Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

27 sentyabr həm də xalqın mübarizə ruhunun simvoludur

27 sentyabr həm də xalqın mübarizə ruhunun simvoludur

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


“Bu günün əhəmiyyəti yalnız hərbi qələbə ilə bağlı deyil, həm də azadlıq, şərəf və xalqın mübarizə ruhunun simvoludur. 27 sentyabr Azərbaycan xalqı üçün birliyi, qəhrəmanlığı və torpaq sevgisini xatırladan bir gündür”.
Newscenter.az xəbər verir ki, bunları “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov 27 sentyabr-Anım günü ilə bağlı danışarkən səsləndirib. İctimai birlik sədri yaxın tarixə nəzər salaraq deyib ki, 2020-ci il, sentyabrın 27-də Ermənistan öz işğalçılıq siyasətini davam etdirmək və yeni ərazilər ələ keçirmək məqsədilə Azərbaycana hücum etdi. İlham İsmayılov deyib ki, bu aqressiya, növbəti işğalçılıq arzusu İkinci Qarabağ Müharibəsinin başlamasına yol açdı:
“İkinci Qarabağ müharibəsinin başlanması ilə bir çox həyat dəyişdi. 27 sentyabrda Ermənistanın Azərbaycan torpaqlarına hücumu ilə tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi başladı. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağda münaqişənin sonlandırılması istiqamətində mühüm bir mərhələ oldu. Müharibə Azərbaycanın vətənpərvərlik, birlik və mübarizə ruhunu daha da gücləndirdi”.
İlham İsmayılov bildirib ki, qüdrətli Azərbaycan Ordusu və onun müzəffər Ali Baş Komandanı İlham Əliyevin sayəsində Azərbaycan əks hücuma keçərək müharibənin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərini, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərini, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər işğaldan azad olundu:
“Müharibənin ilk günlərində əldə edilən qələbələr sonrakı döyüşlərdə qazanılacaq tam qələbənin başlanğıcı oldu. 2020-ci il, noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə İkinci Qarabağ müharibəsi başa çatmış oldu. Bu, düşmənin məğlubiyyətini etirafı idi və beləliklə, noybrın 10-da üçtərəfli Bəyanat imzalandı. Əslində bu bir sıradan bəyanat deyildi. İmzalanan bəyanat Azərbaycanın qalibiyyəti, Ermənistanın isə məğlubiyyətinin sübutu idi.
44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdış Beləliklə, Vətən müharibəsinin nəticəsi olaraq, 30 illik işğal altındakı ərazilərimiz azad olundu”.
İlham İsmayılov onu da deyib ki, Azərbaycanın 44 günlük müharibədə tarixi zəfəri bütün Türk dünyasında sevinclə qarşılandı:
"Bu qələbə həm də dondurulmuş münaqişələrin həllinin başlanğıcı kimi qəbul edilməyə başlandı.Eyni zamanda Qərbi Azərbaycana qayıdış, Zəngəzur dəhlizinin açılması, eləcə də Türk dünyasının problemlərinin həllinin başlanğıcı kimi qəbul edildi. Həmçinin Turan birliyinin yaradılması, Türk İslam Birliyini sürətləndirmiş oldu, Azərbaycanın lider, təşəbbüskar rolunu, onun bir mərkəzə çevrildiyini dünyaya göstərdi.
ATXƏM sədri deyib ki, 27 sentyabr həm də itkilər və acılarla bağlı olan dərin mənalı, duygusal bir gündür:
“Bu günü tarixiləşdirən, onun əhəmiyyətini birə-beş artıran da Cənab Prezident İlham Əliyev oldu. Belə ki, dövlət başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu sərəncamdan, eyni zamanda qəhrəman oğul və qızlarımıza yüksək ehtiram və sayğıdan irəli gələrək hər il 27 sentyabrda şəhidlərimiz anılır, milli birlik və həmrəylik bir daha önə çıxır. Biz də ATXƏM olaraq torpaqlarımızın bütövlüyü, ərazi bütövlüyümüzün tam bərpa olunması istiqamətində canlarını fəda etmiş şəhidlərimizin ruhunu yüksək ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyir, qazilərimizə ilə can sağlığı, tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzu ediirk”.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri