Icma.az
close
up
RU
Füzuli şəhəri günü zəfərimizin əlamətdar günlərindən biridir

Füzuli şəhəri günü zəfərimizin əlamətdar günlərindən biridir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Qarabağ bölgəsində mühüm tarixi və strateji mövqeyə malik olan Füzuli rayonu zəngin keçmişi, ağır işğal taleyi və möhtəşəm qayıdış salnaməsi ilə xalqımızın yaddaşında xüsusi yer tutur. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan bu qədim yurd Azərbaycan tarixində və milli-mənəvi irsində xüsusi mövqeyə malikdir. Tarixi-dini abidələri və əsrlərin izini yaşadan türbələri Füzulinin zəngin mədəni mühitindən xəbər verir.

Müasir rayonun tarixi də Azərbaycan dövlətçiliyi və milli yaddaşı ilə sıx bağlıdır. Əsası 1827-ci ildə qoyulan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil edilmiş, 1959-cu ildə isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır.
Füzulinin taleyində ən ağrılı mərhələ 1993-cü ilin avqustunda başladı. Həmin il avqustun 23-də şəhər və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal yüzlərlə insanın həyatına son qoydu, minlərlə sakini doğma torpağından didərgin saldı. 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hücum nəticəsində rayonun 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi göstərdi ki, Füzuli heç vaxt unudulmayacaq, onun azadlığı uğrunda mübarizə davam edəcək.
Bu mübarizə 2020-ci ilin payızında öz tarixi zirvəsinə çatdı. Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlər müharibənin ən ağır və həlledici əməliyyatlarından idi. Düşmən 30 il ərzində təmas xəttində çoxpilləli müdafiə sistemi və möhkəm istehkamlar qurmuşdu. Hətta bir sıra hərbi mütəxəssislər bu müdafiə xətlərinin yarılmasının uzun zaman aparacağını düşünürdülər. Lakin Azərbaycan Ordusunun peşəkarlığı və hərbçilərimizin qəhrəmanlığı bu təsəvvürləri alt-üst etdi.
Füzuli uğrunda döyüşlər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirən mühüm səhifələrdən biri oldu. Bir neçə müdafiə xəttinin yarılması yalnız taktiki uğur deyildi, eyni zamanda sonrakı hərbi əməliyyatlar üçün geniş strateji imkanlar yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu hərbi strategiya Ordumuzun iradəsi və peşəkarlığı ilə vəhdət təşkil etdi. Nəticədə düşmənin uzun illər ərzində yaratdığı istehkam sistemi yarıldı, onun müqavimət imkanları sarsıdıldı və işğalçı qüvvələr geri çəkilməyə məcbur oldu.
17 oktyabr 2020-ci il Füzulinin yeni tarixinin başlanğıcı kimi yadda qaldı. Həmin gün Füzuli şəhəri ilə yanaşı Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri işğaldan azad edildi. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi azadlığına qovuşdu. Bu qələbə 27 il davam edən həsrətin sona çatması, tarixi ədalətin bərpası və qayıdışın başlanması demək idi. Füzulinin azadlığı uğrunda vuruşan qəhrəmanların xidmətləri Azərbaycan dövlətinin yüksək qiymətini aldı. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi və döyüş əməliyyatlarında igidlik və şücaət göstərən on minlərlə hərbi qulluqçu bu medalla təltif olundu.
Bu gün 17 Oktyabr dövlət səviyyəsində təsis edilmiş Füzuli şəhəri günüdür. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günləri müəyyənləşdirildi və 17 oktyabr Füzuli şəhəri günü kimi təsbit olundu. Lakin Füzuli üçün qələbə yalnız azadlıqla yekunlaşmadı. Qarşıda dağıdılmış şəhəri və kəndləri yenidən qurmaq, həyatın bütün sahələrini bərpa etmək kimi böyük vəzifələr dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti Füzulini qısa müddətdə genişmiqyaslı bərpa və inkişaf məkanına çevirdi. Təsdiq edilmiş Baş plan, yeni yollar, enerji və su infrastrukturu, beynəlxalq hava limanı və digər layihələr rayonun gələcək inkişafının möhkəm təməlini formalaşdırır.
Füzulidə qurulan yeni həyatın mərkəzində insan dayanır. Keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı, yeni yaşayış məkanlarının yaradılması və sosial infrastrukturun qurulması azadlığın real məzmununu göstərir. Uzun illər ayrılıq yaşayan insanların Füzuliyə qayıtması Zəfərin ən böyük mənəvi nəticələrindən biridir.
17 Oktyabr – Füzuli şəhəri günü buna görə yalnız təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün işğala qarşı mübarizənin, şəhidlərin xatirəsinin, qəhrəman Ordunun şücaətinin və dövlətimizin qətiyyətinin rəmzidir. Füzulinin azad olunması Azərbaycan xalqının öz torpağına bağlılığını, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlət-ordu-xalq birliyinin sarsılmaz gücünü bir daha nümayiş etdirdi. Bu gün yenidən qurulan Füzuli keçmişin ağrılarını arxada qoyaraq gələcəyə inamla addımlayır. Onun dirçəlişi azad Qarabağın ümumi inkişafının, müasir Azərbaycanın isə qələbədən quruculuğa uzanan uğurlu yolunun parlaq ifadəsidir.
Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri