Icma.az
close
up
RU
27 ildə dünyanı dəyişən axtarış

27 ildə dünyanı dəyişən axtarış

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

“Google”un hekayəsi...

Bəşəriyyətin minillik arzularından biri hər suala cavab tapmaq, hər informasiyaya sahib olmaq idi. Əvvəllər bu yol qalın kitabların səhifələrindən, tozlu arxivlərdən, uzun-uzadı araşdırmalardan keçirdi. İndi isə bir neçə saniyəyə bütün dünya ovucumuzun içindədir. Bir mövzu haqqında məlumat almaq, xəritə üzərində yol tapmaq, elmi məqalələr oxumaq, gündəlik xəbərləri öyrənmək və ya sadəcə “nə bişirim?” sualına cavab tapmaq üçün belə “Google”a üz tuturuq.

1998-ci il sentyabrın 4-də Larri Page və Sergey Brin tərəfindən yaradılan “Google” sadəcə bir axtarış sistemi olaraq işə başlamışdı. Amma bu gün o, həyatımızın ən önəmli informasiya körpüsünə çevrilib. “Google”un gücü ondadır ki, o yalnız cavab vermir, həm də insanları öyrədir, istiqamətləndirir, düşünməyə vadar edir, biliklərə olan yolumuzu asanlaşdırır, dünyanı daha əlçatan edir. İnformasiya bərabərliyi prinsipini dəstəkləyən bu texnologiya dünyanın ən ucqar kəndində yaşayan bir insanla, böyük şəhərlərdə yaşayanları eyni informasiya mənbəyinə qovuşdura bilir.

“Google” təkcə axtarış sistemi deyil, həm də innovasiyanın simvoludur. “Gmail”, “Google Maps”, “YouTube”, “Android” əməliyyat sistemi - bunların hamısı bir zamanlar kiçik bir universitet layihəsi olaraq başlayan ideyanın nəticəsidir.

Necə yarandı?

İqtisadi gücü və təqdim etdiyi xidmətlərin mübahisəsiz üstünlüyü ilə bütün dünyanı heyrətə gətirən internet şirkətinin qısa, ancaq maraqlı quruluş tarixçəsi var.

“Google”un qurucularından biri Sergey Brin əslən rusiyalı mühacirdir. Şirkətin digər qurucusu Larri Page Sergeylə 1995-ci ildə ABŞ-ın Stanford universitetində tanış olub. Bu iki gəncin elmi araşdırmalarının əsasını gündən-günə böyüməkdə olan nəhəng internet məkanında lazımi informasiyanın ən qısa və effektiv şəkildə əldə edilməsi üçün tələb olunan axtarış sistemlərinin yazılması təşkil edirdi. 1996-cı ilin yanvarında onlar “Backrub” adlanan axtarış sistemini proqramlaşdırmağa başladılar. Bu sistem kiçik miqyasda test edildi və onun axtarış probleminə gətirdiyi unikal həllər mütəxəssislərin təqdirini qazandı.

Larri və Sergey 1998-ci ilin ilk yarısında internetdə inqilab yaradacaq layihələrin həyata keçirilməsi üçün öz fəaliyyətlərini gücləndirdilər. Onlar icad etdikləri yeni texnologiyanı “Google” adlandırdılar.

“Google” riyazi termindir və 1 rəqəminin arxasında 100 sıfırı ifadə edir. Bu termindən istifadə etməklə onlar təqdim etdikləri texnologiyanın sonsuz imkanlarını ifadə etmək istəyirlər. Dostlar 1 terabayt həcmində olan kompüter harddiskini güzəştli qiymətə alırlar və tələbə yataqxanasında Larrinin otağını “Google”un informasiya bazasının mərkəzi kimi istifadə etməyə başlayırlar.

Şirkətin ilk addımları

İlk olaraq onlar “Yahoo” şirkətinin qurucusu Devid Filoya müraciət edirlər. Filo onların yeni texnologiyasının əhəmiyyətini təqdir edir. Lakin dostların Devidden yardım almaq planları baş tutmur. Digər internet portallarının rəhbərləri ilə də danışıqlar nəticəsiz qalır. Bu uğursuz səylərdən sonra Sergey və Larri öz bizneslərini qurmaq qərarına gəlirlər. Bunun üçün müəyyən sərmayə tələb olunurdu. Onlar tezliklə biznes plan hazırlayırlar. İlk müraciət etdikləri şəxs “Sun Microsystems” şirkətinin qurucusu olan Endi Bextolşaym olur. O, uzaqgörən olduğundan “Google” sisteminin gələcəyi və perspektivləri onda ciddi təəssürat oyadır və dərhal “Google.İnc” şirkətinin adına 100 min ABŞ dolları məbləğində çek yazır.

Ancaq “Google.İnc” adlı şirkət mövcud deyildi. Sergeylə Larrinin ilk işi bu şirkəti qeydiyyatdan keçirmək olur. Daha sonralar onlar öz qohum, dost və tanışları arasında investor arayışların davam etdirərək 1 milyon dollara yaxın pul tapmağa nail olurlar. 1998-ci ildə “Google.İnc” şirkəti rəsmi şəkildə fəaliyyət göstərməyə başlayır. Şirkətin qapıları məsafədən idarə olunan pultla açılıb bağlanırdı. Çünki “Google”un ofisi adi bir qarajda yerləşirdi.

Bu gün isə “Google”un fəaliyyətləri artıq 140 mindən artıq server vasitəsi ilə aparılmaqdadır. Onun təqdim etdiyi xidmətlər 249 dilə, eyni zamanda Azərbaycan dilinə tərcümə edilib.

Sentyabrın 4-ü yalnız bu şirkətin yaranma tarixi deyil, həm də bəşəriyyətin informasiya dövrünə atdığı ən böyük addımlardan birinin ildönümüdür. “Google” artıq gündəlik həyatımızın parçası, beynimizin əlavə yaddaşı, suallarımızı ilk ünvanladığımız dostumuzdur.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Sentyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri