27 manata hədiyyə qutusu, içində 10 manatlıq məhsul belə yoxdur Valideynlər aldadılır
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yeni İlə sayılı günlər qalıb. Bu bayrama ən çox sevinən uşaqlardır. Uşaqları sevindirmək üçün isə böyüklər onlara hədiyyə qutuları alır. Bəzən isə hədiyyə qutusunun içindən xoş olmayan sürpriz çıxır.
Milli.Az xəbər verir ki, valideynlərin sözlərinə görə, onlar bu qutuların içində nə olduğunu bilmirlər:
"Bəzən görünüşü xoş gəlir, alırıq içindən ya köhnə məhsul çıxır, ya da ucuz İran qidaları çıxır hansı ki toplam qiymət qutudan qat -qat ucuzdur. Bu da bir növ insanları aldatmaqdır. 27 manata hədiyyə qutusu aldım içindən 10 manatlıq məhsul çıxmadı heç".
Məsələ ilə bağlı tibb elmlər doktoru Adil Qeybulla bildirib ki, məhsulların tərkibini bilmədən uşaqlara vermək təhlükəlidir:
"Çünki böyüklərə nisbətən uşaqların orqanizmi daha həssasdır. Mümkün qədər uşaqları təhlükəli və təsadüfi seçilən qidalardan uzaq tutmalıyıq. Yaxşı olar ki, bu cür hədiyyələri valideynlər özləri ev şəraitində hazırlayıb özləri versinlər".
Valideynlər uşaqları sevindirmək istəyərkən təhlükəyə atmamaq üçün məhsulun üzərində olan istehsal tarixinə diqqət etmələri tövsiyə olunur.
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 17 Dekabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















