Icma.az
close
up
RU
Neftçilər Günü: Azərbaycanın enerji salnaməsinin şanlı səhifəsi

Neftçilər Günü: Azərbaycanın enerji salnaməsinin şanlı səhifəsi

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər bir xalqın tarixində elə günlər var ki, təkcə təqvimdə işarələnmir, həm də yaddaşlarda qürurla yaşayır. 20 sentyabr Azərbaycan üçün məhz belə günlərdən biridir. Bu tarix təsadüfi seçilməyib - 31 il əvvəl məhz həmin gün ölkəmizin gələcəyini müəyyənləşdirən, onu dünya enerji xəritəsində aparıcı oyunçulardan birinə çevirən "Əsrin müqaviləsi" imzalanıb. O müqavilə ki, Azərbaycanın müstəqillik tarixində yeni iqtisadi mərhələ açdı, dövlətçiliyini möhkəmləndirdi, xalqın rifahına güclü təkan verdi.

Amma Neftçilər Gününün mənası təkcə bu müqavilə ilə məhdudlaşmır. Bu, həm də əsrlərdən bəri "qara qızıl"ın Azərbaycana bəxş etdiyi mirasın, neftçilərin fədakarlığının və zəhmətinin bayramıdır. Çünki Azərbaycan neftinin hekayəsi hələ XIX əsrdə, Bakı torpaqlarından yüksələn alovlarla başlayıb.

Tarixə qısa baxış

Neft yataqlarının ilk sənaye üsulu ilə işlənməsi də məhz Bakıda həyata keçirilib. XX əsrin əvvəllərində Azərbaycan dünyada neftin paytaxtı adını qazanmışdı. 1901-ci ildə hasil edilən 11 milyon ton neft dünya istehsalının yarısından çoxunu təşkil edirdi. Bakı bu dövrdə sadəcə bir şəhər yox, dünyanın enerji mərkəzi idi.

Lakin tarix hər zaman hamar olmayıb. Sovet İttifaqının dağılması, yeni iqtisadi sistemə keçid Azərbaycanı böyük çətinliklərlə üz-üzə qoydu. Məhz belə bir zamanda - 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" xalqımız üçün dönüş nöqtəsinə çevrildi. "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi ilə bağlı dünyanın aparıcı şirkətləri ilə qurulan əməkdaşlıq Azərbaycanın neft sənayesinə yeni nəfəs gətirdi. Müasir infrastruktur yaradıldı, hasilatın həcmi və səmərəliliyi artdı, ölkəyə milyardlarla dollar investisiya cəlb olundu.

Bu gəlirlər Azərbaycanın dövlət büdcəsini gücləndirdi, sosial proqramlara və infrastruktur layihələrinə geniş imkanlar açdı. Enerji ixracı ölkəmizi dünyanın etibarlı tərəfdaşına çevirdi. Ən əsası isə, bu uğurlar Azərbaycan dövlətinin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət etdi.

Neft və qaz hasilatında son göstəricilər

Bu gün Azərbaycan dünya enerji bazarında mühüm oyunçudur. Xəzər dənizi regionunda ən böyük neft ixracatçılarından biri kimi ölkəmiz Bakı-Tbilisi-Ceyhan (BTC) və digər beynəlxalq layihələr vasitəsilə strateji rol oynayır. Təkcə BTC boru kəməri ilə 2006-cı ildən bəri 605 milyon ton xam neftin dünya bazarına çıxarılması Azərbaycanın enerji gücünü bir daha təsdiqləyir.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan yüz milyonlarla ton neft və yüz milyardlarla kubmetr qaz Azərbaycanı regional enerji xəritəsinin mərkəzinə çevirib. SOCAR bu layihənin ən böyük səhmdarıdır və bu fakt ölkəmizin enerji gələcəyi üzərində nəzarətini gücləndirir.

2025-ci ilin birinci yarısında BTC boru xətti üzrə əməliyyat xərclərinə təxminən 60 milyon ABŞ dolları, əsaslı xərclərə isə 30 milyon ABŞ dolları sərf olunub. Uzunluğu 1 768 km olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verildiyi vaxtdan 2025-ci ilin iyun ayının sonunadək ümumilikdə təqribən 4,6 milyard barel xam neft nəql edib. Bu həcmdən Ceyhanda 6 007 tanker yüklənərək dünya bazarlarına göndərilib.

Cari ilin ilk yarısında BTC ilə təqribən 13 milyon ton (106 milyon barel) xam neft və kondensat ixrac olunub. Bu həcmlər Ceyhan terminalında 145 tankere yüklənərək bazarlara çıxarılıb.

AÇG yataqlar blokunda istismara başlanıldığı gündən 2025-ci il sentyabrın 1-dək, yəni 334 ay ərzində 612,2 milyon ton xam neft və 238,7 milyard kubmetr səmt qazı hasil edilib. Hasil olunan qazın təxminən 60 milyard kubmetri əmtəəlik qaz şəklində SOCAR-a təmənnasız təhvil verilib. Qalan hissə isə lay təzyiqini saxlamaq üçün texniki quyular vasitəsilə yenidən laylara vurulub.

Hazırda AÇG müqaviləsində ən böyük paya – 31,65 %-ə SOCAR sahibdir. Yataq sahəsində neft hasilatı 7 platforma vasitəsilə həyata keçirilir. Onlardan ən az hasilat 1997-ci ildən fəaliyyət göstərən "Çıraq" platformasındadır - burada gündəlik 20 min barel (ildə 1 milyon ton) neft hasil olunur. Ən yüksək göstərici isə "Mərkəzi Azəri" platformasında qeydə alınıb - gündəlik hasilat 86 min barel, illik isə təqribən 4,3 milyon ton təşkil edir.

Gələcəyə baxış: qaz və bərpa olunan enerji

Lakin dünya dəyişir. Enerji bazarında yeni çağırışlar – neftə tələbatın azalması, bərpa olunan mənbələrin önə çıxması - Azərbaycanı da yeni strategiyalara yönəldir. Ölkəmizin prioriteti artıq təkcə neft deyil, həm də qaz sənayesinin inkişafı, qaz ixracının genişləndirilməsi və alternativ enerji sahəsinə sərmayələrin artırılmasıdır.

Milli qürur günü

Beləliklə, Neftçilər Günü yalnız bir peşə bayramı deyil, həm də Azərbaycanın zəhmətkeş neftçilərinə, "qara qızıl" salnaməsini yazan insanlara ehtiram günüdür. Bu gün həm də dövlətimizin gücünü, xalqımızın iradəsini və gələcək nəsillərə miras qoyduğumuz zəngin enerji tarixini xatırladır.

31 il əvvəl imzalanan "Əsrin müqaviləsi" artıq özünü tam sübut edib - Azərbaycanı güclü və müstəqil dövlət kimi möhkəmləndirib. İndi isə yeni əsrin çağırışlarına cavab vermək üçün Azərbaycan neftçiləri bir daha ön sıradadır - bu dəfə daha "yaşıl", daha dayanıqlı və innovativ enerji gələcəyi naminə.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Sentyabr 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri