Icma.az
close
up
RU
“27 Sentyabr bir xalqın birliyinin simvoludur” Pərvanə Vəliyeva

“27 Sentyabr bir xalqın birliyinin simvoludur” Pərvanə Vəliyeva

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

27 sentyabr 2020-ci il tarixində Ermənistanın silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi azad edərək tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi.

44 Günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən biridir. Bu savaş Azərbaycan xalqının iradəsini, birliyini və ərazi bütövlüyü uğrunda mübarizəsini bir daha bütün dünyaya göstərdi. Müharibənin nəticələri region üçün yeni mərhələnin başlanğıcını qoydu və Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaratdı.

Vətən müharibəsində Azərbaycan xalqı birlik, həmrəylik və milli ruh nümayiş etdirərək, düşmənin layiqli cavabını vermişdir. Minlərlə igid oğullarımız bu yolda şəhidlik zirvəsinə ucaldı, on minlərlə qazimiz mübarizənin canlı şahidinə çevrildi. Onların göstərdiyi rəşadət və vətənpərvərlik gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi oldu.

2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsi yalnız bir hərbi qələbə deyil, həm də Azərbaycan xalqının mübarizə iradəsinin, vətən sevgisinin və birliyinin simvoludur. Bu müharibənin ən qiymətli və müqəddəs səhifəsi isə şəhidlərimizin və qazilərimizin, yəni müharibənin canlı qəhrəmanlarının tarixə yazdığı şərəfli izlərdir.

Şəhidlik Azərbaycan xalqı üçün hər zaman müqəddəs bir anlayış olub. 44 günlük müharibə zamanı minlərlə igid oğul vətənin bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmışdır. Bu şəhidlər Azərbaycanın gələcəyi, torpaqlarımızın azadlığı və xalqımızın qüruru üçün əbədi yaşayacaqlar.

Şəhidlik zirvəsi qədər müqəddəs olan digər bir məqam isə veteranlıq, yəni müharibədən sağ çıxmış, lakin həyatını və sağlamlığını bu mübarizəyə həsr etmiş insanlarımızdır. Onlar bu gün də xalq arasında hörmət və ehtiramla qarşılanır.

44 günlük Vətən Müharibəsinin şəhidləri və qaziləri yalnız bir döyüşün deyil, bütöv bir xalqın taleyinin qəhrəmanları oldular. Onlar sayəsində Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu, tarixi ədaləti bərpa etdi və yeni reallıqlar yaratdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu gün, 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin anıldığı gündür.

Bu gün dövlətimiz şəhid ailələrini yüksək səviyyədə dəstəkləmək məqsədilə maddi, sosial və psixoloji yardım proqramları həyata keçirir.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamı ilə  Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlanmış və tikinti işlərinə başlanılmışdır.

Müharibə dövründə bədən əzalarını itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı hərbiçi öhdəliyə götürülmüşdür.

Bu gün bütün ölkə boyu şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir, onların qəhrəmanlıq dastanı müxtəlif tədbirlərdə, abidələr önündə, təhsil müəssisələrində, dövlət və özəl qurumlarda qeyd olunur.

Azərbaycan cəmiyyəti şəhid və qazilərə dərin ehtiram bəsləyir. Hər bir şəhərdə şəhid bulaqları, xatirə lövhələri, şəhidlərin adını daşıyan məktəblər və parklar yaradılır. Məktəblərdə və universitetlərdə gənc nəsilə vətənpərvərlik ruhunun aşılanmasında şəhid və qazilərin həyat yolu örnək kimi göstərilir.

Azərbaycan xalqı heç zaman şəhidlərini unutmayacaq. Onların qanı bahasına qazanılmış bu Zəfər, müstəqilliyimizin və dövlətçiliyimizin əbədi simvoluna çevrilmişdir.

Şəhidlər və qazilər Vətən Müharibəsinin əsl qəhrəmanlarıdır. Onların fədakarlığı sayəsində bu gün azad Qarabağ var. Bizim borcumuz bu qəhrəmanların adını uca tutmaq, onların ailələrinə sahib çıxmaq və gələcək nəsillərə vətənə sevgi, şəhidə ehtiram, qaziyə minnətdarlıq hissini aşılamaqdır.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Sentyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri