Icma.az
close
up
RU
28 May ətrafındakı PARK açılışdan bir neçə ay sonra BƏRBAD vəziyyətə düşdü: Hər addımda bir deşik

28 May ətrafındakı PARK açılışdan bir neçə ay sonra BƏRBAD vəziyyətə düşdü: Hər addımda bir deşik

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda metronun "28 May" stansiyasının yaxınlığında bir neçə ay əvvəl istifadəyə verilmiş parkın daş döşəməsi sıradan çıxıb. Vaxtilə səliqə ilə döşənmiş plitələrin yerində indi az qala hər addımda bir deşik var.

Oxu.Az xəbər verir ki, hazırda əraziyə tikinti materialları tökülüb, sökülmüş yerlərin yaxınlığına xəbərdarlıq nişanları qoyularaq, təmir-bərpa işləri aparılır.

Diqqətçəkən məqam odur ki, bu ərazinin rəsmi açılışı ötən il noyabr ayının 1-də baş tutmuşdu.

Cəmi bir neçə ay sonra yol örtüyünün sıradan çıxmasının səbəbini öyrənməyə çalışdıq.

Sözügedən ərazidə təmir işləri aparan podratçı şirkətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, ərazi təbii daşlarla döşənib.

"Bərkidilmə müddətinə riayət edilmədiyindən bəzi yerlərdə daşların təkrar bərkidilməsinə və digər zəruri korreksiya işlərinə ehtiyac yaranıb. Bunu nəzərə alaraq, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib və nöqsanlar dərhal aradan qaldırılır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən il aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 3.5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən iki fəvvarə, iki dayanacaq inşa edilib, elektrik avtobusları üçün dörd enerjidoldurma məntəqəsi quraşdırılıb.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 İyun 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri