşdırmada diqqətçəkən detallar ortaya çıxıb. Hadisəni daha da müəmmalı edən məqam isə gəminin dənizə çıxmazdan əvvəl hava şəraiti səbəbindən limanı tərk etməsinə icazə verilməməsi, buna baxmayaraq sonradan yola çıxması və cəmi 15 dəqiqə sonra batmağa başlamasıdır.

Modern.az rəsmi açıqlamalara istinadən xəbər verir ki, gəminin çıxışına ilkin olaraq pis hava şəraiti səbəbindən icazə verilməyib. Təxminən bir saatlıq gecikmədən sonra gəmi limanı tərk edib. Lakin hadisədən əvvəl “Filo Jet”in texniki vəziyyəti ilə bağlı da diqqətçəkən fakt var. Bildirilir ki, gəmi təxminən iki ay əvvəl “Akdeniz Tersanesi”ndə Türk Loydu tərəfindən texniki yoxlamadan keçirilib. Buna baxmayaraq, dənizə çıxdıqdan az sonra gəmi su almağa başlayıb.

Hadisə ilə bağlı şahid ifadələri də araşdırmanın istiqamətini dəyişə biləcək məqamlar ortaya qoyur. Sağ qalanların sözlərinə görə, gəmi su almağa başlamazdan əvvəl qeyri-adi hərəkətlər edib və burun hissəsindən güclü səs gəlib. Daha sonra su gəminin içərisinə dolmağa başlayıb. Bəzi sərnişinlər isə ekipajın xilasetmə jiletlərindən istifadə ilə bağlı lazımi təlimat vermədiyini iddia ediblər. Bu məlumatlar hələlik şahid ifadələridir və rəsmi şəkildə təsdiqlənməyib.

Hazırda gəminin əsas gövdəsi təxminən 514 metr dərinlikdədir. Məhz bu səbəbdən qəzanın səbəbinin müəyyənləşdirilməsində gəminin “qara qutusu” xüsusi əhəmiyyət daşıyır. Rəsmilər də qəzanın səbəbini tam müəyyənləşdirmək üçün “qara qutu” çatmağın vacib olduğunu bildirirlər.

Beləliklə, istintaq pis hava səbəbindən çıxışına icazə verilməyən gəmi hansı qərarla yola salınmasını, iki ay əvvəl texniki yoxlamadan keçən gəmi niyə 15 dəqiqə ərzində su almağa başladığını və ən əsası, 514 metr dərinlikdəki “qara qutu”nun tapılmasını əsas hədəf hesab edir.

Hazırda kapitan daxil olmaqla 8 ekipaj üzvünün saxlanılması da istintaqın yalnız hava şəraiti üzərində qurulmadığını göstərir. “Filo Jet”in batması ilə bağlı cavab gözləyən əsas suallar isə məhz bu araşdırmanın nəticələrindən sonra aydınlaşa bilər.

Nicat Rüstəm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Avqust 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see458

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see382

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see368

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see365

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see337

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see334

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see322

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see319

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see315

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see302

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see292

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see287

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see277

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see275

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see266

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see264

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see259

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see259

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri