Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Belə valideynlər cərimələnməlidir

Belə valideynlər cərimələnməlidir

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda qohum evliliklərinin qarşısının alınması ilə bağlı tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, bu cür nikahların hələ də baş verməsi mövzunu yenidən gündəmə gətirib. Mövcud qadağaların effektivliyi və onların real təsiri müzakirə olunur. Bəzi hallarda bu məhdudiyyətlərin qeyri-rəsmi nikahların artmasına səbəb olub-olmadığı isə cəmiyyətdə suallar doğurur.
Məsələ ilə bağlı sosioloq Hüseyn İbrahimov Demokrat.az-a bildirib ki, qohum evlilikləri ara-sıra baş tutur:
"Bəziləri aşkar edilir, bəziləri isə ümumiyyətlə məlum olmur, çünki tərəflər qeyri-rəsmi şəkildə evlənirlər. Düzdür, bu zaman tərəflər rəsmi nikah münasibətlərinə daxil olmur, əsasən molla kəbini ilə kifayətlənirlər. Bəzi mollalar isə nikah kağızı tələb etdikdən sonra kəbin kəsirlər ki, bu da əslində adətimizə uyğun deyil.
Ümumilikdə hüquqi baxımdan əsas olan rəsmi nikah münasibətləridir. Lakin tərəflər nikahsız şəkildə ailə və birgəyaşayış münasibətlərinə daxil olurlar. Bu isə müəyyən suallar yaradır. Əgər iki şəxs nikahsız yaşayırsa, bunu qadağan etmək mümkün deyil. Amma toy mərasimi keçirilirsə, burada qanunun rolu və əhəmiyyəti artır. Qohumlar arasında nikahların azalması əhalinin sağlamlığı baxımından vacib göstəricidir. Lakin bir çox insan bunu nəzərə almır və rəsmi nikah olmadan da toy edir".
O bildirib ki, bu halda qeyri-rəsmi nikahların sayı artır:
"Gələcəkdə belə münasibətlərin qeyri-rəsmi boşanmaları baş verdikdə, onların statistikasını aparmaq da çətinləşəcək. Burada həm valideynlər, həm də tərəflər, yəni oğlan və qız məsuliyyət daşıyır. Eyni zamanda şadlıq evlərinin də müəyyən məsuliyyəti olmalıdır. Onlar toy mərasimi keçirən şəxslərin nikahının olub-olmadığını və ya toy ərəfəsində bağlanıb-bağlanmayacağını dəqiqləşdirməlidirlər. Qız və oğlan tərəfdən bu barədə məlumat almalı, nikahın mövcud olub-olmadığını bilməlidirlər.
Əgər nikah olmayacaqsa, şadlıq evləri belə toyların keçirilməsinə icazə verməməli və bu məsələdə məsuliyyət daşımalıdır. Bu halda qeyri-rəsmi evliliklərin artmasının qarşısını almaq mümkün olar. Çünki təmtəraqlı toy keçirmək artıq cəmiyyətimizdə geniş yayılmış ənənəyə çevrilib. Şadlıq evləri məsuliyyətlərini dərk etdikdə bu hallar daha az baş verər".
Sosioloq deyib ki, nikahsız toyların keçirilməsinə görə restoran sahibləri və şadlıq evləri üçün cərimələr nəzərdə tutulmalıdır:
"Eyni zamanda kənd yerlərində öz həyətində nikahsız toy təşkil edən valideynlər üçün də cərimələr tətbiq olunmalıdır. Belə hallarda kütləvi tədbir keçirilir, lakin hüquqi baxımdan tənzimlənmir. Tərəflər heç bir mərasim keçirmədən də birlikdə yaşamaq qərarı verə bilərlər və bu, onların hüququdur. Lakin belə münasibətlər rəsmi nikah olmadan baş tutur. Əgər söhbət kütləvi toy mərasimlərindən gedirsə, bu zaman nikahın olması vacibdir və bu qaydanın pozulmasına görə həm valideynlər, həm də şadlıq evləri məsuliyyət daşımalıdır.
Ümumilikdə isə bu istiqamətdə cəmiyyət səfərbər olmalı, ictimai qınaq və nəzarət gücləndirilməlidir ki, qəbul edilmiş qanunlar daha effektiv şəkildə icra olunsun", - deyə o bildirib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Aprel 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri