Icma.az
close
up
RU
27 rayonda ümid işığı: Əlilliyi olan uşaqlara cəmiyyətin qapısı açılır

27 rayonda ümid işığı: Əlilliyi olan uşaqlara cəmiyyətin qapısı açılır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı 



Reabilitasiya mərkəzləri təkcə bina deyil, dəyişimin özüdür – ictimai şüur yenilənir



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə həyata keçirilən mühüm sosial layihə çərçivəsində ölkənin 27 şəhər və rayonunda əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb. Bu mərkəzlərin yaradılması əlilliyi olan uşaqların hüquqlarının müdafiəsi, onların cəmiyyətə daha fəal inteqrasiyası və həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış mühüm addımdır.

Yeni yaradılan mərkəzlər Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Daşkəsən, Füzuli, Kürdəmir, Gəncə, Göygöl, Qax, Qazax, Qəbələ, Qobustan, Mingəçevir, Naftalan, Oğuz, Sabirabad, Samux, Şabran, Şamaxı, Şəki, Tərtər, Tovuz, Yardımlı, Yevlax, Zaqatala və Zərdab rayonlarını əhatə edir. Bu geniş coğrafi əhatə göstərir ki, sosial xidmətlərin regionlar üzrə əlçatanlığı və dayanıqlılığı artırılır, xidmətlər yalnız mərkəzi şəhərlərlə məhdudlaşmır.

Mərkəzlərdə əlilliyi olan uşaqlara sosial-psixoloji reabilitasiya və abilitasiya xidmətləri göstərilir. Bu xidmətlər, sadəcə tibbi deyil, eyni zamanda sosialyönümlü dəstək modelinə əsaslanır. Uşaqlarla fərdi və qrup şəklində aparılan psixoloji məşğələlər onların emosional inkişafına, öz güclərinə inam hissinin formalaşmasına, sosial ünsiyyət bacarıqlarının artmasına və gündəlik həyat vərdişlərinin möhkəmlənməsinə yardım edir.

Bu fəaliyyətlər çərçivəsində psixoloji diaqnostika və qiymətləndirmə aparılır, emosional və davranış pozuntularının aradan qaldırılması üçün fərdi psixoloji müdaxilələr həyata keçirilir. 

Uşaqların valideynləri ilə psixoloji məsləhət işləri aparılır, sosial bacarıqların inkişafı üçün təlimlər və interaktiv məşğələlər təşkil olunur.

Bu yanaşma uşağın yalnız tibbi ehtiyaclarını deyil, sosial və emosional ehtiyaclarını da nəzərə almağa, onların şəxsiyyət kimi cəmiyyətə uyğunlaşmasına və aktiv iştirakçıya çevrilməsinə imkan yaradır.

Layihənin əsas məqsədi əlilliyi olan uşaqların sosial reabilitasiya xidmətləri ilə əhatə olunaraq onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir. Bu yanaşma inklüziv cəmiyyətin formalaşmasına, bərabər imkanların yaradılmasına və uşaqların potensial imkanlarının üzə çıxarılmasına şərait yaradır.

Agentliyin məlumatına əsasən, layihə çərçivəsində ümumilikdə 1400-dək əlilliyi olan uşağa xidmət göstərilməsi nəzərdə tutulur. Bu, ölkədə sosial xidmətlərin uşaq yönümlü və məqsədyönlü şəkildə genişləndirilməsinin nümunəsidir.

Əlilliyi olan uşaqların cəmiyyətə uyğunlaşdırılması təkcə onların deyil, bütün cəmiyyətin sosial rifahı baxımından vacibdir. Sosial-psixoloji reabilitasiya mərkəzləri onların şəxsiyyət kimi formalaşmasına, imkanlarını reallaşdırmasına və sosial izolyasiyadan uzaq yaşamasına dəstək verir. Bu baxımdan Sosial Xidmətlər Agentliyinin həyata keçirdiyi layihə həm sosial məsuliyyət, həm də humanist dəyərlər baxımından yüksək qiymətləndirilməlidir.

Qeyd edək ki, Azərbaycan dövlət siyasətinin sosialyönümlü olması, əhalinin həssas təbəqəyə məxsus hissəsinin dövlət qayğısıyla əhatə olunması cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda, bu sərəncamlardan irəli gələn vəzifələrin aidiyyətli qurumlar tərəfindən icra edilməsində əksini tapır.

Növbəti aylarda Respublikanın müxtəlif şəhər və rayonları üzrə əlilliyi müəyyən edilmiş uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün 20-yə yaxın belə mərkəzlərimiz fəaliyyətə başlayacaq.


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, uşaqlara həssas qruplara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstəriləcək sosial xidmətlər “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” ilə təsdiq edilib:

 “Dövlət Proqramında qeyd edilir ki, hər bir cəmiyyətdə uşaqların sosial müdafiəsi, sağlam və firavan böyüməsi, fiziki və mənəvi inkişafı üçün həyata keçirilən siyasət həmin cəmiyyətin ümumi inkişafının əsas keyfiyyət göstəricilərindən biridir. Sivil və ümumbəşəri dəyərləri daim yüksək tutan Azərbaycan Respublikası da uşaqların münasib şəraitdə böyüyərək tərbiyə olunmaları və onların layiqli vətəndaş kimi formalaşmalarının təmin edilməsi sahəsində fəal siyasəti ilə fərqlənir. Davamlı olaraq ixtisaslaşdırılmış sosial xidmət müəssisələri tərəfindən uşaqların münasib yaşayış şəraiti, sığınacaq və reinteqrasiya xidmətləri ilə təmin edilməsi, təhsilin və peşə hazırlığının, sosial reabilitasiyasının təşkili, onlara hüquqi, psixoloji yardımın göstərilməsi və digər tədbirlər həyata keçirilir”.


Birlik sədri qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə 27 şəhər və rayonda əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin yaradılması ölkəmizdə inklüziv cəmiyyətin formalaşmasına doğru atılmış mühüm addımdır: 

"Bu təşəbbüs bir neçə əsas istiqamətdə cəmiyyətin ümumi inklüzivlik səviyyəsinə əhəmiyyətli təsir göstərə bilər. Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası yalnız tibbi və psixoloji xidmətlərlə məhdudlaşmamalıdır. Bu reabilitasiya mərkəzləri həmin uşaqların sosial bacarıqlarının inkişafına, təhsilə hazırlıq səviyyələrinin artırılmasına və məktəb mühitinə uyğunlaşmalarına kömək edəcək. Bu isə inklüziv təhsilin daha effektiv həyata keçirilməsinə zəmin yaradır.

Bu cür mərkəzlər əlilliyi olan uşaqları və onların ailələrini daha aktiv şəkildə ictimai həyata cəlb etdiyindən, cəmiyyətdə stereotiplərin qırılması və stiqmatizasiyanın azalması müşahidə olunur. Mərkəzlərin fəaliyyət göstərdiyi ərazilərdə ictimai şüurun yüksəlməsi inklüziv yanaşmanın normal bir həyat tərzi kimi qəbul olunmasına şərait yaradır.

Əvvəllər yalnız paytaxt və iri şəhərlərdə mövcud olan belə xidmətlərin regionlara yayılması sosial xidmətlərin ərazi üzrə bərabər paylanmasını təmin edir. Bu, həm regional sosial bərabərliyin gücləndirilməsinə, həm də əlilliyi olan uşaqların ailələrinin öz yaşadıqları ərazidə keyfiyyətli xidmətə çıxış imkanlarının artmasına səbəb olur. Bu mərkəzlər valideynlərə həm psixoloji, həm də praktiki dəstək verir. Ailələrin sosial rifahına təsir edən ən mühüm faktorlardan biri — tək qalmamaq və dövlətin sistemli dəstəyini hiss etməkdir. Bu təşəbbüs ailələrə sosial təcriddən çıxmaq imkanı verir və onların əmək bazarına daxil olmasını da asanlaşdıra bilər. Sosial reabilitasiya mərkəzləri yalnız xidmət göstərən strukturlar deyil, eyni zamanda inklüzivlik fəlsəfəsinin daşıyıcılarıdır. Bu mərkəzlər vasitəsilə sosial işçilər, psixoloqlar, müəllimlər və ictimai fəallar arasında yeni bir inklüziv yanaşma məktəbi formalaşır. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətin daha tolerant və iştirakçı olmasına gətirib çıxaracaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyul 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri