Icma.az
close
up
RU
27 Sentyabr tariximizin ən əlamətdar və müqəddəs günlərindən biridir

27 Sentyabr tariximizin ən əlamətdar və müqəddəs günlərindən biridir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 sentyabr, AZƏRTAC

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 27 sentyabr – Anım Günü ilə əlaqədar “Vətən müharibəsi qəhrəmanları və dövlət suverenliyinin bərpası” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev çıxışında qeyd edib ki, 27 Sentyabr tariximizin ən əlamətdar və müqəddəs günlərindən biridir. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir.

O bildirib ki, Azərbaycan xalqı və ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib. Bu böyük Zəfərə görə şəhidlərimizə, qazilərimizə və Ali Baş Komandana minnətdarıq. Hazırda Azərbaycan qalib dövlət kimi bütün dünyada tanınır, xalqımız isə məğrur xalq imicini qazanıb.

Tədbirdə, həmçinin “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev “Tarixin dönüş nöqtəsi: milli iradənin qələbəsi və tarixi ədalət”, şöbənin baş elmi işçisi tarix elmləri doktoru, dosent Nazim Məmmədov “Azərbaycanın ərazi bütövlüyünün və xalqın konstitusiya hüquqlarının bərpası”, şöbənin baş elmi işçisi, tarix elmləri doktoru, professor Mais Əmrahov “2025-ci il – Konstitusiya və suverenlik ili”, kiçik elmi işçi Jalə Rəhimova isə “Vətən müharibəsi qəhrəmanları” mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlarda şəhidlərimizin və qazilərimizin döyüş yolundan söz açılıb, onların hər birinin qəhrəman olduğu vurğulanıb və bu qəhrəmanlarla xalqımızın fəxr etdiyi xüsusi qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri