Icma.az
close
up
RU
28 May Müstəqillik Günü ilə əlaqədar Batumidə rəsmi qəbul təşkil olunub

28 May Müstəqillik Günü ilə əlaqədar Batumidə rəsmi qəbul təşkil olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tbilisi, 25 may, AZƏRTAC

Azərbaycanın Müstəqillik Günü Batumi şəhərində təntənəli şəkildə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən rəsmi tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Şurasının sədri, nazirlər, Türkiyə və İranın baş konsulları, Batumidəki diplomatik korpusun təmsilçiləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizov Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixindən danışıb, bu mübarizənin 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın yaranması ilə nəticələndiyini qeyd edib. Bildirib ki, Azərbaycanda ilk parlament respublikasının yaradılması təkcə xalqımız üçün deyil, bütün müsəlman Şərqi üçün misilsiz hadisə idi.

Diplomat qeyd edib ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdə, bu tarixə- 28 May gününə istinad etməsi heç də təsadüfi deyildir. Bu tarix varislik və milli yaddaşın təntənəsi idi.

Müstəqilliyimizin bərpasından ötən dövrdə ölkəmiz regionda və dünyada öz mövqeyini möhkəmləndirib, sabitlik, iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq sahələrində mühüm uğurlar qazanıb.

Baş konsul, bu uğurların qazanılmasında müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan xilas etdi, sabitlik yaratdı və güclü inkişafın təməlini qoydu.

Onun sözlərinə görə, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya miqyasında öz sözünü deyən, müstəqil siyasət yürüdən güclü bir dövlətə çevrilib.

Azərbaycan-Gürcüstan dostluğu və qardaşlıq münasibətləri barədə danışan Baş konsul deyib ki, ölkələrimiz arasındakı əməkdaşlıq münasibətləri dünyada nümunədir. Strateji tərəfdaşımız olan Gürcüstan ilə münasibətlər bizim üçün xüsusi əməliyyat daşıyır. Bu gün bizim ölkələrimiz təhlükəsizlik, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı və digər sahələrdə uğurlu əməkdaşlıq edir.

"Əlaqələrimizin inkişafında Acarıstan Muxtar Respublikası rəhbərliyinin, bu bölgədə yaşayan soydaşlarımızın, Azərbaycan icmasının özünəməxsus xidmətləri var. Burada yaşayan soydaşlarımızın həm Azərbaycanın maraqlarına sadiqliyi, həm də Gürcüstan cəmiyyətinə inteqrasiyası yüksək qiymətləndirilir"- deyə Baş konsul vurğulayıb.

Sonra Acarıstan MR Ali Şurasının sədri David Qabaidze çıxış edərək Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. O deyib ki, Azərbaycan və gürcü xalqları tarixən demək olar ki, eyni taleyi yaşayıblar. Hər iki xalq eyni vaxtda Müstəqil dövlətin əsasını qoyublar. Ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri bu gün daha da möhkəmlənir. Dövlət və hökumət başçılarımız arasında mövcud olan dostluq münasibətləri bizim üçün də bu dostluğu daha da inkişaf etdirməyə imkan yaradır.

Sonra bayram tortu kəsilib və tədbir bədii hissə ilə davam edib.

Baş konsulluğun dəstəyi ilə Tbilisidən gələn "Ceyran" rəqs ansamblının və Batumidəki "Bazar günü" məktəbinin yetirmələri, gənc müğənni Sona Əzizova Azərbaycan və gürcü xalq mahnı və rəqslərini ifa ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri