Icma.az
close
up
RU
28 May Azərbaycanın Müstəqillik salnaməsinin şanlı səhifəsi ŞƏRH

28 May Azərbaycanın Müstəqillik salnaməsinin şanlı səhifəsi ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

28 May Azərbaycan xalqının tarixində yalnız mühüm siyasi hadisə deyil, həm də milli qürurun, azadlıq iradəsinin və dövlətçilik ənənələrinin təntənəsidir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə Şərqdə ilk parlamentli demokratik respublikanın əsası qoyuldu. Bu tarixi hadisə xalqımızın əsrlər boyu yaşatdığı istiqlal arzularının gerçəyə çevrilməsi, milli özünüdərkin və dövlətçilik düşüncəsinin yeni mərhələyə qədəm qoyması idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, milli dövlətçilik tariximizdə silinməz iz qoydu. Həmin dövrdə dövlət atributlarının qəbul edilməsi, parlamentin yaradılması, milli ordunun formalaşdırılması, təhsil və mədəniyyət sahəsində mühüm islahatların həyata keçirilməsi gənc respublikanın nə qədər böyük siyasi iradəyə malik olduğunu nümayiş etdirdi. Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil dövlət qurmağa və onu idarə etməyə qadirdir.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərlərə böyük önəm verirdi. Qadınlara seçki hüququnun verilməsi həmin dövr üçün olduqca mühüm və tarixi addım idi. Bu qərar bir çox Avropa dövlətlərindən daha əvvəl qəbul edilmişdi və Azərbaycan dövlətinin mütərəqqi düşüncəyə sahib olduğunu göstərirdi. Milli, dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının qorunması Cümhuriyyətin əsas prinsiplərindən biri idi.
Mürəkkəb beynəlxalq vəziyyət və daxili çətinliklər səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti uzunömürlü olmadı. 1920-ci ildə müstəqilliyimiz itirilsə də, xalqın azadlıq ruhu heç zaman sönmədi. Azərbaycan xalqı istiqlal ideyalarını öz yaddaşında yaşatdı və gələcək nəsillərə ötürdü.
1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Ancaq müstəqilliyin ilk illərində ölkədə siyasi böhran, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması hökm sürürdü. Məhz belə ağır bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi, ölkədə sabitlik yaratdı və müstəqilliyimizin əbədi, dönməz xarakter almasının əsasını qoydu. Ulu Öndərin “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir” fikri bu gün də dövlətçilik siyasətimizin əsas istiqamətlərindən biri kimi səslənir.
Bu gün müasir Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçir. Azərbaycanın beynəlxalq nüfuzu artır, iqtisadi qüdrəti möhkəmlənir, siyasi mövqeyi güclənir. Ən önəmlisi isə Azərbaycan Bayrağı artıq işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzuladığı güclü və qalib dövlət ideyasının təntənəsidir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri də milli dövlətçilik tariximizin yeni mərhələsini təşkil edir. Azad edilmiş torpaqlarda həyat yenidən canlanır, şəhər və kəndlər müasir şəkildə yenidən qurulur. Bu proses Azərbaycan dövlətinin gücünü, xalq-iqtidar birliyini və milli həmrəyliyi bütün dünyaya nümayiş etdirir.
28 May Müstəqillik Günü yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə böyük inamın ifadəsidir. Bu tarix bizə xatırladır ki, müstəqillik xalqımızın ən böyük sərvəti, dövlətçilik isə ən müqəddəs dəyəridir. Azərbaycan xalqı öz müstəqilliyini qorumağa, daha da möhkəmləndirməyə və gələcək nəsillərə güclü dövlət əmanət etməyə qadirdir.
Bu gün 28 May ruhu Azərbaycanın hər bir guşəsində yaşayır. Üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması, xalqımızın birlik və həmrəylik nümayiş etdirməsi Azərbaycanın müstəqillik yolunun əbədi olduğunu bir daha təsdiqləyir.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 May 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri